Hz. Muhammədə (s.a.a.) Peyğəmbərliyini Verilmə

 
Hz. Muhammədə (s.a.a.) Peyğəmbərliyini Verilmə


O, artıq qırx yaşında idi. Bir gün Həra mağarasında Allaha ibadət və dua ilə məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitəsi ilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış həzrət Peyğəmbər (s.a.a.) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getmiş, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etmişdi.
Ilk əvvəl həzrət Peyğəmbərin (s.a.a.) dəvəti məxfi idi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər.
Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə və Әli (a.s.) olmuşdu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə təbliğat üçün münasib bir şərait yaranmışdı. Peyğəmbərə (s.a.a.) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırılmışdı. Bu iş olduqca təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. Illər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çarə yox idi.
Açıq və ümumi təbliğatdan sonra, hakimiyyətdə olanlar Onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini peyğəmbərə bildirmişlər.
Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcılı sayılan həzrət Məhəmmədin (s.a.a.) təbliğinin qarşısını almaq üçün əllərində mövcud olan bütün imkanlardan istifadə edirdilər. Әvvəlcə rüşvətlə o həzrəti tutduğu yoldan döndərmək istəsələr də bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o həzrəti müxtəlif təhdid və təzyiqlərə məruz qoysunlar. Müsəlman olanlara lağ edib döyür, işkəncə verir, malların müsadirə edirdilər. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu hərəkatı daha da gücləndirdi.
Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. Ilk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Şəbi Әbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə canlarından keçmiş bir qrup gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər.
Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. Intiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin evinə həmlə edib o həzrəti qılıncdan keçirsinlər.


Geri dön

.♣.Chrysalis.♣.

  • 30 dekabr 2011 15:00
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

music_angel

  • 1 sentyabr 2011 13:39
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 18 oktyabr 2010 22:30
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

Azeri_Gozeli

  • 16 oktyabr 2010 22:15
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Grace_Angel

  • 16 oktyabr 2010 21:39
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...xebere gore...ALLAH RAZI OLSUN...!!!

--------------------

Ghost

  • 16 oktyabr 2010 21:19
  • Məqalə: 658
  • Şərh: 185
  • Bal:
{awards}
Twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}