
Bir körpə,dünyaya gəldiyi zaman.
Hıcqırıb,dəhşətlə,ağlayır yaman.
Dünyanın əzabın ,körpə dərk edir.
Gələcək günlərcün, ağlayır yaman.
O qədər pak,təmiz olur əzəldən.
Gözünü açanda, qorxur əcəldən.
Lövhəni göstərir, Rəbbimiz ona.
Alnına taleyi yazdım öncədən.
Çalış ki,xaliqə yaxşı xidmət et.
Dünyaya aldanma, bir az diqqət et.
Hər şey əmanətdi, buna diqqət et.
Üzü qara gəlmə,mənə dönəndə.
Dünyada çox işlər, sən görəcəksən.
Bir çox cığırlardan,tək keçəcəksən.
Rəbbini düşünüb,tez dərk edərsən.
Bununda xeyrini mütləq görərsən.
Körpə heç anlamır,nə gördü məgər.
Faili muxtarsan,düşünsən əgər.
Hər bir yol qoymuşam,sənin qarşına.
Düz yol seçəcəksən, düşünsən əgər.
