Tuile (Şirniyyat)

 
Tuile (Şirniyyat)

Xəmirin hazırlanması 10 dəqiqə, soyuducuda saxlanması
30 dəqiqə, bişirilmə müddəti - hər pay üçün 5-10 dəqiqə vaxt aparır.

Lazım olan ərzaqlar:

65 qram yumşaldımış yağ (ərinmiş yox,məhz yumşaldılmış halda)
60 qram ələnmiş şəkər kirşanı (pudrası)
1 paket vanil tozu (yaxud bir qədər vanil ekstraktı ilə əvəz oluna bilər)
2 böyük yumurtanın ağı (yüngülcə çəngəllə çalınmış şəkildə)
65 qram ələnmiş ağ un
Yağ - bişiriləcək listin üzərinə çəkmək üçün.

1. Yumşaldılmış yağ,şəkər tozu və vanil birlikdə əl yaxud mikserlə (aşağı sürətdə) bir qabda qarışdırılır, yumşaq xəmir halına salınır. Qarışdıra-qarışdıra üzərinə az-az miqdarda çalınmış yumurtanın ağı əlavə olunur. Daha sonra qatışığın üzərinə hissə-hissə un tökülür və yumşaq xəmir alınanadək qarışdırılır. Diqqət yetirmək lazımdır ki, xəmir həddən çox qarışdırılmasın!

2. Xəmir olan qabın üstü selofanla örtülür,ən azı yarım saat soyuducuda saxlanır.( Bu xəmir soyuducuda bir həftəyədək saxlana bilər. İstifadə etməzdən 30 dəqiqə əvvəl xəmir soyuducudan çıxarılmalıdır.)

3. Bişiriləcək listin üzərinə perqament kağızı yerləşdirilir yaxud da listin üzəri yağlanır və heç olmasa 15 dəqiqə soyuducuda saxlanır. Xəmiri qaşıqla götürüb dairə formasında yayın. Hər dəfə listə 2-3 xəmiri yeləşdirib bişirmək lazımdır.

4. Tuile öncədən 180 dərəcə tempraturda qızdırılmış sobada, xəmirin kənarları qızılı qəhvəyi rəng alanadək, təxminən 5-10 dəqiqə bişirilir. Bişmiş xəmir dərhal sobadan çıxarılır və istənilən formaya salınır/bükülür. Xəmir bişdikdən dərhal sonra,isti halda formaya salınmalıdır. Ona görə də hər dəfə az sayda xəmir bişirmək lazımdır.

5. Tuilləri istədiyiniz kremlə (aşağıda nümunə var), meyvəylə doldurub süfrəyə verin.

Kremin hazırlanması:

5-6 ədəd tuiles üçün 1 ¼ fincan krem lazımdır.

Ərzaqlar:

1 fincan süd (tam yağsız ya da az yağlı)
¼ fincan şəkər tozu
1 çay qaşığı vanil ekstraktı
1 cimdik duz
2 böyük yumurtanın yalnız sarısı
¼ fincan qarğıdalı nişastası
1 xörək qaşığı duzsuz kərə yağı (kiçik hissələr doğranılır)

1. Orta ölçülü qazana süd,şəkər tozunun yarısı,vanil
ekstraktı və duz tökülüb qaynayanadək orta dərəcəli odun üzərində bişirilir.

2. Orta ölçülü qabda yumurta sarısı, qarğıdalı nişastası və şəkər tozunun qalan hissəsi qarışdırılır. Qarışdıra-qarışdıra bunun üzərinə yavaş-yavaş əvvəlcədən hazırlanmış isti,südlü qarışıq əlavə olunur. Bütün bunlar tam şəkildə bir-birinə qarışdıqdan sonra yenidən qazana tökülür. Təxminən 2-4 dəqiqə,orta-yüksək dərəcəli odda, dayanmadan qarışdırmaq şərtiylə kütlə qatılaşana kimi bişirilir.

3. Bişdikdən sonra qarışıq qaba tökülür,üzərinə yağ əlavə olunur. Orta sürətli mikser vasitəsiylə, təxminən 5 dəqiqə ərzində, yağ əriyənə və kütlə soyuyanadək qarışdırılır.

4. Bərkiməsin deyə kremin üzəri sellofanla kip şəkildə örtülür. Soyuyanadək soyuducuda saxlanır. Ən azı 2 saat,ən çoxu 2 günədək krem soyuducuda saxlana bilər. İstifadə etməzdən öncə yumşalması üçün kremi qarışdırmaq lazımdır.


Geri dön

_favorit_arkadas

  • 25 dekabr 2011 13:31
  • Məqalə: 556
  • Şərh: 8238
  • Bal:
http://legend.az/user/..::Sevgi+Meleyi::../

--------------------

generation

  • 23 dekabr 2011 17:57
  • Məqalə: 77
  • Şərh: 5429
  • Bal:
{awards}
xebere gore tewekkuler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 22 dekabr 2011 14:34
  • Məqalə: 784
  • Şərh: 6328
  • Bal:
{awards}
twk.xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 21 dekabr 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tsekkur

_SVETLANA_777_

  • 21 dekabr 2011 14:40
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
Elvin007 ( ) »
--------------------------------------------------
------------------------------

Dadi pis deyil di twk! NE TES HAZIRLADIN NUS OLSUN)))

--------------------
<p></p>

_BİTANESİ_

  • 21 dekabr 2011 13:22
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Görüntüsü qeşengdi...
Mütleq hazırlayacameeeeeeeeeeeee mütleq! winked

--------------------
AŞİFTE

_TUNAR_MAMEDOV_

  • 21 dekabr 2011 13:10
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler...

--------------------

AzeriMan

  • 21 dekabr 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
Qadınlara aid olsa da, mən də baxdım. Çox sağ ol!

--------------------
Səni Sevirəm...

Ku-ku

  • 21 dekabr 2011 11:59
  • Məqalə: 267
  • Şərh: 5317
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Elvin007

  • 21 dekabr 2011 11:27
  • Məqalə: 217
  • Şərh: 3308
  • Bal:
{awards}
Dadi pis deyil di twk!

--------------------
▼►►Proqramming◄◄▼

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}