Məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və uzun müddət müxtəlif xəstəxanalarda yatan türkiyəli müğənni İbrahim Tatlıses bu müddət ərzində dəyəri milyonlarla ölçüləcək məbləğdə pul itirib. Məlumata görə, müğənni yaralanmadan əvvəl hər ay 8 konsert proqramı ilə çıxış edirdi. Tatlıses hər konsertdə təxminən 120 000 lirə (49 908 manat) pul qazanırdı. Müğənni yaralı qaldığı 9 ay ərzində sadəcə konsertlərə görə 8 milyon 640 min lirə (3 593 376 manat) ziyana düşüb. Bundan başqa Tatlısesin ayda 4 televiziya proqramı vardı və hər tok-şou üçün 150 000 lirə (62 385 manat) pul alırdı. Müğənni TV proqramından 5 milyon 400 min lirə (2 245 860 manat) ziyana düşüb.
Biznes fəaliyyətylərinə nəzarət edə bilməmək İbrahim Tatlısesin ticari qazancına da mənfi təsir göstərib. Məlumata görə, 2011-ci ildə Tatlıses yerinə yetirə bilmədiyi ticari islahatlara görə 5 milyon lirə (2 079 500 manat) ziyana düşüb.
Qeyd edək ki, məşhur müğənninin məruz qaldığı yekun zərərin miqdarı 19 milyon 40 min lirədir (8 085 096 manat).