İtaliya və Britaniya mətbuatı Alfa Romeo 4C seriya avtomobilinin qiymətini xəbər verib. O, Avropada 45 000 avroya satılacaq. Bu modelin baza qiymətidir və bəzi mütəxəssislər qeyd edir ki, elə bu qiymətə Porsche Cayman S də almaq mümkündür.
Konseptual Alfa Romeo 4C Cenevrə və Frankfurt avtosalonlarında nümayiş etdirildikdən sonra olduqca böyük marağa səbəb olmuşdu. Məhz Almaniyada keçirilən sərgidə avtomobilin seriyaya buraxılacağı elan edilmişdi. İlkin məlumatlara görə yeni model 230 a.g. olan turbo mühərrik (1750 TBi) və ikiqat muftalı robotlaşdırılmış ötürücü qutu ilə təchiz edilib. İstifadə edilən yüngül materialların hesabına avtomobil 0-100 km/saat sürətlənməni 4,7 saniyəyə həyata keçirir. Düzdür, prototipdə istifadə edilmiş həmin materiallaın seriya variantında da istifadə ediləcəyi hələlik məlum deyil.