İki ay ərzində "Bolkart" istifadəçilərinin sayı 2500-ü keçib

 
İki ay ərzində "Bolkart" istifadəçilərinin sayı 2500-ü keçib

“Bank of Baku”nun bir sıra ticarət obyektləri və restoranlarda rahat ödənişin aparılması üçün müştərilərinə istifadəyə verdiyi yeni “Bolkart”ın populyarlığı gündən-günə artır. Bankın mətbuat xidmətindən verilən məlumata görə, “Bolkart” istifadəçilərinin sayı cəmi iki ay ərzində 2500-ü keçib və bu günə Bakı şəhərində “Bolkart” klubuna daxil olan ticarət obyektlərində artıq 1600-dən çox əməliyyat həyata keçirilib.

Xatırladaq ki, “Bolkart” tamamilə pulsuz, bərpaolunan limitli, üstünlükləri bol, müddəti 3 ilə qədər olan kredit kartıdır. “Bolkart”ı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, o cümlədən restoran və digər ticarət obyektlərində istifadə etmək mümkündür.

“Bolkart”ın əsas üstünlüklərindən biri həmin kartla əksər ticarət obyektlərində öz qiymətinə alış veriş edib, alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək imkanının olmasıdır. Qeyd edək ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilir. Belə ki, “Bank of Baku” ilə partnyor ticarət obyekti ilə razılaşmadan asılı olaraq “Bolkart”dan aşağıda qeyd olunan qaydada faydalana bilərsiniz.

“Əlavə xərcsiz 1 aya ödə” yazısını gördüyünüz ticarət obyektlərində “Bolkart”dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini növbəti ayın 10-dək ödəyə bilərsiniz.

“Əlavə xərcsiz 6 aya ödə” yazısını gördüyünüz ticarət obyektlərində “Bolkart”dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 6 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.

“Əlavə xərcsiz 12 aya ödə” yazısını gördüyünüz ticarət obyektlərində “Bolkart”dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 12 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.

Bəzi partnyor ticarət obyektlərində alınan mal və xidmətlərin nağd və “Bolkart”la alış qiymətlərində fərqlər ola bilər. Müştərilərin rahatlığı üçün bankın filiallarında və www.bolkart.az saytında bankın partnyor ticarət obyektlərinin siyahısı və nağd və “Bolkart”la alış qiymətlərində mövcud olan fərqlər göstərilib.

Qeyd edək ki, bu günə ”Bolkart”la əməkdaşlıq edən aktiv ticarət obyektlərinin sayı 100-ə yaxındır. Növbəti 2 ay ərzində isə ticarət obyektlərinin sayını 150-ə qədər artırılması nəzərdə tutulur. Bundan əlavə, “Bolkart” vasitəsilə ödəniş sisteminin təkmilləşdirilməsi məqsədilə “Bank of Baku” kartın istifadə arealını genişləndirərək paralel olaraq bəzi ticarət obyektlərində qiymətlərdə olan fərqlərin tamamilə götürülməsi və ya azaldılması haqqında danışıqlar aparır.


Geri dön

.♣.Chrysalis.♣.

  • 14 dekabr 2011 17:02
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
MARAQLI XEBERE GORE TWK

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

KaYfA_SuRgUn

  • 14 dekabr 2011 14:28
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
qesengdi.....xebere gore twk......

--------------------

_TUNAR_MAMEDOV_

  • 14 dekabr 2011 14:19
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
xebere gore twkler...

--------------------

generation

  • 14 dekabr 2011 14:01
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Ku-ku

  • 14 dekabr 2011 12:45
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
hjm tewekkurler

--------------------

ANGEL LOVE

  • 14 dekabr 2011 11:25
  • Məqalə: 148
  • Şərh: 2617
  • Bal:
{awards}
EMEYE GORE TWK.(ILK SERH MENDEN)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 29
Cəmi: 61

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 631
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}