Sevgiləri sabahlara saxlayanlara

 
Sevgiləri sabahlara saxlayanlara

Bilmirəm rast gəldinizmi heç davamlı iş arxasınca qaçıb, həyatının prioritet gündəmini işlərindən təşkil edən insanlara? İctimai xidmət, ölkəyə fayda, fərdi iqtisadi inkişaf və s. səbəblərlə başını işdən qaldırmayan insanlara? Bəlkə rast gəlmisiniz,ancaq yanınızdan keçib getmişdir ... Bəlkə də yalnız varlığından qulaq duyumu xəbərdar olmusunuz; bəziləri onun özünə heç vaxt ayırmadığından, birlikdə heç vaxt geçirə bilmədiklərindən danışarkən... Bəlkə də heç qarşılaşmayan, eşitməyən, bilməyənlər də vardır aranızda ...
Sevgiləri sabahlara təxirə salmaq ən əhəmiyyətli üstünlükləri arasındadır əlaqədar kəslərin. Sabahlara təxirə salınan sevgilər də bugünlərini yaşaya bilməz, əlbəttə, özünü azad ifadə edə bilməz. Necə deyərlər, "ağzından kəlbətinlə söz alınır" bəzi insanların, eynilə belədir təxirə salınan sevgilərin baş qəhrəmanları ... Bir tərəf sevgiyə susamış halda gözləyərkən ümidlə, digər tərəf daş-divara dönər.

Sevgiləri sabahlara saxlayanlara

Sevgisini təxirə salaraq başqa zamanda dilədiyi kimi yaşayacağını xəyal edənlər bugünlərində sevdiklərinə özlərini bilə -bilə səhv tanıtmağı da gözə almışlar əslində. Düşünün, bir tərəf əlaqəyə, yaxınlığa elə ehtiyac duyarkən, digər tərəf "indi bu qədər işimin, yoğunluğumun, qaç-qovun arasında, yəni qaşla göz arasında söyləməkdənsə, irəliləyən zamanda vaxt tapanda doya-doya söyləyərəm" deyə düşünür. Halbuki, darıxan, gözləyən, sevən, marağa həsrət olan tərəf, bunu diqqətsizlik, sevgisizlik kimi başa düşür. Başlarda dayanma gücünü tapar, ancaq vaxt keçdikcə özünü elə dəyərsiz, heçə sayılmış, sevilməyən olaraq hiss edər ki, qarşı tərəfin sevgisinə olan inamını itirməyə başlaya bilər. "Məni sevən bu qədər zaman mənə qarşı laqeyd olmağı bacarırsa, bu sevgidə və əlaqədə bir problem var, məni kifayət qədər sevmir" deyə düşünməyə də başlaya bilər. Ona ehtiyac duyduğu anlarda həmişə başqa-başqa işlərin arxasınca gedirsə, o işlərə özündən çox dəyər verirsə, ona qarşı bu qədər laqeyd ola bilirsə, bu əlaqə, bu sevgi elə köhnəlməyə başlayır ki ...

Sevgiləri sabahlara saxlayanlara

Və bitməyən işlər qurtarmaz sevgini ... Əlbəttə, o sıx tempin axışında özünə belə ayıracaq zaman tapa bilməyən adam da istəməzdi sevdiklərindən uzaq qalmağı ... Ürəyi sevgi ilə doluykən, onu belə fərq edə bilməyəcək qədər qaçarkən həyatın içində, o sevgi dolu baxışları görməkdən özünü və qarşıdakıları məhrum etməyi istəməzlər, şübhəsiz ki ... Görəsən vəziyyət həqiqətən belədirmi? Yəni həqiqətən istəmirlərmi? Yoxsa öz "möhtərəmlik" lərini, müvəffəqiyyətlərini təkrar -təkrar sübut etmə ehtiyacı uğrunda sevdiklərini itirməyə gözə ala biləcəkləri, imtina edə bilməyəcəkləri arzularıdırmı? Onların maddi qazanc, müvəffəqiyyət, özünü başqalarının gözlərinə təkrar-təkrar soxma ehtirasları sevilənlərin ürəkdə qalmasından daha qiymətlidir necə olsa... Sevilənlər hələ ki oradadırlar və sanki ömür boyu orada qalacaqmışlar kimi ... Sevilənlərin duyğuları, ehtiyacları, həsrətləri yoxmuş kimi ... Sanki Platonun ideyalar dünyasındakı kimi vəziyyət... Sanki sevilənlər yalnız zehni məsəllərdən ibarətmiş kimi... Onların duyğuları yoxmuş kimi... Görəsən, mağarada həbs olan insanlardan fərqi varmı? O sevgiləri yaşamaq üçün riski gözə alıb, o işi -gücü qarşıya qoyan vərdişlər zəncirindən özünü qurtarmağa cəsarəti varmı bu insanların həqiqətən? Sevgi həyat axışında arxa planda qaldığına görə, onlar üçün bu cəsarət tələb edən, fərqində olduqları bir mövzu belə deyil bəlkə də... Necə olsa, elə əvəz olunmazdır ki... Ya da "Gedən gedəcəksə, əlimdən gələn bir şey yoxdur, həyat davam edir, görüləcək çox iş var" anlayışında...

Sevgiləri sabahlara saxlayanlara

Bəlkə də yalnız "Bir gün bütün bunları bir kənara buraxıb, təqaüdə çıxıb, sakit, təbii gözəlliklərlə baş-başa, sevdikləriylə baş-başa qalacaqları günləri gözləyib, sevgilərini o günlərdə ifadə etməyi, göstərməyi arzulamaqdadırlar... Amma zaman yerində durmaz. Günlər, həftələr, aylar və hətta illər elə sürətlə keçib gedər ki... Digəri iş-güc arasında zamanın necə keçdiyini fərq etməzkən, gözləyən tərəflər üçün zaman keçmək bilmir ... Keçən hər an isə ayrı bir həsrətlə batıb qalar gözləyənlərin könlünə. Onu öz sevgisində məhbus edər, ya da baş alıb getməyə vadar edər... Zamana buraxılacaq nə qalar ki ...


Sevgi gizli bağçalarda açan çiçəklər kimi qalsa, o kimsənin girmədiyi gizli bağçalarda çöl otları bitməzmi? Gözləyən işləri var necə olsa, o gələnə qədər çiçəklər, bağçanın o zəngin torpaqları itkinlərə qarışıb, itib ziyan olmazmı? Kiçik dünyaların kiçik insanların kiçik mənfəətləriylə məşğul olmağa vaxtları vardır, amma bir küncdə qalmağa məhkum buraxdıqları sevdiklərinin ən ehtiyac duyduqları vaxtlarda onların yanında olmağa vaxtı olmamışdır ...


Geri dön

Elturk

  • 6 yanvar 2012 17:05
  • Məqalə: 16
  • Şərh: 59
  • Bal:
Sevgi ilə ehtiras fərqli fərqli şeylərdi. əsl sevgidə ehtiras olmur ehtirasda sevgi olmur.

--------------------
Bir işə min hümmətimiz var bizim!
Bax, necə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim;
Ay bərəkallah bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!

.♣.Chrysalis.♣.

  • 16 dekabr 2011 00:11
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
TWK MARAQLI IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 15 dekabr 2011 22:36
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

generation

  • 15 dekabr 2011 20:31
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
bu uzun xebere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Мой Мир

  • 15 dekabr 2011 19:04
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Sevgi gizli bağçalarda açan çiçəklər kimi qalsa, o kimsənin girmədiyi gizli bağçalarda çöl otları bitməzmi? Twk edirem... xebere gore eziyet cekmisiz?

--------------------
∞♥

KaYfA_SuRgUn

  • 15 dekabr 2011 18:03
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
qesengdir....xebere gore twk......

--------------------

Ku-ku

  • 15 dekabr 2011 17:24
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Sevgi gizli bağçalarda açan çiçəklər kimi qalsa, o kimsənin girmədiyi gizli bağçalarda çöl otları bitməzmi? Gözləyən işləri var necə olsa, o gələnə qədər çiçəklər, bağçanın o zəngin torpaqları itkinlərə qarışıb, itib ziyan olmazmı? Kiçik dünyaların kiçik insanların kiçik mənfəətləriylə məşğul olmağa vaxtları vardır, amma bir küncdə qalmağa məhkum buraxdıqları sevdiklərinin ən ehtiyac duyduqları vaxtlarda onların yanında olmağa vaxtı olmamışdır ...


--------------------

Repery

  • 15 dekabr 2011 16:56
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Twk.....Allah razi olsun.

--------------------

Okush

  • 15 dekabr 2011 16:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eziyyete Gore Tesekkur!

zoluska

  • 15 dekabr 2011 16:39
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

Elvin007

  • 15 dekabr 2011 16:14
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Xeber ucun twk!

--------------------
▼►►Proqramming◄◄▼

J-A-L-I-C-K-A

  • 15 dekabr 2011 16:09
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
twk maraqli xeberdir (ilk serh menden)

--------------------
Seni sevmekten once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil
Sana hep yeniden baslamak isterim...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}