Qiyamət üçün geri günlər sayım başladı

 
Qiyamət üçün geri günlər sayım başladı

Nəzəriyyənin ortaya atıldığı vaxtlarda ortaya çıxan bu fəlakət söz-söhbətləri müəyyən bir seqment xaricində çox maraqla qarşılanmadı amma söz mövzusu əfsanə mifoloji qaynaqlarla gücləndirilincə qiyamət ssenariləri ictimaiyyətin gündəminə bir anda oturdu. Bu qaynaqlara görə 12-ci planet olaraq xarakterizə edilən Marduk, ən son miladdan əvvəl 1649-cu ildə Dünyaya çox yaxın keçmiş və səbəb olduğu sel fəlakətləri, volkanik partlamalar və böyük zəlzələlər nə qədər sivilizasiyanı tarixə basdırmışdı.

Böyük günə bir il qaldı.
Qiyamətin qopacağı iddia edilən 21 dekabr 2012 tarixinə bir illik geri sayım başladı. Kimisi fəlakətlərə qarşı tədbirini alır, kimisi olacaqların qaçınılmaz olduğunu söyləyərək özünü həyatın gözəlliklərinə həsr edir, kimisi də Mardukun heç bir şeyi dəyişdirməyəcəyini söyləyərək ortada gəzən söz-söhbətlərə qulaq asmır. Ancaq bu naməlumluğun içində bəzi suallar maraq oyandırır. Marduk nədir, nə deyil? 21 dekabr tarixində Dünyaya bir cisim dəyəcəkmi? Köhnə Mesopotamiya tanrılarından biri olan Marduk, bu coğrafiyadan günümüzə çatmış bir çox kitabədə adı çəkilən bir simvoldur. Hətta Babil yaradılış dastanı Enimə Elişə görə şəhərin baştanrısı, qədim misirlilərə görə ‘milyonlarla ilin planeti,' mayalara görə isə beşinci günəş çağının bitmə səbəbidir. Bütün bu tarixi tapıntıları ələ aldığımızda dünyanın sonu yaxınlaşır kimi görünür. 2012-də dünyanın yox olacağına inanan on minlərlə insan mövzuyla bağlı NASA-nı e-mail bombardmanına tutunca, təşkilat rəsmi bir məlumat vermək məcburiyyətində qaldı. Şərhdə 2012-ci ildə planetimizə heç bir şeyin dəyməyəcəyi deyildisə də insanların içi çox rahatlamadı. Şərhin ictimaiyyəti çaxnaşmaya sövq etməmək üçün CIA tərəfindən edildiyini dilə gətirən geniş bir seqment hələ də 21 dekabr 2012-ci il də planetin daha əvvəl heç görmədiyi bir fəlakətlə qarşı-qarşıya qalacağına inanır.

Nəzəriyyə yalanlandı amma.
Dünyaya hər hansı bir cismin dəyməyəcəyinin açıqlanmasının ardından bu dəfə ortaya atılan nəzəriyyələr də dəyişdi. Son tənzimləmələrlə birlikdə Mardukun dünyaya çox yaxın keçəcəyi və yaranan maqnetik qüvvətlə bir silsilə astronomik hadisənin yaşanacağı iddia edildi. Məsələn bunların ən çox bilinəni, 21 dekabr 2012 tarixində Mardukun ikinci bir günəş kimi təpədə iştirak edəcəyi və ay ilə hardasa eyni böyüklükdə görünəcəyidir. Buna görə planet iki dəfə dünyamıza yaxınlaşacaq və ilk yaxınlaşma 7 Sentyabrda reallaşacaq. Bu yaxınlaşma əsnasında ortaya çıxan maqnetik qüvvətlə bərabər bənzəri görülməmiş zəlzələlər, sellər və fırtınalar yaşanacaq. Yüz milyonlarla insan həyatını itirərkən, həyatda qalanlar isə aclıq və susuzluğun səbəb olduğu döyüşlərdə öləcək. Amma ən sonunda gün gələcək, dövran dönəcək və Marduk, günəş sistemini 1 İyul 2014-də tərk edərək maqnetik təsirin azalmasını təmin edəcək.

Ortaya atılan ikinci iddianın nisbətən daha qorxunc olmasından ötəri başda ABŞ-da olmaq üzrə dünyanın bir çox yerində insanlar tədbirlər görür. Məsələn New Hampshire əyalətindəki Matrix İnstitutuna üzv minlərlə adam fəlakətlərə qarşı hazırlıqlar etməyə başladı belə. Hazırlıqların təməlini isə Amerikalı kahin Gordon Michael Scallionun çəkdiyi "Yeni Dünya Xəritəsi" meydana gətirir. Xəritəyə görə Avropa qitəsi adalara ayrılaraq tamamilə yox olarkən, Anadolu coğrafiyası qəzadan bəladan xilas olmuş bir şəkildə varlığına davam edir. Amerika min parçaya ayrılmış, Afrikanın ortasından iki böyük dəniz keçir, Rusiyanın yerində isə yellər əsir. Ayrıca institut, üzvlərinə bu xəritənin yanında "fəlakətə 72 saatda hazır olma kitleri" və ABŞ-da çox az adamın bildiyi "saxlanacaq sığınacaqların ünvanlarını" satır.

Mardukçular internetdə təşkilatlanır.
Dünyada bunlar olub bitərkən türk xalqı Marduk əfsanəsiylə bir az gec tanış oldu. 2003-cü ildə yazar Burak Əldəm tərəfindən qələmə alınan "2012: Mardukla Görüş" kitabı məlum fəlakəti xəbər verirdi. Burak Əldəm, mövzuya bir də siyasi perspektiv gətirib, "Yeni Dünya Nizamı" suverenlərincə tətbiq olunan siyasi manevrlərin bu dövrə hazırlıq olduğunu müdafiə edirdi. Kitab böyük maraq gördü və doqquzdan çox nəşr olundu. Geri sayım başlamışkən ölkəmizdə də Marduk mövzusu ciddi-ciddi müzakirə edilir. İnternet üzərindən təşkilatlanan bir çox adam, ictimai paylaşma saytlarında qurduğu qruplarda "qaçınılmaz sonun" nə vaxt gələcəyinin müzakirəsini edir və bu sona qarşı nə kimi tədbirlər alına biləcəyini danışır. Mardukdan qaçış planı edən kəslərin qruplar meydana gətirdiyi və fəlakətdən əvvəl sığınacaqların hara ediləcəyi, ərzaqların necə saxlanacağı kimi mövzular təyin olunmuşdur.

Kino bu fikri çox sevdi.
Qiyamətin yaxın zamanda qopacağını tez-tez dilə gətirən rejissor Roland Emmerich də Maya təqvimi istiqamətində yaşanması gözlənilən qiyaməti 2012 adıyla ağ- pərdəyə köçürmüşdü. "2012: Doomsday" adlı film isə eyni ssenari əsasında çəkildi. Robert Silverbergin rejissor olduğu "The Second Trip"... "2012: Supernova" və "I Spit On Your Rave" isə 2012 əvvəli və sonrası yaşanacaqları çox əvvəldən xəbər verən fəlakət filmlərindən yalnız bir neçəsidir.

Qiyamət 2000-də də qopacaqdı.
Məşhur kahin Nostradamusun kəhanətlərinə söykənərək 2000-ci ildə Dünyanın yox olacağı iddia edilmişdi. Hətta dijital qiyamətin yaşanması və insanlığın xaosa süründürülməsi gözlənilirdi. Nəysə ki dünya milenyuma sağ-salamat girdi. Argentinalı qapıçı Carlos Roa da qiyamət qopacaq deyə karierinin zirvəsində futbolu buraxıb ibadətə başlamışdı amma bir şey olmayınca o da köhnə komandasına Mallorcaya geri döndü. Rusiyada isə bir keşiş müqəddəs kitabdakı riyazi şifrələrdən yola çıxaraq 21 May 2011 tarixində tanrının yer üzünə gələcəyini elan etdi. 20 May gecəsi kilsələri dolduran və dualar yoldaşlığında səhərləyən xalq, qiyamət qopmayınca dərin bir nəfəs aldı.


Geri dön

D_e_v_i_L

  • 26 dekabr 2011 19:02
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
tewekkurler, Qiyamet gununun olmasini hec kes deqiqlikle deye bilmez

--------------------
Benim mutluluğum şundan ileri geliyor: Sahip olduğum şeyler için seviniyor, sahip olamadığım şeyler üzerinde düşünmüyorum.

wiki

  • 25 dekabr 2011 14:02
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

LoNeLy_AngeL

  • 25 dekabr 2011 02:26
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
{awards}
eh dagilmagina gagilacage amma yavash yavash Bele birden bire yox...

Elvin007

  • 24 dekabr 2011 23:28
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
XEber ucun sagol!
qiyamet gunu ne vaxdsa olacaq kef pozmaqa deymez vaxdken dunyanin gozelliyinden hez all ve kef ed wen kecir gununu! feel

--------------------
▼►►Proqramming◄◄▼

FLY TİME

  • 24 dekabr 2011 22:36
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
uuuuuuuuuuuuuuzuuuuuuuuuun xebere gore ......:::::tewekkurler:::::........

300 spartali

  • 24 dekabr 2011 21:26
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
tskr lol

generation

  • 24 dekabr 2011 21:23
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
uffffff bezdik ee bele sohbetlerden bu nediiyeeee 2003 dagilirdi dagilmadi
2005 dagilirdi dagilmadi
2007 dagilirdi dagilmadi
2011 dagilirdi niye dagilmadi

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

kelli

  • 24 dekabr 2011 20:31
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
essi inanmayin bos bos sohbetderdiiii dedilerkiii 2005 olacag olduuu yox gorursuz yalan yalan sohbetterdiii onu ancag istese allah eleyer wink wink wink

Okush

  • 24 dekabr 2011 20:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

Gulsen abdullali

  • 24 dekabr 2011 20:19
  • Məqalə: 5
  • Şərh: 470
  • Bal:
{awards}
Ewiii inanmayin hamisi bow weydi her weyi bilen ve eden allahdi.allah istese bu deyqe istese hec daqitmaz.esas insanlardan aslidi insanlar pis yola duwmese allah sevgisi duysalar baqiwlanmalarini dieseler bunlarin hec biri olmaz.ama duwunmurlerki allahin qezebine tuw gelmiwiy

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy

_favorit_arkadas

  • 24 dekabr 2011 20:16
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Tesekkurler...

Tesekkurler...

--------------------

Narka E-ZaDe

  • 24 dekabr 2011 20:11
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
inanmayin yalan sohbetdi 100 % Allah inanmaq lazimdi qalani bow weydi..guya dagilsa n olacaq lap yaxsi smile

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_BİTANESİ_

  • 24 dekabr 2011 20:10
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Essssssiii yene qiyameeeeeeeeeeeeeeeet??? wink

--------------------
AŞİFTE

Melek Kiz

  • 24 dekabr 2011 20:03
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
sen cani bu ne xeberdi

RoMaNTiK SerSeRi

  • 24 dekabr 2011 19:57
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
oydaaaaa.... belay

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}