Xəyanət

 
Xəyanət

Texnikanın inkişafı xəyanətin yeni növlərini meydana çıxarıb. Kompüter olan evlərdə evli kişi və qadınların əksəriyyəti virtual aləmin əsirinə çevriliblər. Çatlar və intim əyləncə saytlarına girən ər, mənzilin bir otağına çəkilərək, başqa qadınla, qadın isə başqa kişi ilə əlaqə qurur, bunu xəyanət hesab etmirlər...

Virtual münasibət xəyanətdirmi?
Ekspertlər hesab edirlər ki, virtual əlaqələr, uzun davamlı əlaqələrin və evliliklərin bitməsində əhəmiyyətli səbəbdir. Sosioloq, fəlsəfə elmləri namizədi Qızılgül Abbasova açıqlamasında bildirdi ki, virtual xəyanəti mənəvi baxımdan xəyanət saymaq olar, ancaq hüquqi baxımdan bu, xəyanət hesab olunmur. Sosioloqun sözlərinə görə, virtual xəyanət televizordan başlayıb: “Hər bir otaqda televizor olduğundan, hərə tələbatına uyğun kanala baxır. Bu isə ər-arvad arasında müəyyən aralanmaya, soyumaya səbəb olur. Ailədə mehribanlığı, asudə vaxtın birlikdə keçirilməsi yaradır. Əgər cütlüklər ailə quran zaman onların ümumi çıxış nöqtələri çox idisə, virtual həyat onların münasibətinə, səmimiliyinə mane ola bilməz”.

Elmlər namizədi hesab edir ki, qurulmuş ailələrdə müəyyən illərə uyğun olaraq çətin mərhələlər olur və bundan uğurla çıxmaq lazımdır: “Ailənin qurulması üçün 5, 10 və 15 il mərhələlər var. Hər bir mərhələnin problemləri olur, hər mərhələyə uyğun böhranlar əmələ gəlir. Məsələn, ilk beşillik mərhələdə uşaq dünyaya gələn zaman problemlər yaranır. Bu zaman ananın üzərinə xeyli yük düşür. Ana özünə baxa bilmir, əvvəlki cazibədarlığı itir. Bu zaman ərlə onun arasında soyuqluq yaranır. Növbəti böhran yarana biləcək illər, uşaq məktəbə gedəndə yaranır. Sonra isə uşaqların yeniyetmə mərələsində və sairə. Həmin mərhələlərdən uğurla çıxmaq üçün birgə ünsiyyətin rolu böyükdür. Birgə süfrə arxasında oturmaq, qonaq getmək münasibətləri istiləşdirir. Əgər hərə öz aləminə qapanıb virtual həyata baş vurursa, münasibətlərin soyumasına və başa çatmasına gətirib çıxarır”.

Virtual münasibətin daha çox əyləncə olduğunu deyən Q.Abbasovanın fikrincə, belə münasibətlər qərb cəmiyyətinə xasdır. Çünki şərq cəmiyyətində münasibətlər fərdilik yox, kollektivçilik üzərində qurulub. Qərb cəmiyətində ailənin, icmanın rolu azdır, ona görə də əziyyət çəkirlər. Azərbaycan gəncləri də həmin prinsiplərə doğru gedir. Həyatın sürəti o qədər artıb ki, çalışırıq onunla ayaqlaşaq. Hər şeyə yaşımızdan asılı olmayaraq əl atırıq, ona görə də haqlı narazılıqlar eşidirik.

Virtual münasibət, xəyanətin abzasıdır!
Regional Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Murad İsayev isə virtual münasibəti xəyanətin başlanğıcı hesab edir. Psixoloq Milli.Az xəbər portalına dedi ki, əgər virtual münasibət sosiallaşma baxımından qadın və ya kişinin inkişafına gətirib çıxarırsa, xəyanət hesab olunmur. Əksinə, söhbət psixo-seksual və tərəflər arasında münasibətin qurulması istiqamətində gedirsə, bu, xəyanətdə başlanğıcın abzasıdır. Çünki bu münasibət getdikcə virtual formada qalmır. Bir müddətdən sonra tərəflər görüşür və istəklərini yerinə yetirirlər.

“Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi...”
M.İsayevin sözlərinə görə, ailəli insanın virtual yolla psixo-seksual söhbətlər edirsə, bu, ailədə problemin olmasının göstəricisidir. Problem olur ki, kişi və ya qadın özünə yaxın və rahat bildiyi insanla söhbət edir. “Xəyanət tək kiminləsə görüşüb, intim münasibətdə olmaq hesab olunmur. Qadının həyat yoldaşına deməli olduğunu başqa kişiyə deməsi belə, xəyanət hesab olunur” kimi düşünən M.İsayev hesab edir ki, xəyanət edənlər kişilər arasında daha çoxdur:

“Azərbaycanda kişinin öz xanımı ola-ola başqa bir qadınla əlaqəsinin olmasına normal baxmaq kimi çərçivə var. Bu, kişilərin psixoloji məntiqinə çevrilib. Bu isə insanda natamamlıq yaradır. Yəni kişi həyat yoldaşı ilə tamamlana biləcəyi halda, ətrafındakıların münasibəti, onu başqa bir qadına doğru sürükləyir. Hətta arvadına xəyanət etmək istəməyən kişi, ətrafın təsirinə cavab vermək, şəxsiyyətini təsdiq etmək üçün addımı atır”.

Qadınlar niyə xəyanət edir?
M.İsayevin fikrincə, qadınlar sırf problemdən, diqqətsizlikdən və ailədaxili problemlərdən qaçmaq üçün xəyanətə əl atırlar. Praktika da göstərir ki, qadınlar diqqəti həddindən artıq çox sevirlər. Ərindən görmədiyi diqqəti başqa tərəfdən aldıqda, psixoloji olaraq, həmin tərəfə əyilmələr ola bilər. Bu isə xəyanətin abzası hesab oluna bilər.

“Xəyanət, əsasən inanc strukturu aşağı olan cəmiyyətlərdə baş verir. Hər hansı inanc strukturu olan ailələlərdə xəyanət çox az hallarda baş verir. Onlar öz üzərlərində yüksək sistem tərəfindən qadağalar qoyulduğunu hiss edirlər və həyat yoldaşı olmayan yerlərdə də xəyanət etmirlər. Özlərində məsuliyyət və cavabdehlik daşıyırlar. Ailə kompromis sevən modeldir. Kompromisə hazır olmayan və inancı olmayan insanlar avtomatik xoş söz gələn tərəfə əyilirlər”


Geri dön

LoNeLy_AngeL

  • 24 dekabr 2011 21:02
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
oxudum,maraqli idi..xeyanet edenler heddinden artiq coxalib,heyat korlanib qebul elemeliyik

generation

  • 23 dekabr 2011 18:42
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

ESMİRA_ƏLİYEVA

  • 23 dekabr 2011 17:31
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
təşəkkürlər

Ku-ku

  • 23 dekabr 2011 11:48
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
“Xəyanət, əsasən inanc strukturu aşağı olan cəmiyyətlərdə baş verir. Hər hansı inanc strukturu olan ailələlərdə xəyanət çox az hallarda baş verir. Onlar öz üzərlərində yüksək sistem tərəfindən qadağalar qoyulduğunu hiss edirlər və həyat yoldaşı olmayan yerlərdə də xəyanət etmirlər. Özlərində məsuliyyət və cavabdehlik daşıyırlar. Ailə kompromis sevən modeldir. Kompromisə hazır olmayan və inancı olmayan insanlar avtomatik xoş söz gələn tərəfə əyilirlər

--------------------

RoMaNTiK SerSeRi

  • 22 dekabr 2011 23:16
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
maraqlidi ama axira qeder oxuya bilmedim....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Elvin007

  • 22 dekabr 2011 22:23
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

ibn xatun_2011

  • 22 dekabr 2011 21:26
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
XƏYANƏT İSTƏR BURDA VE YA REALDA BAŞ VERİR VƏ BU DA HEÇ XOŞ DEYİL.....

--------------------

_BİTANESİ_

  • 22 dekabr 2011 20:59
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Xəyanət, əsasən inanc strukturu aşağı olan cəmiyyətlərdə baş verir. Hər hansı inanc strukturu olan ailələlərdə xəyanət çox az hallarda baş verir. Onlar öz üzərlərində yüksək sistem tərəfindən qadağalar qoyulduğunu hiss edirlər və həyat yoldaşı olmayan yerlərdə də xəyanət etmirlər. Özlərində məsuliyyət və cavabdehlik daşıyırlar. Ailə kompromis sevən modeldir. Kompromisə hazır olmayan və inancı olmayan insanlar avtomatik xoş söz gələn tərəfə əyilirlər

Melumata göre teşekkürler.. smile

--------------------
AŞİFTE

Okush

  • 22 dekabr 2011 20:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkur

M.Ceceli

  • 22 dekabr 2011 20:58
  • Məqalə: 2
  • Şərh: 137
  • Bal:
{awards}
tewekkurler.maraqli xeberdi

--------------------
Namazova Vusale
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}