
1. Dörd dəfə dalbadal əlaqə kəsilsə, telefon nömrəsini yığmağı dayandırsın?
Bəli - 0 bal
Xeyr - 1 bal
2. Mübahisədə öz fikrində qalmağı xoşlayırsan?
Bəli - 1 bal
Xeyr - 0 bal
3. Başqaları elə düşünürmü ki, səni öz fikrini dəyişməyə məcbur etmək çətindir?
Bəli - 1 bal
Xeyr - 0 bal
4. Səni nə vaxtsa "kütbeyin" adlandırıblar?
Bəli - 1 bal
Xeyr - 0 bal
5. Təsəvvür et ki,kimisə görüşə çağırmısan, lakin etiraz cavabı almısan. Xoşbəxtliyə nail olmağa yenidən və yenidən can atarsan?
Bəli - 1 bal
Xeyr - 0 bal
6. Nəyisə eləməyə çox zaman və güc sərf etmisən, lakin sonda heç nə alınmayıb. Həmin işi yenidən görməyə başlayarsan?
Bəli - 1 bal
Xeyr - 0 bal
7. Sürücülük vəsiqəsini almaq üçün ilk imtahandan keçə bilməsən, istəyinə nail olana qədər imtahan verməkdə davam edərsən?
Bəli - 1 bal
Xeyr - 0 bal
8. Nəyisə təmir etməyə bütün gününü sərf edə bilərsən?
Bəli - 1 bal
Xeyr - 0 bal
9. Başsındıran tapmacalar xoşuna gəlir?
Bəli - 1 bal
Xeyr - 0 bal
10. Bəs krossvord həll etməyi sevirsən?
Bəli - 1 bal
Xeyr - 0 bal
11. Davamlı məşq edib çempion olmaq üçün səbrin çatarmı?
Bəli - 1 bal
Xeyr - 0 bal
12. Tez qıcıqlanırsınız ?
Bəli - 0 bal
Xeyr - 1 bal
8-12 bal topladınsa...
İnadkarsan, lakin bununla belə, çox ehtimal ki, olduqca səbirlisən. Nəyisə həll edəndə öz dediyini deyirsən, hətta başqa, daha sadə həll yollarının olduğunu başa düşsəndə.
3-7 bal topladınsa...
Bəzən kompromisə, güzəştə gedə bilir və başa düşürsən ki, sənin seçdiyin yol heç də həmişə yeganə düzgün və sadə yol deyil.
2 və daha az bal topladınsa...
Adətən, istənilən problemin ən sadə həllini tez tapırsan. Sən o qədər də səbirli deyilsən, lakin heç kəs səni inadkar adlandıra bilməz.