ÜRƏYİM, YAĞIŞ VƏ MƏN

 
ÜRƏYİM, YAĞIŞ VƏ MƏN

ÜRƏYİM, YAĞIŞ VƏ MƏN
Yağış yığdım bu gün mələklərdən. Comərd davrandılar mənə, gözlədiyimdən çox; bir neçə damla idi bəlkə gözləməm, enən hər damla ilə islaq oldu ürəyim. Təmizləndi bütün təmizlənməsi lazım olanlardan; qəmdən, kəm düşüncədən və gərəksiz sevincdən. İçimə sığmayıb da daşan birdinclik indi ürəyimdən.
;Əvvəl bir damlanın alınıma toxunuşudur yağışın salamı bir sonrakı damla soruşmadan qonar yanağıma. Bu salamlara müqabil üzümü dönərəm səmaya, yağışın yumasını gözləyərəm. Hər bir damla bir candır mənə, sərhədsiz hüzur Addımlarım yavaşlasın deyərəm artıq, yavaşlasın ki ayrılmayım bu gözəllikdən, bitməsin yağış və mən getməyim. Səmadan ərzə enən hər yağış dənəsini tuta bilim, yerə salmayım deyərəm. Utanaram torpağın comərdliyi qarşısında eqoizmimdən. Yağış deyər sanki hamınıza çataram, ehtiyacınız tərəfindən enərəm.



Ürəyimin də bərəkətidir yağış, duyğuların ən pessimisti doldurmuşkən içimi, yağışın bir toxunuşuyla buraxar yerini ən təmiz və ən gözəl duyğulara, hüzura və sevincə. Dar gəlir, sığa bilməz kiçik qəfəsinə ürəyim, çıxmaq istəyərcəsinə çırpınmağa başlar. O çırpınışların həzzi belə başqadır yağışla.
Səslənər yağış mənə, səsiylə gəlir. Səsim kəsilər də səssizliyim gəlir. Dilim belə qulaq olar dinlər hüzurun səsini. Yerə hər düşdüyündə fərqli bir səsdir qulağımı çınlatan, ən gözəlidir melodiyaların. Bu bəstəyə dostluq əzəldəndir bəlkə, ən bildiyimiz səs, ən sevdiyimiz səsdir yağış səsi. Şüşələrin ardına gizlənmiş həyatlara səslənər yağış: aralayın pərdələri mən gəldim, hüzur vermək üçün yalnız, rəhmət yükü var çiyinlərimdə sizlər üçün daşıdığım. Onu daşımaq yük deyil ya mənə, sizlər üçün əmanət oluşudur çiyinimə verdiyi yük. Rəhmətin sahibləri sizlərsiniz, ürəkləriniz, sevgi dolu ürəkləriniz.


Yağışdır, təklik çəkdiyinizdə də belə ən gözəl dostunuz. Şəfqətli bir anadır bəzən də, bəzən də gəlməsi gözlənilən hər kimsə o.

Yağış islat yenə məni, əvvəl alınıma toxun sonra yanağıma, yenə islat ürəyimi yağış! Daşıdığın rəhməti də burax ürəyimə, ən dərinə. Səmanın ərzə salamıdır bu bilirəm. Rəhmətlə daşan göylərin, yerə endirməsidir rəhməti bilərəm. İnandığım üçün bilərəm; yağış yenə oxşayacaqsan yetimlərin başını, bir qocanın gəncliyi olacaqsan, təklik çəkənin dostu, gözləyənin gözləniləni olacaqsan. İsladacaqsan yenə məni, ürəyimi və ürəklərimizi.


Geri dön

nilayka

  • 20 fevral 2011 18:27
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
Twk cox maragli yazidi

--------------------

Ulya

  • 16 oktyabr 2010 14:23
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Azeri_Gozeli,
♥Princess♥,
love

Azeri_Gozeli

  • 15 oktyabr 2010 23:58
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
ela teskkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}