
Dərd almışam bu dünyadan,
İstər dostdan,istər yaddan,
Nagislərdən,nadanlardan,
Allahıma sığınmışam.

Ayaq açan yalanlardan,
Nahaqlardan,böhtanlardan,
İnsan cildli şeytanlardan,
Allahıma sığınmışam.

Düşünərək ömrün sonun.
Qabil tutub haqqın yolun.
Qüdrətini bilib onun
Allahıma sığınmışam.
İstər dostdan,istər yaddan,
Nagislərdən,nadanlardan,
Allahıma sığınmışam.

Ayaq açan yalanlardan,
Nahaqlardan,böhtanlardan,
İnsan cildli şeytanlardan,
Allahıma sığınmışam.

Düşünərək ömrün sonun.
Qabil tutub haqqın yolun.
Qüdrətini bilib onun
Allahıma sığınmışam.