Yalçın Rzazadə Kıraçı məhkəməyə verməyəcək

 
Yalçın Rzazadə Kıraçı məhkəməyə verməyəcək

Azərbaycanın xalq artisti Yalçın Rzazadə türk müğənnisi Kıraçı, onun "Dədə Qorqud" filmində ifa etdiyi mərhum bəstəkar Emin Sabitoğlu tərəfindən bəstələnmiş mahnını oğurlamaqda, yəni plagiatda ittiham etsə də məhkəməyə müraciət etməyəcək. Görkəmli sənətkar ANS-ə müsahibəsində səhhətinin buna yol vermədiyini söyləyib: "Mən ümumiyyətlə belə şeylərdən uzaq adamam. Emin Sabitoğlu həyatda olmadığından bu işlə mən məşğul ola, mahnının müəllif hüquqlarını mən qoruya bilərəm. Amma mənim məhkəmələri gəzməyə, Bakıdan İstanbuldan, İstanbuldan Bakıya gedib-gəlməyə halım yoxdur. Bu böyük proseduradır. Açığını deyim buna mənim sağlamlığım əl verməz."

Xalq artisti Kıraçı məhkəməyə verməyə hazırlaşmasa da, bu iradının ona çatdırılmasını istəyir: "Amma istəyirəm ki, ona çatdırsınlar ki, ayıbdır. Adi musiqi olsa idi yenə də keçərdik. Emin Sabitoğlu kimi böyük bəstəkarın musiqisidir. Azərbaycan millətinin, Azərbaycan xalqının Dədə Qorqud eposudur, tarixidir. Yəni böyük bir xalqdan gələn səsdir. Belə bir ucuz bir seriala, həm də öz adı ilə vermək ayıbdır. Eyni zamanda da bunu başqa bir millətin yox, bizə qardaş olan bir millətin etməsi daha utandırıcıdır".

Yalçın Rzazadə sözügedən mahnını bu axşam Heydər Əliyev Sarayında ifa edəcəyini də bildirdi: "Axşam Sarayda Aşıq Ələsgərə və Dədə Qorquda həsr olunmuş möhtəşəm tədbir var. Türkiyədən, Təbrizdən, eləcə də Azərbaycanın bütün aşıqları iştirak edəcək. Orada "Dədə Qorqud" səhnəyə çıxıb öz sözünü deyəcək və bundan sonra çıxıb bu mahnını oxuyacam. Sözün düzü, “Dədə Qorqud” filminin ikinci hissəsində səslənən mahnını çoxdandır özüm də eşitmirdim. Dünən o mahnını verdilər, qulaq asdım və yaxşı mənada dəhşətə gəldim. Bir anlığa mahnını özümün ifa etdiyimi unutdum. Öz-özümə fikirləşdim ki, bu nə ifadır, bu nə səsdir? Aradan uzun illər keçib, indi belə oxuya bilmərəm... Belə mahnıları, belə bir ifanı gərək böyük sənətkar oxusun. Bu cür musiqini cındır kökünə salmaq, burnunun altında mızıldamaq ayıbdı. Kıraçdır, kimdir tanımıram. Bəlkə başqa sənətdə böyükdür. Amma bu oğurluqdur, plagiatdır. Mən o filmə bir az baxdım, orda Beyrək kimi atda çapıb. Sadəcə mahnının ritmini dəyişib, çox ucuz formada notbanot eyni oxuyub."

Qeyd edək ki, türk sənətçisi Kıraç Azərbaycan bəstəkarı Emin Sabitoğlunun "Dədə Qorqud" bədii filmi üçün yazdığı mahnını "Zerda" adlı türk serialında ifa edib. Mahnının ilk ifaçısı olan xalq artisti Yalçın Rzazadə Emin Sabitoğlu sağ olmadığından bu məsələ ilə özünün məşğul olacağını, Kıraçı plagiatda ittiham edərək məhkəməyə verəcəyini bildirmişdi.


Geri dön

Alone angel

  • 16 dekabr 2011 16:37
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
hic guleceyim yoktu

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

_TUNAR_MAMEDOV_

  • 16 dekabr 2011 01:54
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

.♣.Chrysalis.♣.

  • 16 dekabr 2011 00:25
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

B_A_H_A_R

  • 16 dekabr 2011 00:17
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
KIRAC HARA BU HARAA..... TESEKKUR XEBERE GORE KEFIM POZULANDA YADA SALIB GULECEM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

J-A-L-I-C-K-A

  • 15 dekabr 2011 15:48
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
twk

--------------------
Seni sevmekten once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil
Sana hep yeniden baslamak isterim...

_SVETLANA_777_

  • 15 dekabr 2011 15:39
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

generation

  • 15 dekabr 2011 15:14
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Мой Мир

  • 15 dekabr 2011 15:00
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
esi senallah guldurme meni yalcincik sen kim KIRAC kim KIRAC kimiler seni ezereee beledeki seni beyenib mahnini oqurayan var ay oldum lol

--------------------
∞♥

zoluska

  • 15 dekabr 2011 14:56
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
ona qalsa gerek turkler bizim muqennilerin hamisini mehkemeye versin
sadece olaraq onu qeyd etmek lazim idiki kirac mahnini oxoyarken muellifi ve oxuyani qeyd etmeli idi.

Gulsen abdullali

  • 15 dekabr 2011 12:13
  • Məqalə: 5
  • Şərh: 470
  • Bal:
{awards}
Iwine gucune baxe bu kiwinin.sen wukur eleki seni beyenib senin mahnini oqurlayan var

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy

Elvin007

  • 15 dekabr 2011 12:08
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
ALLAH YARDIMCISI olsun ne diyeyim hm!

--------------------
▼►►Proqramming◄◄▼

Ku-ku

  • 15 dekabr 2011 12:07
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
hm bu xeberi bilirdim amma yene de tewekurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 58

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}