Sobada Qızardılmış Ördək

 
Sobada Qızardılmış Ördək

Ərzaqlar:
2 kilo yarım-3 kiloluq bütöv ördək
Xörək duzu və təzə döyülmüş qara istiot

Ətin üzərinə çəkiləcək şirə üçün:
¼ fincan yüngül tamlı bal
¼ fincan narşərab
2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu)

Bəzəmək üçün:

1 portağal,1 limon – hər ikisi 8 hissəyə bölünür.
Zövqə görə doğranmış cəfəri.

Ördəyin Hazırlanması: Soba 150C dərəcə tempraturda qızdırılır. Ətin boğaz,pətənək,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir. Boğaz hissədə artıq qalan dəri bıçaqla kəsilib atılır. Təmizlənmiş ördək soyuq suda yuyulur,həm iç,həm də bayır tərəfdən yaxşıca qurudulur. İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsilir. Elə etmək lazımdır ki ət kəsilməsin. Bıçağın ucu ilə dəri, xüsusi ilə də yağlı hissələrdən deşilir (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır). Ətin içinə və bayırına duz,istiot vurulur. Ördəyin ayaqları mətbəx vişi (möhkəm ip) ilə birləşdirlib bağlanır,qanadlar isə ördəyin arxasına qatlanır.
Qızardılması: Ördəyin sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildə kimi kimi olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə süzülsün) yerləşdilir. Sobaya qoyulub bir saat qızardılır. Sonra sobadan çıxarılır, iti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələr deşilir. Ördək sinəsi üstə tavaya çevrilərək qoyulur, 1saatdan çox bu vəziyyətdə qızardılır. Lazım gələrsə tavaya toplanmış yağ qaşıqla yığılır. Sonra ördək arxası üstə çevrilir , yenə bıçaqla müxtəlif yerlərdən deşilir,daha 1 saat qızardılmağa qoyulur. Yenidən sobadan çıxarılır,üzəri bıçaqla deşirlir,sinəsi üstdə tavaya qoyulur. Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1 saatdan artıq qızardılır. ( Bütövlükdə ördək təxminən 4 saat qızardılmalıdır.)

Şirənin hazırlanması: Bal, narşərab, portağal şirəsi balaca qazana tökülüb qaynadılır. Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirlir.

Ördək bişdikdən sonra sobanın tempraturu 205C dərəcəyə qaldırılır. Ördəyin ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardılaraq bişirilir. Sonra üzərinə hazırlanmış şirədən bir qədər çəkilir, dəri xırçıldayana və qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardılır. Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın. Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.

Meyvələrin bişirilməsi: Ayrıca tava orta oddakı tempraturda qızdırılır. Doğranmış portağal və limon dilimləri şirənin artıq qalan hissəsinə batırılır,şirələnir və tavaya qoyulub hər iki üzü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirilir.

Süfrəyə vermək üçün hazır ördək qızartması böyük dayaz boşqaba qoyulur,ətrafı şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə bəzədilir.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 13 dekabr 2011 21:30
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
xebere gore tesekkurler

zoluska

  • 13 dekabr 2011 01:20
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
eh sisdime lap

.♣.Chrysalis.♣.

  • 13 dekabr 2011 00:42
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
bisirseler mende yeyerdim

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

meri

  • 13 dekabr 2011 00:34
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
Məncə ordəyi qazla da əvəz etmək olar.Qaz əti daha dadlıdır.amma 4 saata bişməyi çox vaxt aparır

Elvin007

  • 13 dekabr 2011 00:32
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
twk cox dadli idi sagol

--------------------
▼►►Proqramming◄◄▼

konul123

  • 12 dekabr 2011 23:54
  • Məqalə: 0
  • Şərh: 1408
  • Bal:
{awards}
mence ordek cox lezzetlidi

Okush

  • 12 dekabr 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKURLER!!!

winxclub_bloom

  • 12 dekabr 2011 23:14
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
lezzetli gorunur

--------------------

Alone angel

  • 12 dekabr 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
ordek yeyen vay yani?

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

_SVETLANA_777_

  • 12 dekabr 2011 21:44
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
nus olsun

--------------------
<p></p>

ANGEL OF LOVE

  • 12 dekabr 2011 20:34
  • Məqalə: 7
  • Şərh: 922
  • Bal:
{awards}
hec ordekde yeyiler? yenede tewekkurler...

ANGELS

  • 12 dekabr 2011 19:42
  • Məqalə: 0
  • Şərh: 398
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
yeni il

B_A_H_A_R

  • 12 dekabr 2011 19:41
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
TESEKKUR AMA ORDEK YEMIREM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

ASMIYA

  • 12 dekabr 2011 19:33
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
ÇOX TƏŞƏKKÜR EDİRƏM QADASI. GÖRÜNÜŞÜ ÇOXXX GÖZƏL.

--------------------


jalicka...

  • 12 dekabr 2011 19:30
  • Məqalə: 0
  • Şərh: 698
  • Bal:
{awards}
twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

BadZero

  • 12 dekabr 2011 19:18
  • Məqalə: 178
  • Şərh: 2522
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür,

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

KaYfA_SuRgUn

  • 12 dekabr 2011 18:57
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
xebere gore twk....

--------------------

V_I_P

  • 12 dekabr 2011 18:45
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
lezzetli gorsenir amma menin ordek etinden xowum gelmir. twkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

_TUNAR_MAMEDOV_

  • 12 dekabr 2011 18:30
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
eziyyete gore twkler..

--------------------

generation

  • 12 dekabr 2011 18:17
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
bu ac vaxtimda lap yemek istedim

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Gulsen abdullali

  • 12 dekabr 2011 18:15
  • Məqalə: 5
  • Şərh: 470
  • Bal:
{awards}
Ay allah acdime lap axwam axwam bu neydi winked

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 53
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}