Lətifələr

 
Lətifələr

1) Bir gün bir qadin evdə ağlayır, kişi gəlib görüb soruşur:
- Niyə aglayırsan,nə olub?
Bu gün falçıya getmişdim,50 manatımı alıb dediki:"Ərin səni başqa qadınlarla aldadir"...
- Dəlisən? 20 manat verərdin mənə,deyərdimde ozum.

2) -Ofisiant``mənim çorbamda milçək var``.
-Narahat olmayın,çörəyin içindəki hörümçək onu mütləq tutacaq.

3) Bir qoca qarı işıqforda dayanan cavan oğlana deyir:
Bala,kömək et yolu keçim.
Nənə,qoy yaşıl işıq yansın keçirərəm.
Eh,ay bala,yaşıl isıqda elə özüm də keçərəm.

4) Özünü siçan hesab edən bir dəli bir neçə ildən sonra ağıllanır və dəlixanadan çıxmaq vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam, amma çöldəki pişik hardan bilsin ki,mən ağıllanmışam

5) İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

6) Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

7) İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?

8) İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal dənizində nəhən bir ağ ayını əllərimlə boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən öldürmüşəm!

9) Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.

9) İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki, axmaq olduğunu gizlədirsən...

10) Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??

11) Qulaq as Məmməd! Dünən özümə ağ ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl papaq al, olacaqsan qatıq butulkası.

12) Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı yığışdırın.

13) Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.

14) Həkim, “ənənəvi narkoz” nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı da iç, indi uzan cərrahiyyə masasına..

15) Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......

16) Avtomatı təmizləməmişdən əvvəl nə etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən başqasının avtomatı olar.

17) Komandir əskərlərin araq içmələrinə qadağa qoyur və divara yazır: “İçki öldürür”.Sabahsı gün komandir yazının altında bir yazı daha görür: “Əskərlər ölməz.”

18) Almaniyada müharibə vaxtı üç nəfər silahlı adam yol ilə gedir. Yolda iki nəfər görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb? Şəhərdə cüt gəzmək olmaz.
İki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
Üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.

19) Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv edir.

20) ABŞ-da yeni güllə icad ediblər. Hədəfə güllənin gilizi yox, avtomatın özü dəyir.

21) Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq tutuquşunu yeyib.

22) Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə normal qaydada zəng çalır, sonra həyəcan siqnalı verir, sonra üstünüzə bir vedrə soyuq su tökür......əgər heç biri kömək etməsə, işinizə zəng edib xəstə olduğunuz barədə xəbər verir.

23) Bir tacir zinət əşyaları satır. Hər gün müəyyən saatda işini öz meymununa tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Oğru gözlərini bağlayır deyir lyalya. Meymun bunu edəndə oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra. Tacir meymuna tapşırır ki, bir təkrar olunsa səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb çırpır oğrunun başına və deyir:
- ala

24) İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.

25) İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee


Geri dön

..:MeleK kiz:..

  • 29 dekabr 2011 13:05
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
aferin kiz super yazmiwsin winked

Мой Мир

  • 27 dekabr 2011 16:52
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Sebine oldum gulemden allah seni oldurmesin qiz bu nedi az qarnim agridiyee wink wink wink wink wink

--------------------
∞♥

Elvin007

  • 26 dekabr 2011 13:24
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

_DreaM_

  • 26 dekabr 2011 13:09
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
suueppperrr..ellerinize saglik))

--------------------

V_I_P

  • 26 dekabr 2011 12:49
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
gulmelidiler..elaaaaaa.twkkkkkk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

zoluska

  • 26 dekabr 2011 12:42
  • Məqalə: 1
  • Şərh: 872
  • Bal:
{awards}
tewekkurler

joyful

  • 26 dekabr 2011 11:53
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
hamaisi qewengdi tewekkur.
İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee

Bizde de imtahanlar bawlib...Kitab oxumaq yerine kanspekti kim hazirlayacaq deye muzakire apaririq... winked

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

Dinar Mamedova

  • 26 dekabr 2011 08:47
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
oldum ee gulmekden tewekkurler

--------------------

_BİTANESİ_

  • 26 dekabr 2011 00:56
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
lol

--------------------
AŞİFTE

фея

  • 25 dekabr 2011 23:38
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
9) Bir nəfər Sibirdə havanın hərarəti mənfi 60 dərəcə olduğunu eşidir. O buna inanmır və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
ela wink wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ada...07

  • 25 dekabr 2011 23:13
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
bir necesi tekrar idi, amma yenede cox gulmeli letifelerdi...

--------------------


Deniz

  • 25 dekabr 2011 23:11
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Kvant fizikasi en superi idi.... lol

konul123

  • 25 dekabr 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 1458
  • Bal:
{awards}
cox sagolun cox gulmelidiler coxda maraklidilar wink wink wink

CINGIZ_15

  • 25 dekabr 2011 22:17
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
tesekkurler maraqli idi lol

--------------------
)ζø√ξ ♥...........

Nikoyl

  • 25 dekabr 2011 22:10
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
cox gulmedim desem lol

--------------------

AzeriMan

  • 25 dekabr 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 510
  • Bal:
{awards}
Çox sağ ol! wink

--------------------
Səni Sevirəm...

Okush

  • 25 dekabr 2011 21:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKURLER

..::MY_WORLD::..

  • 25 dekabr 2011 21:42
  • Məqalə: 9
  • Şərh: 170
  • Bal:
{awards}
superdi canim ellerine sagliq

--------------------
Bəzən əlçatmaz arzularına xəyallarında sahib ola bilirsən, Amma elə arzular olur ki, heç xəyallarda da o arzuya çata bilməyəcəyini anlayırsan...

✰GlaMurKa✰

  • 25 dekabr 2011 21:28
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
L_u_n_a_t_i_k,
lap yaxsi canim

..:LuNaTiK:..

  • 25 dekabr 2011 21:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
canikom benim twkler bezilerini bilirdim amma bilmediklerimde vardi oxuyub senin sayende bilmmmm ilk werh benden!!

KaYfA_SuRgUn

  • 25 dekabr 2011 21:23
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
qesengdi......xebere.....gore.....twk...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}