Nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanların cəzası sərtləşdirilib

 
Nəqliyyat vasitələri ilə normadan artıq yük daşıyanların cəzası sərtləşdirilib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, məcəlləyə əlavə edilmiş 163-1 maddəsi iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə bağlıdır.

Dəyişikliklərə əsasən hüquqi şəxslərə məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək.

Başqa bir dəyişikliklə, bu maddədə nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 600 manatdan 700 manatadək miqdarda, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000 manatdan 1200 manatadək miqdarda, vəzifəli şəxslər 1800 manatdan 2 min manatadək miqdarda, hüquqi şəxslər 5500 manatdan 6 min manatadək miqdarda cərimə ediləcək.
Dəyişikliklər layihəsi səsə qoyularaq təsdiqlənib.


Geri dön

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 18
Cəmi: 666
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 279
 
Darling
Xəbərləri: 6
Cəmi: 1060
 
Elya Alieva
Xəbərləri: 4
Cəmi: 153
 
Türkan_
Xəbərləri: 2
Cəmi: 2
 
poetry
Xəbərləri: 2
Cəmi: 15
 
ZuZuM__
Xəbərləri: 1
Cəmi: 432
 
ffx
Xəbərləri: 1
Cəmi: 1
 
Ayxan_007
Xəbərləri: 1
Cəmi: 28
 
♔Hе важно∞
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}