On kitab

 
On kitab


Bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlanmışdır.

Kitab nəşri başlayan dövrdən bəri Bibliya dünyada ən çox dərc olunan kitab sayılır.

Bu günə kimi Bibliya kitabının ümumi tirajı 6 milyard nüsxəni keçib.

Reytinq cədvəlində ikinci yeri Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur.

Bu kitab 900 milyon nüsxə nəşr olunub. C. R. Tolkinen "Üzüklərin hökmdarı" əsəri siyahıda üçüncü yeri tutsa da, bu əsərin hansı tirajla çap olunduğu açıqlanmır.

Ginnes mütəxəssisləri reytinq cədvəlini hazırlayarkən müqəddəs Quranın tiraj göstəricilərini nəzərə almayıblar.

Guya buna səbəb İslamın müqəddəs kitabının ümumi tirajı haqqında dəqiq məlumatların olmamasıdır.

Reytinq cədvəlində növbəti yerləri Noy Vebsterin "Amerika hüsnxət sorğu kitabı" ("American Spelling Book") - 100 milyon nüsxə, Ginnesin rekordlar kitabı - 100 milyon nüsxə, "Ümumdünya illik almanaxı" (World Almanac) - 80 milyon nüsxə, Uilyam Holmsun "Makqaffi uşaq oxu antologiyası" (McGuffey Readers) - 60 milyon nüsxə, Bencamin Spokun "Uşağa qulluq qaydalarının əsasları" - 50 milyon nüsxə - kitabı tutur.

Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş "Da Vinçi kodu" əsəri 43 milyon tirajla ən populyar kitablar siyahısında 9-cu yerdədir.

Siyahını 40 milyon tirajla Elbert Xabbardın "Qarsiyaya məktub" əsəri bağlayır.

Mütəxəssislərin bu siyahını hansı prinsiplər əsasında hazırlaması məlum deyil. Məsələn, Qarri Porter seriyasından olan kitabların müəllifi Coanna Roulinqin adı və əsərləri reytinq siyahısına daxil edilməyib. Coanna Roulinqin bu seriyadan son kitabı satış həcminə və sürətinə görə dünya rekordu müəyyənləşdirib. Satışa çıxarıldıqdan keçən 24 saat ərzində ABŞ və Böyük Britaniyada bu kitabın 9 milyon nüsxəsi satılıb, bundan əlavə nəşriyyat internet mağazalar vasitəsilə 1 milyon nüsxə sifariş alıb. Tələbatın artdığını nəzərə alan "Sxolastik" nəşriyyatı Qarri Porter seriyasından son kitabın tirajını 10.8 milyon nüsxədən 13.5 milyon nüsxəyədək artırmalı olub. Ümumilikdə isə sehrbazlar məktəbinin şagirdi olan Qarri Porter haqqında kitabların ümumi tirajı 250 milyon nüsxədən artıqdır. Bu əsərlər 60 dilə tərcümə olunaraq 200-dən artıq ölkədə nəşr olunub.

Antuan Sent de-Ekzüperinin "Balaca şahzadə" əsəri isə 500 dəfədən artıq təkrarən nəşr olunub. 180 dilə tərcümə edilmiş bu əsərin ümumi tirajı 80 milyon nüsxəyə yaxındır.

Fransada 100 ən populyar kitab reytinqində "Balaca şahzadə" əsəri üçüncü yeri tutur.


Geri dön

nilayka

  • 21 fevral 2011 23:34
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
maraqli idi sag ol

maraqli idi sag ol

maraqli idi sag ol

maraqli idi sag ol

--------------------

Yusif

  • 8 noyabr 2010 21:38
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurlerrr

Azeri_Gozeli

  • 15 oktyabr 2010 23:14
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
maraqli idi sag ol

--------------------

Ulya

  • 15 oktyabr 2010 20:20
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

sevgi yalandir

  • 15 oktyabr 2010 19:06
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}