Gecənin yaradılmasında olan hikmət

 
Gecənin yaradılmasında olan hikmət

Düşünən bütün insanlar üçün gecənin yaradılmasında bir çox hikmətlər var.. Rəbbimiz "Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar" (Yasin surəsi, 37) ayəsi ilə bu həqiqəti insanlara xəbər vermişdir.. Haqqında bəhs edilən hikmətlərdən biri yavaş-yavaş günəşin itməsində və sonra da havanın get-gedə qaralmasında gizlənir.. Canlılar gecə və gündüz arasındakı işıq və istilik fərqlərinə bu yavaş, tədrici keçidlər sayəsində asanlıqla öyrəşir, beləliklə də bu fərqə görə zərər çəkmirlər. Üstün bir elmə və qüdrətə sahib olan ALLAH qullarına və bütün canlılara mərhəmət etmiş, bir çox insanları onların həyatlarında bircə dəfə də olsun diqqət yetirmədiyi, üzərində düşünmədiyi bu nemətlə faydalandırmışdır.

Quran əxlaqına sahib olan bir insan bunların üzərində düşünərkən ALLAHın "...O, rəhm edənlərin ən rəhmlisidir!" (Yusif surəsi, 92) ayəsi ilə bildirdiyi həqiqətin daha bir dəlilini görür. Şübhəsiz ki, gecə və gündüzün bir-birinin ardınca gəlməsi də ALLAHın insanlar üçün yaratdığı saysız nemətlərdən biridir. İnsanların bunu daha yaxşı anlamaları üçün Rəbbimiz Quranda bunlara diqqət çəkir:

"De: "Bir deyin görək, əgər ALLAH gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, ALLAHdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər ALLAH gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, ALLAHdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?" (Qəsəs surəsi, 71-72)

Gecənin də, gündüzün də yaranmasına səbəb olan şərtləri, tarazlıqları və sistemləri yaradan Uca ALLAHdır: bunlardan birinin yoxluğu şəraitində də insanlara yardım edə biləcək yeganə güc də ALLAHdır. ALLAH istəsə, arası kəsilmədən gecəni və ya arası kəsilmədən gündüzü yarada bilər.. Ancaq canlılar buna dözə bilməzlər. Belə bir hal baş versə, yer üzündəki həyat sona çatar. Şübhəsiz ki, ALLAH gecə ilə gündüzü qüsursuz bir nizam içində yaratmış, bütün canlılara yaşaya biləcəkləri bir mühit bəxş etmişdir. Rəbbimiz yuxarıdakı ayələrin ardınca gələn ayədə belə buyurur:

"Öz mərhəmətindən dolayı sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz, Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, şükür edəsiniz!" (Qəsəs surəsi, 73)

Gecə ilə gündüzün nizamlı olaraq bir-birinin ardınca gəlməsindəki hikmətləri anlayanlar isə yalnız ağıllarından istifadə edən insanlar, ALLAHdan qorxub çəkinənlər, düşünənlər, yəni Quran əxlaqına uyğun yaşayanlardır.. ALLAH bu vəziyyəti bəzi ayələrdə belə bildirir:

"Həqiqətən, Göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir" (Ali-Imran surəsi, 190)

"Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, ALLAHın göylərdə və yerdə yaratdıqlarında ALLAHdan qorxan bir tayfa üçün dəlillər vardır" (Yunus surəsi, 6)

"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü ALLAHın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, göylə-yer arasında əlamətlər vardır" (Bəqərə surəsi, 164)

ALLAH insanın maddələr mübadiləsini gecələri yatmağa və istirahət etməyə uyğun bir şəkildə yaratmış və bu halı ayələrdə bu şəkildə bildirmişdir:

"Gecəni dincəlməyiniz üçün, gündüzü işıqlı edən Odur. Həqiqətən, bunda eşidənlər üçün dəlillər vardır" (Yunus surəsi, 67)

"Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan ALLAHdır, ALLAH insanlara lütfkardır, lakin insanların çoxu şükür etməz!" (Mömin surəsi, 61)

Gecənin istirahət vaxtı olması ilə bərabər çox mühüm olan daha bir xüsusiyyəti var.. Gecənin yaradılışındakı hikmətlərdən biri də yer üzərində ümumi bir səssizliyin və durğunluğun hakim olduğu bu saatların bəzi ibadətlər üçün ən səmərəli saatlar olmasıdır. ALLAH gecə vaxtının hərəkətli olan gündüzə nisbətən düşünmək, oxumaq və ya dua etmək üçün daha əlverişli olduğunu Quranda belə bildirir:

"Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və oxumaq daha münasibdir! Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır. Rəbbinin adını zikr et və Ona tərəf yönəl" (Muzəmmil surəsi, 6-8)

ALLAHın yaradılış dəlilləri üzərində dərindən düşünmək, Quran oxumaq, ALLAHa dua etmək kimi bəzi ibadətlər üçün fikri gecələr daha tez və daha asan cəmləmək mümkün olur. Bunu dərk edən bir mömin gecə vaxtının hamısını istirahət etməklə və ya yatmaqla keçirmir. Ehtiyaclarına, xətalarına və ya çatışmazlıqlarına görə təkbaşına və için-için ALLAHa dua edir. Keçirdiyi günü qiymətləndirir, gün ərzində etdiyi xətaları gözdən keçirir və bu xətalara görə tövbə edir, ALLAHdan bağışlanma diləyir. Vaxtını ALLAHın razı olacağı şəkildə keçirir, Onu xatırlayır və Ona yaxınlaşmağa çalışır. ALLAHın varlığı və ucalığı, ayələr, kainatdakı qeyri-adi nizam, yer üzündəki canlılar, bunların sahib olduğu qüsursuz sistemlər, ALLAHın dayanmadan yaratdığı nemətlər, cənnət, cəhənnəm, sonsuzluq... kimi bir çox mövzular üzərində düşünür. Rəbbimiz gecələrinin bir qismini ibadətlərə ayıran möminlərin davranış tərzlərini bəzi ayələrdə belə tərif edir:

"Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirər" (Furqan surəsi, 64)

"Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər..." (Səcdə surəsi, 16)

"Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!"" (Zumər surəsi, 9)

mənbə: "Müsəlmanın 24 saatı" kitabından
Həqiqətən, Göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir


Geri dön

_BİTANESİ_

  • 28 dekabr 2011 17:24
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
Allah Razi Olsun!

--------------------
AŞİFTE

Elvin007

  • 17 dekabr 2011 00:23
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
twk xeber ucun!
ALLAH RAZI OLSUN!

--------------------
▼►►Proqramming◄◄▼

B_A_H_A_R

  • 17 dekabr 2011 00:10
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

KaYfA_SuRgUn

  • 16 dekabr 2011 22:49
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
qesengdi...xebere gore twk...

--------------------

Zoluwka

  • 16 dekabr 2011 21:34
  • Məqalə: 77
  • Şərh: 1198
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
♀+♂=ღ

Delya_91

  • 16 dekabr 2011 21:07
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_TUNAR_MAMEDOV_

  • 16 dekabr 2011 20:44
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN twkler...

--------------------

Okush

  • 16 dekabr 2011 20:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE COXLU SAGOL

generation

  • 16 dekabr 2011 19:15
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore twk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

J-A-L-I-C-K-A

  • 16 dekabr 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
allah razi olsun twk

--------------------
Seni sevmekten once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil
Sana hep yeniden baslamak isterim...

angel angel

  • 16 dekabr 2011 18:44
  • Məqalə: 1
  • Şərh: 365
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

cezZza

  • 16 dekabr 2011 18:23
  • Məqalə: 0
  • Şərh: 294
  • Bal:
{awards}
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

--------------------
Sen = Görmesende Ben = Yaşıyorum Sen = Bilmesende Ben = Özlüyorum Sen = Duymasanda Ben = Söylüyorum SENİ SEVİYORUM....♥♥

Ku-ku

  • 16 dekabr 2011 18:12
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gulsen abdullali

  • 16 dekabr 2011 18:06
  • Məqalə: 5
  • Şərh: 470
  • Bal:
{awards}
Tewekkur edirem heqiqeten her weyde allahin adi var ama biz insanlar bunu bilmirik.allah razi olsun.ilk werhde menden winked

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 51
Cəmi: 88

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 792
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}