Dostluqda vəfalısan?

 
Dostluqda vəfalısan?

Günlərin bir günü üç dost qatar stansiyasına gəlir. Qatarın tərpənməsinə yarım saat qaldığından oturub bir az yemək yeyirlər. Bunlar şirin-şirin yemək yeyərkən, birdən qatar tərpənir, dostlar isə təlaşa düşür. Biri hesabı verir, o biri isə çantaları yığır.Bundan sonra onlar qatarın arxasınca qaçmağa başlayırlar.Dostlardan biri çətinliklə də olsa qatara minməyə bacarır. Digər ikisi isə qaçmağa davam edir. Sonra onlardan biri də qatara çıxmağı bacarır. Sonda tək qalan dost bir az qaçdıqdan sonra yerə sərilib, gülməyə başlayır. Qıraqdan onu görən biri yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar. Amma sən çata bilmədin, yerə uzanıb qəh-qəhə çəkirsən. Nəyə gülürsən?
-Dost deyir: Çünki onlar məni ötürməyə gəlmişdilər.

Bəs sizin həyatınızda bu cür dostlarınız olubmu? Və ya sualı belə qoyum, sizi candan başa düşən, halınıza yanan, özünü unudan dostunuz varmı? Güvəndiyiniz, həqiqətən etibar etdiyiniz biri həyatınızda varmı? Dostunuz həyatınızda hansı yeri tutur? Bizdə atalar misalından tutmuş, şeirlərə, aforizmlər, sitatlara kimi dostluq haqda müxtəlif cür deyimlər var. Dost nədir? Soruşanda bəziləri əslində dostlarının həyatlarında tutduğu yer haqda fikirləşmək əvəzinə, dərhal şablon, artıq dilimizdə klişe olmuş məsələlərə istinad edirlər.

Elmi prinsiplərə əsaslansaq, dostluq azad deyil, dostun olması üçün qarşılıqlı olaraq nəsə verməlisən. Dost olmaq üçün çalışmaq lazımdır. Bu, asan məsələ deyil. Tənbəl dost yaxşı dost deyil. Dost qulaq asır, sual verir, qayğıkeş olur. Dost üzr istəyə bilir, dost əfv edə bilir, dostlunla rahat olursan.

Bəs necə dost olmaq lazımdır?
Dost olmaq üçün danışmaqdansa daha çox dinləməlisən. Bağışlamalısan –çünki təbii olaraq dostun səhv edəcək. Üzr istəməyi bacarmalısan – qürurlu olma, sən də səhv edə bilərsən, dostuna yardım etməlisən, aldığından çox verməlisən, sözlərinlə diqqətli olmalısan, elə işlətməlisən ki, onlar dostluğu qurmalıdır, dağıtmamalıdır. Sözün həqiqətən kəsəri var, gücə malikdir, onlar ya kimisə xilas edə və ya öldürə bilər.

Dostların bir xatirələri olmalıdır, xatırlaya biləcək həqiqi xoş xatirələr. Xatırlayanda gülüşlə yada sala biləcəyiniz anlar. Dostları unutmayın, tez-tez onlarla yazışmaq, zəng etmək, onları unutmadığınızı və sevdiyinizi hiss etdirin.

ANS PRESS olaraq bu məsələni ilk olaraq ətrafımızda olan insanlardan öyrənməyə başladıq. Rəylər fərdlər kimi müxtəlif oldu. Respondetlərim arasında qadınlar da vardı, kişilər də. Ümumi deyim ki, qadınlar kişilərlə müqayisədə məsələ ilə bağlı nikbin çıxış etmədilər. Qadının dostunun olmadığını, insana ancaq anadan, bacıdan yaxşı, etibarlı rəfiqə ola biləcəyini dedilər. Təbii ki, bu fikrlə bütün qadın respondetlər razılaşmadı, dürüst, vəfalı rəfiqələri olan qadınlar da var.

Respondetlərdən biri Mahir Allahverdiyev bildirdi ki, insanın əsl dostu Allahdır, çünki, o, yeganə varlıqdır ki, səndən heç nə istəmir, təmənnasız şəkildə, heç bir qarşılığı olmadan insanın əsl dostu olur: “Amma həyata qayıtdıqda isə sözsüz ki, mənim məktəb vaxtından tutmuş, universitet, əsgərlik, ailə dostum var. İnsan elə varlıqdır ki, o, mütləq maddi və ya mənəvi, hətta adi "çox sağ ol"un belə əvəzini gözləyir. Biz ideal deyilik, əgər belə olmasa idi, onda biz də seçilən, Allah rəsulu olardıq. Etiraf edim ki, vaxtikən özümə ən yaxın və dost bildiyim qardaşım, indi ən zəhləm gedən insanlar sırasındadır. Amma yaxşı dostum var”.

Bu məsələyə nisbi yanaşanlar da var. Məsələn, respondetlərdən biri Səfər Əliyev bildirdi ki, dost və sirdaş fərqli anlayışlardır: “Mən deyə bilmərəm ki, dostum var, eyni zamanda dostum yoxdur desəm, bu da düzgün olmaz. Hər insana da güvənmək olmur”.

Aytən Həmidova adlı respondentim isə M. Allahverdiyevdən fərqli olaraq dostunun olmamasına və dosta güvənmədiyini dedi: “Vaxt var idi, rəfiqələrimin olduğunu düşünürdüm. Amma vaxt keçdikcə həyat mənə göstərdi ki, əsl dost var, ya yox. Deyə bilərəm ki, sadəcə mənim tanışlarım var, dostum isə yoxdur. Təəssüf ki, onlar özlərini doğrultmadılar”.

Psixoloq Elmir Əkbər mütəxəssis kimi bu məsələyə aydınlıq gətirməyə çalışdı. Onun sözlərinə görə, Azərbaycanda dostluğa birmənalı yanaşmırlar. Bizim cəmiyyətdə böyük əksəriyyət dostluğa inanmır, qadınla kişinin dostluğunu qəbul etmirlər. Məsələn, kişilər öz tələbatlarını ödəmək üçün adətən evə, ailəsinin, övladlarının yanına qaçmaqdansa, haradasa çayxanada oturub, dostları ilə fikirlərini bölüşməyi daha üstün tuturlar. Lakin onlardan fərqli olaraq qadınlar ailə, övlad, qohumlarına, yaxınlarına daha çox vaxt sərf etdiklərindən öz rəfiqələri ilə bir az qeybət edirlər, amma kişilərlə müqayisədə hisslərini lap dərindən bölüşməyə ehtiyac duymurlar. Dost anlayışını hər kəs özü başa düşdüyü kimi izah edir, ona görə də bu fərdi məsələdir.

Adi insanlarla yanaşı daim gündəmdə olan, həyat tərzləri adi insanlara nisbətən fərqli olan şəxslərin də dostunun olub-olmamasını öyrəndik. Məsələn, yazıçı Seyran Səxavət dostlarının Allahın ona verdiyi ən yaxşı nemət olduğunu dedi. Onlar mənə nə artıqdırlar, nə də əksik. Özümü dostsuz təsəvvür etmirəm. Necə dostsuz yaşamaq olar? Dostsuz nə etmək olar? Dost əslində insanın yol göstərənidir. Dost insan ömründə yol işarələri kimi bir şeydir. Mən dostlarımdan Allahımdan razı olduğum qədər razıyam.

Dostlarımla artıq 50 ildən artıqdır bir yerdəyik. Get-gedə azalırıq, aramızdan biri dünyasını dəyişəndə biz də onunla birgə ölürük. Dost tam özgə insanların bir-birini tamamlamasıdır.
Dostu seçməzlər, ayaqqabını seçərlər, kostyumu seçərlər, dost isə talehdir. Mən dostlarım olmayanda elə bilirəm ki, üşüyürəm, özümdə olmuram, onları görən kimi elə bil, nəfəs alıram, onlarla mən bütövləşirəm".

Gənclərin münasibəti də bizə maraqlı gəldi. Müğənni Elnarə heç vaxt dostlarını ayırmadığını, həm qadın, həm də kişi dostu olduğunu dedi. "Hesab edirəm ki, insan özünü normal, düzgün şəkildə təqdim edə bilirsə, onun dostu da ola bilər, düşməni də. Ola bilər kiminsə rəfiqəsi və ya dostu ilə nə vaxtsa problemi olub. Mən həyatda bunlara çox xırda bir şey kimi baxıram, yəni mənim üçün belə bir şey problem deyil.

Dost deyəndə ilk ağlıma həyat yoldaşım gəlir. Ən yaxın dostum odur, hər bir işimdə, hər bir halımdan xəbəri var, mənə görə narahatdır, işlərim onu maraqlandırır. Deyim ki, qadın dostlarım çoxdur. Mən özümü dostluqda etibarlı hesab edirəm, sözümün ağasıyam, söz verirəm, çalışıram əlimdən gələni edim. Hətta özümə pis olsa belə, sözümü yerinə yetirirəm. İlk növbədə sədaqətli, vəfalı olmalısan, bunlar yoxdursa, əlbəttə dostun olmayacaq".

Gənc şair Aqşin Yenisey də olduqca nikbin münasibət sərgilədi. Onun fikrincə, dostluq insanın əldə etdiyi insanı keyfiyyətlərdən, ən yüksək mərhələlərdən biridir. Onun sözlərinə görə, dostsuz insan köksüz, budaqsız ağac kimi bir şeydir, inkişaf edə bilməz, dost olmasa, həyat doğurdan da maraqsız olar. "Bəzən deyirlər ki, kişilərlə qadınlar arasında dostluq daha çox müzakirə olunur, amma demək olar ki, kişilər dostluğu müzakirə etmirlər. Kişilər ya dost olurlar, ya da onlar arasında dostluq olmur.

Kişi ilə qadın arasında dostluq anlayışı düzgün deyil, məsələn, avstriyalı həkim-psixiatr, psixoloq və psixi təhlilin banisi kimi tanınan Ziqmund Freydin belə bir kəlməsi vardı ki, kişi yatmayacağı qadınla dostluq etməz. Amma kişilər arasındakı dostluq müzakirəsiz, müqaviləsiz baş verir. Ruhən yaxınlıq varsa, dostluq baş tutur. Əks təqdirdə bu olmur. Dostlarım həyatda yaşayış prosesində yaranıb, həyat hədiyyə edib. Dost tirajı olmayan anlayışdır. Allahın və həyatın hədiyyəsidir, məni də elə qəbul etsinlər. İnsanlar elə düşünürlər ki, dostu ancaq dar gündə axtararlar, amma məncə dostu elə xoş gündə də axtararlar".

Əsl dostluq Sovet dövründə qaldı

Sosioloq, Qafqaz Sosioloji Tədqiqatlar Mərkəzinin layihə meneceri Rodun Vladimir ANS PRESS-ə açılmasında bu məsələnin əsasən psixoloji olduğunu dedi. Lakin bir sosioloq kimi bildirdi ki, əsl sevgi ancaq əsl dostluqdan sonra gələ bilər, dostluq sanki bir təməldir, dostluq olmadan bu münasibətlər də çox çəkmir.

"Qadınların inamsızlığına gəldikdə isə bu psixoloji bir məsələdir, onun fundamental səbəblərini araşdırmaq lazımdır. Dost həqiqətən var".

“Dostluq sovet dövründə qaldı” ifadəsi ilə razılaşmayan psixoloq Elmir Əkbər bildirdi ki, bu yalnış anlayışdır. Dost indi də var və yenə də olacaq. Bəzən insanlar münasibətlərinin sərhədini bilmirlər, bu isə sonda düşmən münasibətə, münaqişəyə səbəb olur. Bizdə problem dostluqda deyil. Ümumilikdə insanlardadır. Tamamlanmış, bütövləşmiş, tərbiyəli insan, düzgün kök üstündə duran insanın dostluğu əlbəttə mümkündür və var. Belə dostluq gözəldir, belə dostluq əməkdaşlıq da, hətta düşmən münasibətdə də gözəldir. Onların düşmən münasibəti də qeyrətli olur. Ona görə dostluğun sovet dövründə qalmasını demək düzgün deyil. Keyfiyyətsiz insanla dostluq etmək olmur, amma cəmiyyətdə keyfiyyətsiz münasibətlər mövcuddur.

Qadın kişi dostluğu

Təəssüf ki, bizdə bu anlayış yoxdur. Qadınla kişinin dostluğu anlayışı tam fərqli dəyərdir. Bunlar fərqlidir. Həmscinsinlə daha rahat, daha çılpaq danışa bilərsən. Necə ki, insanın öz həyat yoldaşı, özündən böyük və ya özündən kiçiklərlə dostluğu fərqlənir, eləcə də qadınla kişinin, qadınla qadının, kişi ilə kişinin dostluğu fərqlənir. Onların dostluğu məsləhət şəkildə də ola bilər. Məsələn, bir qadın həyat yoldaşına nə hədiyyə edə bilər.

Problem cəmiyyətdədir

Dostluq anlayışına hər kəs fərdi olaraq yanaşır və qəbul edir. Dost olmaması fikri cəmiyyətdə olan problemlərlə bağlıdır. İnsanlar son vaxtlar maddi çətinlik və s. bağlı bir-birinin münasibətindən məyusluğa qapılır. Kimsə dostluqda aldadır, kimsə özünü doğrulda bilmir.

Bir çoxları dostu həyat yoldaşı, övlad, valideyn olduğunu deyir. Amma mən bu fikirlə razı deyiləm. Valideynlik və ya həyat yoldaşı olmaq- bunlar öz-özlüyündə kifayət qədər müqəddəs anlayışlardır. Bunları daha də bəzəmək üçün dost sözünü bura qatmaq lazım deyil. Məsələn, sən dostdan yaxşı məsləhət və ya fikir ala bilərsən, amma valideynə hər fikri söyləmək olmur. Sizin deyəcəyiniz sözün ona necə təsir edəcəyindən ehtiyatlanırsınız, məsələn, birdən anam pis olar, ürəyinə salar. Amma dost daha gözüaçıq və soyuqqanlı ola bilər.

Son olaraq deyim ki, dostsuz mümkün deyil, insan sosial bir varlıqdır və bundan kənarda dayana bilməz. Dostluq o vaxt yaranır ki, qarşındakı insanın dəyəri sənin qısqanclıq hisslərindən daha yüksək olur.


Geri dön

LoNeLy_AngeL

  • 28 dekabr 2011 01:50
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
oxumadim,cox uzundu.heves yoxdu wink

ELIF

  • 27 dekabr 2011 23:18
  • Məqalə: 0
  • Şərh: 340
  • Bal:
{awards}
vefaliyam men

--------------------
Alemlerin rebbi uca Allaha sonsuz sukurler olsun

B_A_H_A_R

  • 27 dekabr 2011 20:52
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
TESEKKUR MEN SADIQEM AMA BASKALARI YOX MENLE DOSTLUGUMA GORE YOX BASKA SEYE GORE DOST OLMAQ ISTEYIRLER

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Cher Lloyd

  • 27 dekabr 2011 20:25
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
tesekkurler

KaYfA_SuRgUn

  • 27 dekabr 2011 20:21
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
qesengdi......xebere....gore.....twk.....

--------------------

★Azerbaijan girl★

  • 27 dekabr 2011 20:08
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
tesekkurler ellerinize saglik

generation

  • 27 dekabr 2011 19:13
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_awik_kiz_

  • 27 dekabr 2011 19:03
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
thanks dostlarim var en yaxin dostlarim: Russiya_girl; V_I_P ; RoMaNTiK_SeRSeRi super dostdular dostluq eladi

Gulsen abdullali

  • 27 dekabr 2011 18:47
  • Məqalə: 5
  • Şərh: 470
  • Bal:
{awards}
Təəssüf ki, bizdə bu anlayış yoxdur. Qadınla kişinin dostluğu anlayışı tam fərqli dəyərdir. Bunlar fərqlidir. Həmscinsinlə daha rahat, daha çılpaq danışa bilərsən. Necə ki, insanın öz həyat yoldaşı, özündən böyük və ya özündən kiçiklərlə dostluğu fərqlənir, eləcə də qadınla kişinin, qadınla qadının, kişi ilə kişinin dostluğu fərqlənir. Onların dostluğu məsləhət şəkildə də ola bilər. Məsələn, bir qadın həyat yoldaşına nə hədiyyə edə bilər.
tessufki bizde buna pis baxirlar ama men dost dedimse dimeli dostumdu

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy

.♣.Chrysalis.♣.

  • 27 dekabr 2011 18:46
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk eziyyete gore

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 27 dekabr 2011 18:39
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
cooooox ideee...axra qeder oxumadim,,amma yenede eziyyete gore twkler...

--------------------

Okush

  • 27 dekabr 2011 18:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler

Ku-ku

  • 27 dekabr 2011 18:36
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
twk amma dostum yoxdu

--------------------

Melek Kiz

  • 27 dekabr 2011 18:35
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
dostlugu bacariram

_BİTANESİ_

  • 27 dekabr 2011 18:35
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Oxumadim..
Vaxtm olanda mutleq oxuyaram..
Thanks! winked

--------------------
AŞİFTE
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 13
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}