Tarixdəki nəhəng adamlar

 
Tarixdəki nəhəng adamlar

İnsanlıq Tarixinin Ən Uzun Boylu İnsanı

Robert Pershing Wadlow Guiness rekordlar kitabındakı yerini, rəsmi olaraq insanlıq tarixindəki ən uzun boylu insan olaraq götürmüşdür.

Doğulanda normal bir körpə kimi təxminən 3 kq doğulmuşdur. Lakin diqqətləri üzərinə hələ 6 aylıqkən çəkməyə başlamışdır. 6 aylıq olarkən 11kg, 18 aylıq olarkən 23 kq ölçülmüşdür. İnanılmaz bir nisbətdə böyüyən Robert 8 yaşına gəldiyində isə boyu 187 sm-ə kilosu 72 kqə çatmışdır.
Bütün həyatını Alton, İllinoisdə keçirən Robert ailəsinin heç bir üzvündə görülməyən bir böyümə sürətinə sahib idi. Hələ 13 yaşındaykən 2.18 boyuyla digər uşaqlardan olduqca fərqli bir görünüş çəkən Robert, normal bir həyat sürdürməyə çalışırdı

Halbuki fizikası xaricində normal bir uşaqdan heç bir fərqi olmamaqda idi. Ən en böyük maraq sahəsi isə marka kolleksiyası və fotoşəkilçilik idi.
18 yaşına gəldiyində boyu 2.53 olan Robert üçün geyim olduqca bahalı olmağa başlamışdı. Normalın üç qatı xərcləmə etməsi, bir cüt ayaqqabı üçün təxminən 100$ ödəməsi lazım idi.

Bu vəziyyəti fərq edən milli bir ayaqqabı firması Robertin ayaqqabılarını onun üçün xüsusi olaraq ödənişsiz təmin etməyə başladı. Əlbəttə ki bunun bir qarşılığı olacaqdı.

20 yaşına gəldiyində Robert bu firma üçün 800dən çox yeri və 41 əyaləti ziyarət etdi. Ata, oğul Wadlowlar bu təqdimat dövrü əsnasında 300.000 mil yol qət etdilər.

1920-ci illərdə tibbdə hormanal balanssızlıqlar sahəsində hələ kifayət qədər inkişaf yazılmadığından Robertin vəziyyətinə ancaq tamaşaçı olaraq qalınırdı.

Nəzakətli nəhəng olaraq xatırlanan Robert 1937-ci ilindəki boyuyla dünyanın ən uzun boylu insanı adına sahib oldu.

1940-ci ildə qıçında çıxan infeksiya nəticəsində öldü. Öldüyündə boyu 2.72 , kilosu isə 182 idi.

Altonda cənazəsi əsnasında bütün dükanlar bağlandı. Onun xatirəsinə açılan dəftərə 40.000 dən çox adam imzaladı. Məzar daşına yalnız "İstirahət edir" yazıldı.
Robertin ölümündən sonra ailəsi onun bir əcaib olaraq xatırlanmasını və əşyalarının sərgilənməməsi üçün Robertin əşyalarını məhv etdi.

10 dekabr 1982-ci ildə Mardində doğulan Sultan Kosan dünyanın ən uzun adamıdır.

Boyu 2 metr 47 sm olan Kosan eyni zamanda 27,5 sm ilə dünyanın "ən böyük əllərinə" və 36,5 sm ilə "ən böyük ayaqlarına" da malikdir.

Halil İbrahim Kuzucu

Basketbol sevərlərin 'Bambam' ləqəbiylə tanıdıqları, 2.28-lik köhnə basketbolçu, televiziya şoularıyla da səslənilən Halil İbrahim Kuzucu 2007-ci ildəki vəfatına qədər Türkiyənin ən uzun boylu insanı idi.

Türk xalqının ürəyində taxt quran nəhəng adam, 45 yaşında həyatını itirdi.

John William "Bud" Rogan

268 smlik boyuyla tarixdəki ən uzun ikinci adam və ən uzun Afro-Amerikalı olan John Rogan 1868-1905 illəri arasında yaşadı.

Əlləri 27 sm, ayaqları 33 sm olan Rogan ayaqda dayana bilmir və gedə bilmirdi. Ailəsi John öldüyündə elm adamları cəsədi oğurlayıb araşdırmasınlar deyə bağçalarındakı məzarının üzərinə beton tökdü.

Jane Jinny Bunford

26 Sentyabr 1895-ci ildə İngiltərədə doğan Jane Jinny Bunford 241 sm boyuyla, İngilis tibb tarixinə yazılan ən uzun ikinci İngilis və eyni zamanda dünyadakı ən uzun qadın adına sahib idi.
1922-ci ildə öldüyü ifadə edilən Jane Bunford, 20 əsrdə yaşayan ən sirrli nəhəng olma xüsusiyyətini də davam etdirir. Çünki haqqında çox şey bilinmir və heç fotoşəkili yox.
1972 və 2001 illəri arasında Guinness Rekordlar Kitabına girən Janenin yalnız skeletinin bir fotoşəkili və ölüm kağızı qalmışdır.

Anna Haining Swan

1846-cı ildə doğulub, 1888-ci ildə ölən Kanadalı Anna Haining Swan (Anna Haining Bates)6-cı ad günündə 1.57 sm idi.
Musiqi və aktyorluğa qabiliyyəti olan Anna, 17 yaşındaykən New York muzeyində işə başladı.

Qastrolların birində özündən 13 sm uzun olan Martın Van Buran Bates ilə tanış oldu. 1871-ci ildə evləndiklərində Dünyanın ən uzun cütü olaraq adlandırıldılar.

Ancaq cütün xoşbəxtliyi uşaqlarının doğulmasıyla tragediyaya çevrildi. İlk körpələri doğular doğulmaz ölərkən, ikinci körpələri isə ancaq 11 gün yaşaya bildi.
2,27 sm olan cücə-nəhəng Anna, 42 yaşında yuxusunda öldü.

Johann Petursson

'Nəhəng Viking' olaraq da bilinən Johann Petursson, 9 Fevral 1913-26 Noyabr 1984 tarixləri arasında İslandiyada yaşadı.

234 sm boyunda, 163 kilo ağırlığında olan Petursson, 15 yaşına qədər normal bir böyümə keçirdi.

17 yaşına gəldiyində olduqca güclü və böyük olan Johann, bir maşını belə qaldıra bilirdi.
Lakin iyirmi yaşına gəldiyində gücsüzləşmiş və yeriməyi çətinləşmişdi.

Bir dəfə evləndiyi və bir uşağı olduğu sanılan Petursson, 1984-cü ildə Dalvikdə öldü.

Chang Woo Gow

Çinli nəhəng Chang Woo Gow, 1845-ci ildə Pekində doğuldu.

19 yaşındaykən 2.36 sm olan Chang Woo Gow, Çin imperatorunun himayəsində idi.

İngiltərəni ziyarət edən Chang, orada böyük bir maraqla qarşılandı və Avropada qalmağa qərar verdi.
İnsanlar ənənəvi paltarlı Çinli nəhəng adamı görmək üçün pul ödəyirdilər.
36 yaşındaykən yer üzünün ən yaxşı şousu kumpanyasından təklif aldı və ən çox pul qazandıran nümayişlərdən biri onunku oldu.
İnsanlar axın-axın onu görmək üçün gəlir, qızlar özlərini onun qucağına atırdı.
Avropadakı dövrü boyunca İngiliscə, Fransızca və Almanca öyrənən Chang həyatının eşqini Avstraliyada tapdı.

Chang, İngilis Catherine Snatley ilə evləndi, bir müddət Çində yaşadı, iki oğulları oldu və sonra İngiltərəyə köçdülər.

1893-cü ildə Catherinenin ölümü Changı olduqca sarsıtdı və Chang da Catherinenin ölümündən 4 ay sonra 52 yaşındaykən öldü.


Geri dön

Ulya

  • 24 oktyabr 2010 20:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
xebere gore cox sagol

winner...

  • 23 oktyabr 2010 23:33
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
belay coox maraqli idi...thanksss

Azeri_Gozeli

  • 23 oktyabr 2010 22:40
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler laughing

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}