Azərbaycanda maraqlı arxeoloji tapıntı aşkarlanıb

 
Azərbaycanda maraqlı arxeoloji tapıntı aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Şamaxı rayonundakı orta əsrlərə aid Gülüstan Qalasında aparılan arxeoloji qazıntılar zamanı maraqlı tapıntı əldə edib.İnstitutun Şamaxı-Ağsu Ekspedisiyasının rəisi Akif Quliyev Trend-ə bildirib ki, qalada Rusiyanın Sankt-Peterburqdakı Dövlət Ermitaj muzeyində saxlanılan Pir Hüseyn Xanəgahından olan kaşıların bənzəri aşkarlanıb.Gülüstan Qalasında aparılan arxeoloji qazıntılar zamanı qazıntı sahəsinin 3-cü kvadratından tapılmış kaşı formasına və hazırlanmasına görə Hacıqabul rayonunda yerləşən Pirsaatçay üzərindəki Pir Hüseyn Xanəgahının kaşıları ilə eynilik təşkil edir.Akif Quliyevin sözlərinə görə, Pir Hüseyn Xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları var. XIII əsrdə Pir Hüseyn Rəvvanın məqbərisində, türbənin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəri hesab olunur.“Akademik Bartold və Dorn bir zamanlar Pir Hüseyn Xanəgahında olarkən onun içərisində olan bu kaşıların gözəlliklərinə heyran qalıblar. Bu zamandan da kaşıların Azərbaycandan daşınılmasına başlanılıb. Artıq 1907-ci idə çəkilmiş fotolardan aydın görülür ki, bu kaşılar vəhşiliklə qopardılaraq aparılıb. Kaşılar Moskva, Peterburq, Tiflis şəhərlərinə aparılırdı. Lakin bir müddət sonra bu kaşılar Parisdə satılmağa başlanır. Bu zamandan Xanəgahda bu kaşılardan əsər əlamət qalmır. Bu gün Pir Hüseyn Xanəgahından olan bu kaşıların bir qismi Sankt-Peterburqda Ermitaj muzeyində saxlanılır”, - Quliyev əlavə edib.O, qeyd edib ki, yeni tapıntıdan sonra Gülüstan Qalasında da Pir Hüseyn Xanəgahı kimi bəzədilmiş məqbərənin olduğu güman edilir. Lakin bu, gələn il Gülüstan Qalasında aparılan arxeoloji qazıntılardan sonra daha dəqiq məlum olacaq.


Geri dön

B_A_H_A_R

  • 24 yanvar 2012 21:16
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
BELKE OXUYUB QURTARDIQDAN SONRA ARXEOLOGIYANI SECDIM BILMIREM HELE

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Alone angel

  • 13 dekabr 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
maraqli xebere gore twk

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

generation

  • 13 dekabr 2011 21:45
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_TUNAR_MAMEDOV_

  • 13 dekabr 2011 21:04
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
MELUMATA GORE TWKLER...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 13 dekabr 2011 20:31
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
xebere gore tesekkurler

xebere gore tesekkurler

jalicka...

  • 13 dekabr 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 703
  • Bal:
{awards}
hmmm twk

--------------------
Seni bulmaktan once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil sana
Hep yeniden baslamak isterim

.♣.Chrysalis.♣.

  • 13 dekabr 2011 14:26
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xebere gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}