
Yaşa ürəklərdə, yaşa Mübariz
Müqəddəs yurdunda sərt doğulmusan
Düşmən ürəyində dərd doğulmusan
Anadan dünyaya mərd doğulmusan
Səninlə fəxr edir bir ölkə sənsiz.
Danışan dillərdə sözün qalıbdı,
Düşmən ürəyində közün qalıbdı.
Qəhrəman oğulsan izin qalıbdı
Səninlə fəxr edir bir ölkə sənsiz.
Qardaşı düşəndə yada qardaşım
Atarmış özünü oda qardaşım
Getmədi həyatın bada qardaşım
Səninlə fəxr edir bir ölkə sənsiz.
Milyonlar dilində tutulub adın,
Canından çox sevdiyin vətən bayrağın
Ölərkən qucaqladığın vətən torpağın
Qubar dənizində batıbdır sənsiz !
Müqəddəs yurdunda sərt doğulmusan
Düşmən ürəyində dərd doğulmusan
Anadan dünyaya mərd doğulmusan
Səninlə fəxr edir bir ölkə sənsiz.
Danışan dillərdə sözün qalıbdı,
Düşmən ürəyində közün qalıbdı.
Qəhrəman oğulsan izin qalıbdı
Səninlə fəxr edir bir ölkə sənsiz.
Qardaşı düşəndə yada qardaşım
Atarmış özünü oda qardaşım
Getmədi həyatın bada qardaşım
Səninlə fəxr edir bir ölkə sənsiz.
Milyonlar dilində tutulub adın,
Canından çox sevdiyin vətən bayrağın
Ölərkən qucaqladığın vətən torpağın
Qubar dənizində batıbdır sənsiz !
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description

























