Əlvida!!!

 
Əlvida!!!

Sən getdin... Bir zülmət qaranlıq, bir zindan təkliyi, ağır bir boşluq buraxdın geridə. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Tək söz söyləyə bilmədim, üzünə baxa bilmədim, qarşında ağlamadım. Əridim, tükəndim, bitdim. Sonsuzluqda bir insan necə olar... Səsi-nəfəsi necə eşidilər?

Əlvida eşqim... Əlvida sevgilim...

Sən özünü heç belə gərəksiz, belə dəyərsiz, belə yalnız hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi, dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlanıldı. Yoxluğunun əvəzi çox ağır sevgilim.

Sevinclərim, xəyallarım,ümidlərim, rəngli dünyam, əlvida... Əlvida yaşamaq... Həyatın mənası, əlvida...

Kimsə fərqində deyil yoxluğunun. Sənsiz nə hallarda olduğumu kimsə bilmir. Anlamır itib gedən bir sevginin kədərini. Dünənə qədər ən ucasını yaşadım xoşbəxtliyin, ayaqlarımın altından itkin gedirdi torpaq, dənizlərin, düzənliklərin üstündə uçurdum. Günəş qədər yaxın idi mənə eşq. Günəş qədər isti və parlaq. Buraxdın birdən-birə, qanadlarım kəsildi. Sürətlə çaxıldım yerə, boşluğun içindəyəm indi, heç bir şeyem. Halbuki dünyanın ən zənginiydim. Bütün çiçəklər bizim üçün açardı, bizim üçün ballanardı meyvələr, əkinlər bizim üçün bərəkətli, sular bizim üçün çağlar idi. İndi toz tüstü içində qızğın bir səhradayam. İstiqamətimi, yolumu çaşmışam.

Sən mənsiz necəsən bilmirəm. Rahatsanmı, xoşbəxtsənmi, bu qədər tez məni unudarsanmı? Necə birdən keçmiş olarsan? Dünənə qədər gözlərindən eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğruna bıçaqlar çəkib dünyaya meydan oxuduğum, ey sevgilim, hardasan? Kimləsən? Kimlərləsən? Kimlərlə oynaşar, könül əyləndirərsən? Mən burada tərk edib getdiyin yerdəyəm.

Əlvida eşqim... Əlvida sevgilim! Əlvida sənə...


Geri dön

sevgi yalandir

  • 27 oktyabr 2010 17:55
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
serh yazan her kese twk love

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 26 oktyabr 2010 20:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Azeri_Gozeli

  • 26 oktyabr 2010 18:20
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}