Mizanul-Hikmətdə İmam Mehdi (ə.f) haqqında hədislər

 
Mizanul-Hikmətdə İmam Mehdi (ə.f) haqqında hədislər

545. İmam Baqir (ə) ?Haqsız yerə öldürülən məzlum şəxsin sahibinə bir ixtiyar verdik. (Şəriətin bu hökmləri ilə) artıq ona kömək olunmuşdur? (İsra, ayə 33) ayəsinin təfsirində buyurmuşdur: ?Allah (İslam Peyğəmbərini) Əhməd, Məhəmməd və Mahmud, İsanı Məsih adlandırdığı kimi, Mehdini Mənsur (kömək olunmuş) adlandırmışdır?.
(Biharul-ənvar, c.51, səh.30, hədis 8)

546. İmam Sadiq (ə) o Həzrətdən Mehdiyə Qaim adı verilməsi barəsində sual soruşularkən buyurmuşdur: ?Çünki o hər bir gizli işə istiqamət?ləndirilir?.
(əl-Ğeybə, Tusi, səh.471, hədis 489)

159. O Həzrətin imamətinin dəlili

547. İmam Əskəri (ə) o Həzrətdən sonra olacaq ilahi höccət və imam barəsindəki suala cavab verərkən buyurmuşdur: ?Oğlum Məhəmməd.Məndən sonra imam və höccət odur. Kim onu tanımadan ölsə cahiliyyət ölüsü kimi ölüb. Bilin! Onun qeybə çəkilməsi olacaqdır. Nadanlar bu barədə sərgərdan qalarlar və batil əhli məhvə düçar olarlar. (Onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər. O həmin qeybdən sonra zühur edər. Sanki mən Nəcəfdə onun başı üzərində dalğalanan ağ bayraqları görürəm?.
(Biharul-ənvar, c.51, səh.160, hədis 7)

160. Mehdi mücdəsi

548. Allahın Peyğəmbəri (s): ?Mücdə olsun sənə ey Fatimə ki, Mehdi səndəndir?.
(Kənzul-Ummal, hədis 34208)

549. Allahın Peyğəmbəri (s): ?Mehdi mənim nəvələrimdən biridir ki, üzü ay kimi nurludur?.
(Kənzul-Ummal, hədis 38666)

550. Allahın Peyğəmbəri (s): ?Yer üzü zülm və düşmənçiliklə dolmayınca Qiyamət bərpa olmayacaq. Həmin vaxt mənim Əhli-Beytimdən biri qiyam edəcək və o, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq.
(Kənzul-ummal, hədis 38691)

551. Allahın Peyğəmbəri (s): ?Mənim Əhli-Beytimdən bir kişi hakim olacaq ki, onun adı mənim adımla birdir. Əgər dünyadan ancaq bir gün də qalmış olsa, Allah həmin günü, o hakimiyyəti öz əlinə alana kimi uzadacaqdır?.
(Kənzul-ummal, hədis 38661)

552. İmam Əli (ə): ?Mehdi bizdəndir, Fatimənin nəslindən?.
(Kənzul-ummal, hədis 39675)

553. İmam Baqir (ə): ?Qiyam edəndə Kəbəyə söykənəcək və üç yüz on üç kişi onun ətrafında dövrə vuracaq. Deyəcəyi ilk kəlmə, bu ayə olacaq: ?əgər imanınız olsa ?bəqiyyətullah? sizin üçün daha xeyirlidir?. Sonra buyuracaq: ?Mən ?bəqiyyətullah?am, Onun sizin üzərinizdə olan höccət və canişini?. Ona salam göndərən hər bir kəs belə deyər: ?Salam olsun sənə ey Allahın yer üzündə qalanı!?
(Nurus-Səqəleyn, c.2, səh.392, hədis 194)

161. İmam Mehdinin iki dəfə qeybə çəkilməsi

554. İmam Sadiq (ə):?Qaim iki dəfə qeybə çəkilər: Bir dəfə qısa və bir dəfə uzun müddətli. Birinci dəfə qeybə çəkiləndə onun yerini ancaq o Həzrətin xas şiələri bilərlər. İkinci qeybdə isə onun yerindən o Həzrətin din yoldaşlarının xaslarından başqa heç kəsin xəbəri olmaz?.
(Biharul-ənvar, c.52, səh.155, hədis 10)

162. İmam qeybdə olan zamanda dindarlığın çətin olması

555. Allahın Peyğəmbəri (s): ?Məni haqq olaraq mücdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar?.
(Kəmalud-din, c.1, səh.288, hədis 7)

556. İmam Sadiq (ə): ?Həqiqətən bu işin sahibi (imam Zaman) qeybə çəkilər. Həmin zamanda dini saxlamaq dəvətikanını əl ilə yuxarıdan aşağı qopartmaqdan da asan olar?. O Həzrət sonra bir az sükut etdi və buyurdu: ?Həqiqətən bu işin sahibi qeybə çəkiləcək. Odur ki, gərək bəndə Allahdan qorxsun və öz dinindən yapışsın?.
(əl-ğeybə, Nömani, səh.169, hədis 11)

163. İmam qeybdə olan zaman dua etmək

557. İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: ?Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən ?Ğəriq? duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək?. (İbn Sənan nəql edir ki,) dedim: ?Ğəriq? duası necədir? Buyurdu: Deyirsən:

يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
?Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!? Mən dedim:

يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ وَ الأَبْصارِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ

Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri və düşüncələri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!? Buyurdu: ?Əlbəttə, ki, Allah-Taala qəlb və düşüncələri haldan hala salandır. Amma sən mən deyən kimi de:

اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِكَ

Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!?
(Biharul-ənvar, c.52, səh.149, hədis 73)

164. Fərəc (Kəlmənin lüğəti mənası hüzn, kədər, məyusluqdan sonar gələn sevinc, şadlıq və yaxşı əhvaldır. Amma hədislərdə on ikinci imamın zühurunun zamanına işarə olaraq işlədilir.) intizarı çəkmək

558. Allahın Peyğəmbəri (s): ?Mənim ümmətimin ən üstün işi fərəc intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir?.
(Biharul-ənvar, c.52, səh.122, hədis 2)

559. İmam Səccad (ə): ?Fərəc intizarını çəkməyin özü ən böyük qurtuluşlardandır?.
(Biharul-ənvar, c.52, səh.122, hədis 4)

560. İmam Sadiq (ə): ?Kim bu iş sahibinin (imam Zamanın zühurunun) intizarını çəkən halda ölsə, Qaimlə birlikdə onun xeyməsində olmuş kimidir. Xeyr! Bəlkə hətta Allahın Peyğəmbərinin (s) kənarında qılınc çalan şəxs kimidir?.
(Biharul-ənvar, c.52, səh.146, hədis 69)

561. İmamKazim (ə): ?Fərəc intizarında olmağın özü bir növ açılışdır?.
(əl-Ğeybə, Tusi, səh.459, hədis 471)

165. İnsanları ümidsizlik bürüdükdən sonra Qaimin zühur etməsi

562. İmam Sadiq (ə): ?And olsun Allaha ki, bu iş (imamın zühuru) sizlər tamamilə ümidsizləşdikdən, xeyr, and olsun Allaha (sizin yaxşılarınızla pisləriniz) bir-birindən seçiləndən sonra sorağınıza gələcəkdir?.
(Biharul-ənvar, c.52, səh.111, hədis 20)

563. İmam Rza (ə): ?Həqiqətən fərəc ümidsizlikdən sonra gələr?.
(Biharul-ənvar, c.52, səh.110, hədis 17)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Geri dön

seadet iwigi

  • 3 fevral 2012 10:17
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
AQAM,nece qiydin hesterine dondum men,
Baqrim bawi talan oldu,qeme dozdum men,
hey aqladim,harayladim,nale etdim men,
Goz yawlarim sele doner,axar,qayit gel,
Hicran odu qelb yandirar,yaxar,qayit gel....

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

generation

  • 23 dekabr 2011 16:31
  • Məqalə: 77
  • Şərh: 5429
  • Bal:
{awards}
http://legend.az/uploads/posts/2011-08/1314266321_
1306734232-437.jpg

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 21 dekabr 2011 00:55
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

angel angel

  • 20 dekabr 2011 20:48
  • Məqalə: 1
  • Şərh: 371
  • Bal:
{awards}
Ey Allah!Ey Bagiwlayan!Ey Mehriban!Ey q'lbl'ri haldan -hala SALAN!Menim qelbimi oz dininde mohkem et!

tewekkurler Allah razi olsun

vus

  • 20 dekabr 2011 10:38
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
Allah razi olsun!

Russiya_girl

  • 20 dekabr 2011 10:32
  • Məqalə: 2
  • Şərh: 783
  • Bal:
{awards}
Allah razi olsun!!!!!!

azad salehi

  • 20 dekabr 2011 10:29
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
Minnetdaram sene ALLAH RAZI OLSUN

--------------------
MEN GOZEL VUCUDU OLAN MUHAMMED (S.A.V) PEYGEMBERIN UMMETINDENEM


MEN ALLAHIN ASLANI OLAN HEZRET ELI (e)-in ASHIQIYEM

MEN ZEHRA (s.e) BALASI OLAN HEZRET HUSEYIN EZADARIYAM

MEN AGAMIZ OLAN IMAM MEHDI SAHIBEZZAMANIN NOKERIYEM

eleviyye

  • 20 dekabr 2011 10:01
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}
INSHALLAH ALLAH bizim AGAMIZIN zuhurunu tezleshdirsin!!!!! ECEL, ECEL, YA MOVLAYA, YA SAHIB-EZ-ZAMAN!!!! ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED VE ECCIL FERECEHUM!!!!

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

Ku-ku

  • 20 dekabr 2011 09:28
  • Məqalə: 267
  • Şərh: 5317
  • Bal:
{awards}
tewekkurler

--------------------

cingiz muradov

  • 20 dekabr 2011 09:25
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_Qismet_

  • 20 dekabr 2011 06:41
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
allah razi olsun

ASMIYA

  • 20 dekabr 2011 01:06
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}

MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM.

SAĞ OLUN.


--------------------


AzeriMan

  • 20 dekabr 2011 00:41
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
ÇOOOOOX
TƏŞƏKKÜR
EDİRƏM!!!

winked
Allah razı olsun!

--------------------
Səni Sevirəm...

Gunel

  • 19 dekabr 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
Allah razi olsun tsk

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

girl_girl

  • 19 dekabr 2011 22:52
  • Məqalə: 19
  • Şərh: 255
  • Bal:
{awards}
tesekkurler

--------------------

ibn xatun_2011

  • 19 dekabr 2011 22:42
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
NE ZAMAN GELECEK...! NE ZAMAN O VAXT GELECEK...! İNSANLAR AYILSIN VE HAQQA DOĞRU GETSİNLER,İNŞALLAH......ALLAH SEBİRLİDİR AMMA İNSANIN SEBRİ TÜKENİR.....EY ALLAHIM ! EY REBBİM! ALLAHIM SEN ÖZÜN XEYİR ELE HER ŞEYİ,İNŞALLAH......

--------------------

Elvin007

  • 19 dekabr 2011 22:30
  • Məqalə: 217
  • Şərh: 3308
  • Bal:
{awards}
ALLAH razi olsun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

_BİTANESİ_

  • 19 dekabr 2011 22:30
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Allah razı olsun!

--------------------
AŞİFTE

Agayev

  • 19 dekabr 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Hmmm Chox Sag Ol.Amma Bele Weylerle Chox Maraqlanmiram !!

RoMaNTiK SerSeRi

  • 19 dekabr 2011 22:27
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ALLAH razi olsun.......

ALLAH razi olsun.......

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 23
Cəmi: 535
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 9
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}