Zarafatın mənfi cəhətləri

 
Zarafatın mənfi cəhətləri


Keçən bəhsdə zarafatın da müsbət cəhətləri bir qədər aydınlaşdırıldı. İndi isə onun mənfi təsirlərini bəyan edən hədisləri burada qeyd edirik.
Zarafat insanın şəxsiyyətini hörmətdən salır:
Peyğəmbər(s) Əmirəl-möminin(ə)-ə buyurdu:
«Ya Əli! Zarafatdan çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır.»(«Biharül-ənvar»: Beyrut nəşri: c-74/s-48.)
Həmran ibn Əyən deyir:
İmam Sadiq(ə)-in hüzurunda idim. O Həzrətdən xahiş etdim ki, mənə tövsiyə etsin. İmam Sadiq(ə) mənə təqvalı olmağı tövsiyə edəndən sonra buyurdu:
«....Zarafat etməkdən çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır, abrını aparır.»(«Vəsailüş-işə»: c-8/s-478.)
Başqa bir hədisdə o Həzrət birisinə buyurur:
«Sənə təqvalı olmağı tövsiyə edirəm. Məsləhət görürəm ki, zarafat etməyəsən, çünki zarafat sənin əzəmətini aradan aparır.»(«Müstədrəkül-vəsail»: II c/s-77.)

Zarafatın mənfi cəhətləri

Peyğəmbər(s) buyurur:
«Həddindən artıq zarafat insanın abrını azaldır.»(«Əl-əmali» (Şeyx Səduq): səh.223 / hədis-4.)
İmam Sadiq(ə) buyurur:
«Zarafat etməyin, çünki zarafat insanın şəxsiyyətini alçaldır.»(«Vəsailüş-şiə»: VIII c/s-480,482 / hədis-1,7,10,12.)
Zarafatın pis nəticələrindən biri də budur ki, başqaları zarafat edən şəxsə qarşı cürətlənib ona hörmət qoymur. İmam Sadiq(ə) buyurur:
«İnsanların sənə qarşı cürətli olmamasını istəyirsənsə, zarafat etmə.»(«Vəsailüş-şiə»: VIII c/s-481 / hədis-6,11; «Üsul Kafi»: II c/s-665.)
Zarafat dava-dalaşa, ədavətə səbəb olur. Əmirəl-möminin(ə) buyurur:
«Zarafat etməyin, çünki zarafat dava-dalaşa, ədavətə səbəb olur. Zarafat kiçik söyüşdür.»(«Üsul Kafi»: II c/s-664 / hədis-12; «Vəsailüş-işə»:VIII c/s-482; «Tühəfül-üqul»: səh. 283.)
Zarafat iman nurunu insanın sifətindən aparır. Əmirəl-möminin(ə) buyurur:
«Zarafat etməkdən çəkin, çünki zarafat iman nurunu aradan aparıb insanın mürvətini azaldır.»(«Üsul Kafi»: II c/s-665 / hədis-19.)

Zarafatın mənfi cəhətləri

Zarafat və ağılsızlıq:
Başqa bir rəvayətdə Əmirəl-möminin(ə) zarafatı ağlın azalmasına səbəb bilir və belə ərz edir:
«İnsan zarafat etdikcə ağlını itirir.»(«Nəhcül-bəlağə»(Sübhi Salehi): Hikmət-450.)
İmam Hadi(ə) buyurur:
«Boşboğazlıq, zarafat ağılsız və axmaq insanların işidir.»(«Biharül-ənvar»: Beyrut nəşri: XXXV c/s-369.)
Nəticə
Bütün bu hədisləri nəzərdən keçirməklə belə qənaətə gəlmək olar ki, zarafatın pis və ya yaxşı olması nisbi məfhumdur. Bu barədə tam surətdə hökm vermək olmaz. Bir tərəfdən müsəlmanlar davranışda bir-birinə qarşı gülərüz, digər tərəfdən də ədəbli və ciddi olmalıdırlar. Bu iki qaydaya riayət etmək həm asan, həm də çətindir. Əgər biri dini əxlaqa malik olub sözünün həddini bilərsə, şübhəsiz, ictimai və ailə münasibətlərində nə insanların narahatlığına səbəb olacaq dərəcədə quru və donuq olar, nə də xoşagəlməz zarafatlar və nalayiq sözlərlə öz şəxsiyyətini alçaldıb, başqalarına qarşı da əziyyət verəcək dərəcədə yüngül olmaz. Mömin gülərüz olub, eyni zamanda da ədəb həddini aşmayaraq öz əzəmət və vüqarını saxlamalıdır. Bunlara riayət etmək çox çətindir, lakin özlərinə qarşı həmişə diqqət yetirən şəxslər üçün bu, asan və maraqlı bir işdir. Özünənəzarəti itirənlər isə bu zaman ya ifrata, ya da təfritə yol verirlər, yəni bəziləri o qədər tutqun və qaşqabaqlıdırlar ki, onlarla heç kəlmə kəsmək olmur, bəzi adamlar da o qədər sərbəst davranıb zarafat və boşboğazlıq edirlər ki, başqalarına əziyyət verib, günaha batırlar.
Əziz Peyğəmbərimizin(s) bu kəlamını unutmayaq: «Mən zarafat edirəm, amma həqiqətdən başqa bir söz söyləmirəm.»



Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:30
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

... Deryam ...

  • 16 dekabr 2011 16:39
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
ZARAFAT İMAN NURUNU İNSANIN SİFƏTİNDƏN APARIR.
Allah razı olsun .

--------------------

_TUNAR_MAMEDOV_

  • 16 dekabr 2011 01:52
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
Peyğəmbər(s) buyurur:
«Həddindən artıq zarafat insanın abrını azaldır.»(«Əl-əmali» (Şeyx Səduq): səh.223 / hədis-4.)

twkler deyerli yazi ucun...ALLAH RAZI OLSUN

--------------------

B_A_H_A_R

  • 16 dekabr 2011 00:52
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

.♣.Chrysalis.♣.

  • 16 dekabr 2011 00:23
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_SVETLANA_777_

  • 15 dekabr 2011 15:35
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
MEN ZARAFATI COX SEVIREM YERI GELENDE ZARAFATI EDIREM BAXIR KANTAKTDA OLDUGUM INSANA I YERSIZ YERE O ZARAFATI ETMEM!!! TESEKKURLER

--------------------
<p></p>

Ahli-Shia313

  • 15 dekabr 2011 15:17
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH razı olsun.Zarafat insanın abrını aparar.

--------------------
Каждый день Ашура, Вся земля Кербела!

generation

  • 15 dekabr 2011 15:13
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

maraqli qiz

  • 15 dekabr 2011 14:51
  • Məqalə: 0
  • Şərh: 127
  • Bal:
{awards}
hmm bilmirdim cox sagolun belay

zoluska

  • 15 dekabr 2011 14:48
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
elbetde zarafatda yerinde olmalidir.ele insanlar varki ozleri zarafat edir ancaq zarafati qebul etmirler bax bele insanlarla cox cetin olur

Ada...07

  • 15 dekabr 2011 14:17
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------


joyful

  • 15 dekabr 2011 12:32
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
{awards}
Allah razı olsun mən də zarafatcılame ama məndə daima həqiqəti deməyə üstünlük verirəm.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Elvin007

  • 15 dekabr 2011 12:29
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
ILK SERH MENDEN twk! ALLAH razi olsun!

--------------------
▼►►Proqramming◄◄▼

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 54
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 49
Cəmi: 129
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}