Allahı bilməyə yüz dəlil

 
Allahı bilməyə yüz dəlil


Fəxrəddini Razi Herat ətrafında xarab inancları yaymaqla məşğul olanlarla mübarizə edir, Müsəlmanları bunların təhlükələrinə qarşı qorumağa çalışırdı. Üç yüzə qədər atlı tələbə və alim ilə Herata gələndə; həm dövlət, həm din böyükləri axın axın ziyarətinə gəlirdilər. Amma bəziləri vardı ki, gəlmirdilər. Görəsən Fəxrəddini Razi həzrətlərinin müxaliflərindən idimi?

Xalqdan bir zəngin, bir gün Fəxrəddini Razi həzrətlərini bağçasında yeməyə dəvət etdi. Məqsədi; ziyarətinə gəlməyən şəxsi də orada saxlayıb, görüşmələrini və bir səhvin meydana gəlməməsini təmin etmək idi.

Fəxrəddini Razi həzrətləri qarşılaşdığı ziyarətinə gəlməyən şəxsdən:

- Nə üçün bizi ziyarətə gəlmədiniz? - soruşdu. Belə cavab verdi:

- Mən kasıbın biriyəm. Nə ziyarətinizə gəlməyim sizə bir şərəf qazandırar, nə də gəlməməyim sizdən bir şey aparar. Siz mühüm kəslərlə məşğul olun.

Bu cavab Fəxrəddini Razi həzrətlərini düşündürdü. Bu dəfə tamamilə maraqlanaraq israrla suallarını sıraladı:

- Bu, sıravi birinin sözünə bənzəmir. Ürəyi-könülü oyanıq birinin cavabıdır bu. İndi daha çox maraqlandım. Söyləyin, nə üçün gəlmirsiniz? Bizə vermək istədiyiniz bir sözünüz var.

- Sən, "Müsəlmanların mənim ziyarətimə gəlməkləri vacibdir" - demisən. Niyə sənin ziyarətinə gəlmək vacib olsun?

- Mən elm əhliyəm. Mənim ziyarətimə gələnlər əslində mənim deyil, elmin ziyarətinə gəlmiş olurlar. Mübarizəmdə mənə köməkçi olub, məni dəstəkləmiş sayılarlar.

- Elə isə izah et baxaq... Elmin hədəfi Allahı bilmək olduğuna görə, necə bilirsən Həzrəti Mövlanı?

- Yüz dəlil ilə bilirəm Allah Təalanı...

- Yaxşı, elə isə, söyləyərsənmi, dəlil şübhələri aradan qaldırmaq üçün deyilmi? Demək səndə bu qədər şübhə varmış ki, hər birinə dəlil axtarmısan, ancaq bu dəlillərlə şübhəni itirmisən. Halbuki Allah mənə, elə bir iman verdi ki, şübhənin zərrəsi belə ürəyimdə yoxdur. Olmayan şeyi aradan qaldırmaq üçün niyə dəlil axtarım?

Bu cavabdan sonra bir susqunluq başlayır. Sonra yerindən qalxan böyük təfsirçi Fəxrəddini Razi həzrətləri,

- Uzat əlini öpüm. Sən sıravi biri deyil, bir iman və ixlas nümunəsi, mənəviyyat sultanısan. Kimsənsə, de, məni daha çox maraqda qoyma.

Fəxrəddini Razi həzrətlərinin qulağına pıçıltı ilə söyləyir:

- Danışdığın şəxs, Nəcmüddini Kübra həzrətləridir.

Fəxrəddini Razi həzrətləri dərhal diz çöküb xahiş edir:

- Xahiş edirəm, məni də qəbul edin talibləriniz arasına, mən də iştirak edim söhbətlərinizdə...


Geri dön

.♣.Chrysalis.♣.

  • 30 dekabr 2011 14:56
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

music_angel

  • 1 sentyabr 2011 13:39
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 18 oktyabr 2010 22:35
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

SerSeRi_RuzGaR

  • 17 oktyabr 2010 16:34
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
TEwEKkuRleR

--------------------
<<<$aLunKa>>>

sevgi yalandir

  • 17 oktyabr 2010 12:12
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Grace_Angel

  • 16 oktyabr 2010 22:56
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel xebere gore....ALLAH RAZI OLSUN...!!!

--------------------

BaLaShKa

  • 16 oktyabr 2010 22:51
  • Məqalə: 2
  • Şərh: 13
  • Bal:
{awards}
bele deyerli xebere gore tewekkur edirem

--------------------

Azeri_Gozeli

  • 16 oktyabr 2010 22:34
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}