Kütləvi İnformasiya Vasitələrini idarə etməyin 10 üsulu

 
Kütləvi İnformasiya Vasitələrini idarə etməyin 10 üsulu

Noam Xomskiy kütləvi informasiya vasitələrinin köməyi ilə “manipulyasiya etməyin 10 üsulunun” siyahısını tərtib edib.
1. Diqqətin yayındırılması
Cəmiyyəti idarə etməyin əsas elementini informasiya məkanını daima az əhəmiyyətli məlumatlarla dolduraraq, insanların diqqətini siyasi və iqtisadi hakim dairələrdə qəbul olunan mühüm problem və qərarlardan yayındırmaq təşkil edir. Diqqəti yayındırmaq üsulu vətəndaşlara elm, iqtisadiyyat, psixologiya, neyrobiologiya, kibernetika sahəsində mühüm biliklər əldə etməyə imkan verməmək üçün olduqca əhəmiyyətlidir.
“Vətəndaşların diqqətini real əhəmiyyəti olmayan mövzulara keçirtməklə daima əsl sosial problemlərdən yayındırmaq.Vətəndaşların daima nə iləsə məşğul olmaqlarına və düşünməyə vaxtlarının qalmamasına nail olmaq; sahədən ağıla, bütün digər heyvanlar kimi (“Dinc müharibələr üçün səssiz silah” kitabından sitat).
2. Problemlər yaratmaq, sonra da onların həll üsullarını təklif etmək
Bu üsül həm də “problem-reaksiya-həll” adlanır. Əhali arasında müəyyən reaksiya yaratmaq üçün hər-hansı bir “vəziyyət”, problem yaradılır ki, insanlar özləri bunun həlli üçün hakim dairələrdən bu dairələrin özlərinə sərf edən tədbirlər görməyi tələb etsinlər. Məsələn, şəhərlərdə zorakılıq spiralını açmağa yol vermək ya da qanlı terror aktları təşkil etmək ki, vətəndaşlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında qanun qəbul etməyi və vətəndaş azadlıqlarını məhdudlaşdıran siyasət yürütməyi tələb etsinlər.
Ya da: İqtisadi böhran yaratmaqla sosial hüquqların pozulmasını və şəhər xidmətləri işini məhdudlaşdırmağı zəruri pislik kimi qəbul etməyə məcbur etmək.
3. Tədricən tətbiq etmə üsulu
Hər-hansı bir qeyri-popular tədbiri həyata keçirməyə nail olmaq üçün onu sadəcə olaraq tədricən, günbəgün, ilbəil tətbiq etmək kifayətdir. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) qəbul etdirildi. Dövlətin funksiyasının sıfra endirilməsi, özəlləşdirmə, inamsızlıq, qeyri-stabillik, kütləvi işsizlik, artıq ləyaqətli bir həyat təmin edə bilməyən maaş. Əgər bunların hamısı eyni vaxtda baş versəydi yəqin ki, inqilaba gətirib çıxarardı.
4. Həyata keçirmə vaxtının uzadılması
Qeyri-popular qərarı sırımağın digər üsulu onu “ağrılı və zəruri” bir şey kimi təqdim etmək və həmin vaxt onun gələcəkdə tətbiq olunmasına vətəndaşların razılıq verməsinə nail olmaqdır. Gələcəkdə hər-hansı bir qurbana razı olmaq indikindən daha asandır. Birincisi ona görə ki, bu dərhal baş verməyəcək. İkincisi də ki, kütlənin çox hissəsi “sabah hər şeyin yaxşılığa doğru dəyişəcəyinə” və ondan tələb olunan qurbanlardan yaxa qurtara biləcəyinə sadəlövhcəsinə ümid edir. Bu, vətəndaşlara dəyişikliklərə öyrəşmək və vaxtı gələndə onları itaətkarlıqla qəbul etmək üçün daha çox vaxt verir.
5. Xalqa balaca uşaqlar kimi müraciət etmək
Geniş kütlə üçün nəzərdə tutulmuş təbliğat xarakterli çıxışların əksəriyyətində elə dəlillər, personajlar, sözlər və intonasiya işlədilir ki, sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan ya da əqli qüsurları olan şəxslərdən gedir. Bir insan dinləyicini nə qədər çox aldatmaq istəyirsə, o qədər çox infantil ifadələrdən istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insana sanki onun 12 və daha az yaşı varmış kimi davranırsa, təlqinə əsasən o insanın cavab reaksiyası da 12 və daha az yaşlı uşağa xas olaraq qeyri-tənqidi olacaq.
6. Düşünməkdən daha çox emosiyalara əhəmiyyət vermək
Emosiyalara təsir etmək insanların rasional analiz qabiliyyətini və nəticədə ümumiyyətlə baş verənləri tənqidi dərk etmək qabiliyyətini bloklamağın klassik üsuludur. Digər tərəfdən emosional faktordan istifadə şüuraltıya qapı açmaqla ora fikirlər, arzular, qorxular, məcburiyət və sabit davranış modelləri daxil etmək imkanı verir.
7. Bacarıqsızlıq yaymaqla insanları cəhalətdə saxlamaq
Ona nail olmaq ki, insanlar onları idarə etmək və öz iradələrinə tabe etmək üçün istifadə olunan vasitə və yolları dərk etmək qabiliyyətinə malik olmasınlar. “Cəmiyyətin aşağı siniflərinə təqdim olunan təhsilin keyfiyyəti mümkün qədər kasad və aşağı səviyyəli olmalıdır ki, cəmiyyətin aşağı siniflərini yuxarıdakılardan ayıran cəhalət elə səviyyədə olsun ki, aşağı siniflər onun öhdəsindən gələ bilməsinlər.
8. Vətəndaşları bacarıqsızlıqla fəxr etməyə sövq etmək
Əhaliyə qanmaz, bayağı və tərbiyəsiz olmağın dəbdə olduğu fikrini yeritmək.
9. Özünə qarşı təqsir hissini gücləndirmək
İnsanları həyatlarında baş verən bədbəxtliklərin onların əqli imkanlarının,qabiliyyətlərinin və ya göstərdikləri səylərin çatışmazlığı nəticəsində baş verdiyinə inanmağa məcbur etmək. Nəticədə iqtisadi sistemə qarşı çıxmaq əvəzinə insanlar hər şeydə özlərini günahlandırır və özlərini məhvetməyə başlayırlar ki, bu da digərlərilə yanaşı fəaliyyətsizliyə gətirib çıxaran sarsılmış vəziyyət yaradır. Fəaliyyət olmadan isə heç bir inqilabdan söz belə gedə bilməz!
10. İnsanlar haqqında onların özlərindən çox bilmək
Son 50 il ərzində elmin inkişafındakı uğurlar adi insanların bilikləri ilə hakim siniflərin malik olduqları və istifadə etdikləri məlumatlar arasında get-gedə artan uçuruma gətirib çıxarıb.
Biologiya, neyrobiologiya, tətbiqi psixologiyanın köməyilə “sistem” həm fiziologiya, həm də psixika sahəsində qabaqcıl biliklər əldə edib. Sistem adi insan haqqında onun bildiklərindən daha çox məlumata yiyələnməyə nail olub. Bu o deməkdir ki, əksər hallarda sistem daha çox səlahiyyətə sahibdir və insanları onların özlərindən daha çox idarə edir.
Noam Xomskiy amerikan linqvisti, filosof, ictimai xadim, bir sıra kitabların müəllifi və siyasi analitik. Massaçusets texnoloji institutunun dilçilik üzrə əməkdar professoru və XX əsrin görkəmli elm xadimi. Onun dilçilik nəzəriyyəsi və idrak nəzəriyyəsi sahəsindəki fundamental əsərləri elmi və müəllimlər cəmiyyətində layiqli ad qazanıb.


Geri dön

.♣.Chrysalis.♣.

  • 21 dekabr 2011 01:30
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_BİTANESİ_

  • 19 dekabr 2011 13:26
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Oxumadım ama... Eziyyete göre teşekkürler..

--------------------
AŞİFTE

kubinka_777

  • 18 dekabr 2011 19:16
  • Məqalə: 45
  • Şərh: 151
  • Bal:
{awards}
XEBERE GORE TWK..MARAQLIDI!!!!

joyful

  • 18 dekabr 2011 17:46
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Eslinde etiraf edim cox boyukdu sebrim catmadi oxumaga ama maraqli olduguna eminem ellerinize sagliq.

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Dinar Mamedova

  • 18 dekabr 2011 16:42
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler

--------------------

J-A-L-I-C-K-A

  • 18 dekabr 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
twkk

--------------------
Seni sevmekten once aramak isterim
Seni sevmeden once anlamak isterim
Seni bir omur boyu bitirmek deyil
Sana hep yeniden baslamak isterim...

RoMaNTiK SerSeRi

  • 18 dekabr 2011 15:59
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
10 UDA MARAQLIDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Okush

  • 18 dekabr 2011 15:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eziyyete Gore Tesekkur

_SVETLANA_777_

  • 18 dekabr 2011 15:46
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

generation

  • 18 dekabr 2011 15:21
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Agayev

  • 18 dekabr 2011 15:12
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Hmm.Chox Sag Ol Xbr Gore !!!

Ku-ku

  • 18 dekabr 2011 14:57
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler

--------------------

R_A_P_U_N_Z_E_L

  • 18 dekabr 2011 14:47
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrr

_TUNAR_MAMEDOV_

  • 18 dekabr 2011 14:40
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumata gore twkler... maraqli idi...

--------------------

Russiya_girl

  • 18 dekabr 2011 14:39
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
hovsele catmadi hamisin oxumaqa((

AzeriMan

  • 18 dekabr 2011 14:35
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
Əziyyətivə görə çox sağol! what

--------------------
Səni Sevirəm...

ANGEL LOVE

  • 18 dekabr 2011 14:31
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk..........(ilk serh menden)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}