Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir

 
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək

Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub. Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı
15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.
Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək. Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur. Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.
Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip)
yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın
istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə
əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv
müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda
səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra
(ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş
25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Qanun layihəsində qanunun
2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.


Geri dön

Alone angel

  • 28 dekabr 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
2 il var hele. oooooooooooooooooooooo

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

LoNeLy_AngeL

  • 28 dekabr 2011 01:48
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
hmm maraqlidi

M.Ceceli

  • 27 dekabr 2011 22:45
  • Məqalə: 2
  • Şərh: 137
  • Bal:
{awards}
menim 15 yasim tamamdi goren olar almaq?

--------------------
Namazova Vusale

B_A_H_A_R

  • 27 dekabr 2011 20:54
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
XEBERE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Cher Lloyd

  • 27 dekabr 2011 20:26
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
lap yaxci

KaYfA_SuRgUn

  • 27 dekabr 2011 20:23
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
qesengdi......xebere....gore.....twk.....

--------------------

★Azerbaijan girl★

  • 27 dekabr 2011 20:12
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler minnetdaAAM

generation

  • 27 dekabr 2011 19:10
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
ehhh hele varrrrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 27 dekabr 2011 18:45
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Ku-ku

  • 27 dekabr 2011 18:40
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
hm tewekkurler

--------------------

_BİTANESİ_

  • 27 dekabr 2011 18:38
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Mwelumatcun tesekkurler.. winked

--------------------
AŞİFTE

Okush

  • 27 dekabr 2011 18:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hmmmmmmmmmmmmm

_TUNAR_MAMEDOV_

  • 27 dekabr 2011 18:31
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
MARAQLI idi... eziyyete gore twkler...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 46
Cəmi: 67

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}