Yalnızsan

 
  • 20.12.2011, 17:14
  • Bölmə: Sevgi
  • Müəllif: Ku-ku
Yalnızsan

Əgər gecələr dərd ortağın əlindəki qələm, bir də əzik-üzük kağız parçasıdırsa, deməli yalnızsan...
İşdən çıxıb evə doğru addımladığın vaxt yol boyu şütüyən maşınların səs-küyünü eşitmirsənsə... Üz cizgilərin hər saniyə haldan-hala düşür və sən yalnız özünün eşitdiyini sandığın yüksək bir səs tonuyla danışırsansa... Yoldan ötənlərin istehzalı baxışları səni narahat etmirsə... Və nəhayət başını qaldırıb özünü mənzilinin qapısı ağzında görürsənsə... Deməli yalnızsan...

Yalnızsan

Soyuducunun qapısını açıb, içini fikirlərin kimi boş və soyuq görürsənsə... Çay içmək üçün bir dənə belə olsun təmiz fincan tapmırsansa... Günün günorta çağı yuxuya gedib ömründən bir neçə saatı da belə yola vermək istəyirsənsə... Deməli yalnızsan...
Ev telefonun arada bir zəng çalsa da, sən dəstəyi götürüb “alo” deyən kimi, adət etdiyin eyni tonlu və uzun bir səs eşidirsənsə... Qonaq otağındakı jurnal stolunun üstündə, əl dəyməmiş toz qalağına öz adını istədiyin bir dildə yazmaq imkanın varsa... Axırıncı dəfə nə vaxt kresloda yox, məhz yatağında yuxuya getdiyini xatırlamaq üçün əziyyət çəkirsənsə... Deməli yalnızsan...

Yalnızsan

Tanışlarını canlı görməkdənsə, elektron poçtunla hal-əhval tutursansa... Sevgilinə bir dəstə ağ qızılgül almaq əvəzinə, reytinq sayğacına görə ən çox istifadə olunan səhifədən bir dənə həyat tərzin qədər bəzəkli, amma mənasız buket yollayırsansa... Uşaqlıq dostuna olan ürək sözlərini mobil telefonun 160 xanasına sığışdırırsansa və bu xanaların arasında nöqtəli vergül, defis işarəsi və sol tərəfdən açılan mötərizə çoxluq təşkil edirsə... Deməli yalqızsan...
Sevgilinlə dərdləşməkdənsə, qışın oğlan çağında, səhərin gözü açılmamış, Malakan bağının hər hansı bir boş skamyasında oturub, soyuq havada isti qarğıdalı yeyə-yeyə hovuzda üzən ördəklərə baxmaq kimi axmaq istəklərin olursa... Deməli yalnızsan...


Geri dön

generation

  • 23 dekabr 2011 17:40
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
xebere gore tewekkuler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_BİTANESİ_

  • 21 dekabr 2011 13:51
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Xebere göre çox sağ ol.... winked

--------------------
AŞİFTE

_TUNAR_MAMEDOV_

  • 21 dekabr 2011 13:17
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

.♣.Chrysalis.♣.

  • 21 dekabr 2011 00:35
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

RoMaNTiK SerSeRi

  • 20 dekabr 2011 19:42
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
maraqlidiii.....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

KaYfA_SuRgUn

  • 20 dekabr 2011 19:25
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
QESENGDI.....XEBERE GORE TWK.....

--------------------

Hepsi_1

  • 20 dekabr 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 399
  • Bal:
{awards}
TESEKKURLER fellow

--------------------
Elimden geleni etdikden sonra, sira ayagimdan geleni etmekdedir;" Getmek kimi meselen!"

LoNeLy_AngeL

  • 20 dekabr 2011 17:50
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
{awards}
maraqli id fellow

zoluska

  • 20 dekabr 2011 17:31
  • Məqalə: 1
  • Şərh: 864
  • Bal:
{awards}
twekkurler

_Qismet_

  • 20 dekabr 2011 17:27
  • Məqalə: 796
  • Şərh: 799
  • Bal:
{awards}
Yalnızsan

romantik_awk

  • 20 dekabr 2011 17:18
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
twkkk ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}