Müsəlman gözəlliyini necə qorumalıdır?

 
Müsəlman gözəlliyini necə qorumalıdır?

Ustad Qiraəti "Quranda gözəllik" haqda danışmışdır. Bu çıxışı zamanı o təkfirçilərin Məsumların (ə) qəbirlərini ziyarət etməyə aid tutduqları irada cavab olaraq, buyurmuşdur:

"Bunlar fikilrəşirlər ki, onların cavabını verən yoxdur. Ancaq özləri də başa düşmürlər ki, dəlilləri çox yersizdir. Təkfirçilərdən biri Bəqi qəbiristanlığında Əhli-Beyt (ə) davamçılarından birinə deyir: "Nə deyirsən, Həsən, Həsən! Həsən artıq vəfat edib. Ölüyə təvəssül etmək şirkdir". Sonra qələmini yerə atıb, deyir: "Ey Həsən, mənim qələmimi ver". Sonra üzünü Əhli-Beyt (ə) davamçısına çevirib, deyir ki, bax, Həsən mənim qələmimi vermədi, çünki ölüb. Əhli-Beyt (ə) davamçısı ona baxıb, deyir: "İndi bu qələmi mənə ver." Qələmi təkfirçidən alıb, yerə atır və deyir: "Ya Allah! Qələmi mənə ver. Gördün ki, sənin məntiqinlə Allahın da qüdrəti yoxdur bu qələmi verməyə".

Ustad Qiraəti davam edir: "İnsan fitri olaraq, gözəllik dalıncadır. Bu insan fitrətinin bir hissəsidir.
Şeytan da bu fitrətdən istifadə edir. "Və (xatırla) o zaman (ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi".
("Ənfal" 48).

Gözəllik - insanın ehtiyacıdır. Gözəllik həmişə nicatın amili olmur. Bu da bir məsələdir. Bəzən elə olur ki, bir nəfər çox gözəldir, ona tez bir zamanda elçi gəlir. Çirkin qız isə deyir: "Necə olur ki, Allah bizi çirkin yaradıb? Həmin qız üçün elçi gəlir, ancaq bizə gəlmir." Bu məsələ onun əqidəsində ilışıb qalır. Həzrət Əmir deyir: "Qız əgər görsə ki, gözəlliyindən bir qiymət aşağıdır, baxsın ki, Allah ona hansı kamalı vermişdir? Ola bilsin ki, gözəl qadın 62 il yaşasın, ancaq sən 95 yaş".

Mən özüm də axundluq qəmini çəkmirdim, bəziləri mənim yerimə çəkirdilər və deyirdilər: "Qiraəti, sənin əxlaqında çatışmamazlıq var və səsin də yoxdur, mərsiyə də oxuya bilmirsən. Ona görə də axindluq sənin harana yaraşır?" Ona görə də kəndlərdən birinə gedəndə mənə dedilər ki, sən mərsiyə oxuya bilmirsən. Ayətullah Yəsribiyə məktub yazdılar ki, biz bu şeyxi istəmirik. Mərsiyə oxuyur və insanlar gülürlər. Hər nə qədər mərsiyə oxudum, insanlar güldülər. Bəli, mən Qiraəti mərsiyə oxuya bilmirəm. Sonra yazı lövhəsinə (yəni elmi araşdırmaya, tədrisə - red) tərəf gəldim, hər şey yaxşı oldu. Əgər kimsə ali məktəb imtahanında kəsilirsə, deməsin ki, kül başıma, 2 il imtahandan kəsilmişəm. Get dərzi ol və paltar tik. Kim deyir ki, siz mütləq ali məktəbi qurtarmalısınız?! Ola bilsin ki, ali məktəbdən kəsiləsən, ancaq hövzəyə qəbul olasan. Belə ki, bir hədisimiz var ki, əgər bir sənətdə müvəffəqiyyət qazanmırsansa, deməyin ki, bəxtim qaradır. Sənətini dəyiş, ola bilsin ki, yoluna düşəsən.

Ancaq onlar ki, gözəldirlər, özlərini qorumalıdırlar. Gözəl qadınlara Quran buyurur: "Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!"
(Vaqiə" 23).

Yəni gizli şəkildədir, hərraclıq deyildir. "(Onlar paklıq və parlaqlıqda) sanki yaqut və mərcandırlar".
("Rəhman" 58).

"Həmin cənnətlərdə gözlərini ərlərindən qeyrisindən yığan və ondan başqasını sevməyən, nə bir insanın, nə də cinin toxunmadığı qadınlar vardır"
("Rəhman" 56).

Bəzi qızlar belə fikilərşirlər ki, gözəldirlər, ona görə də özlərini hərraca qoyurlar. Bax gör Quran nə deyir, deyir ki, gərək özünü gizlədəsən. Səni görmək istəyənlər gərək ailə qursunlar. Ancaq sən özünü mənasız yerə insanlara göstərirsən. Heyfdir. Dünyadakı gözəlliklər uçub gedəcəkdir. Belə bir hədisimiz vardır ki, əgər kimsə qadınla gözəlliyinə və ya puluna görə evlənərsə, Allah hər ikisini ondan alar. Pul da, gözəllik də uçar. Behişt gözəlliyi qalıcıdır. Dünyadakı gözəllik isə əlin qaşınması kimidir. Bir haldır ki, gəlib, gedir. Bir dəqiqədən sonra nə burada bir şey qalır, nə də orada. Mənə deyirdilər ki, gəl filan yerdə çıxış et. Dedim ki, gəlmirəm. Dedilər ki, niyə? Dedim qaşınmaq kimidir. Soruşdu ki, nə deməkdir? Dedim ki, qaşınan çıxış odur ki, bir anlıq onu edirsən, sonrası heçdir. Gözəllik də bir anlıq olan bir şeydir.

Şah Abbasın gözəlliyi

Şah Abbasın iki gözəlliyi vardı. Biri tacı, xalçası, xanımları, qızılları ki, hamısı uçub getdi. O biri gözəlliyi isə qalıcı oldu, bu da Şah Abbasın karvansarayı idi. Kərbəla yolundadır. Karvansara qaldı və özü getdi. Gərək ehtiyatlı olaq ki, bu gözəlliklər mənəvi gözəlliklərə mane olmasın.

Gözəlliyi nümayiş etdirmək təhlükəlidir

"Deyerler"ə istinadən bildirir ki, gözəllik də yolunu azmağın bir vasitəsidir. "(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: "Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir".
("Qəsəs" 79).

Bəli, Qarunun bu gözəlliyi nəticəsində insanların ağlı başlarından uçdu. Dedilər ki, kaş biz də Qarun kimi ola biləydik. Ona görə də gözəllik yolunu azmağa da gətirib çıxara bilər. Bizim gözəl oğlanlarımız insanları yollarından azdıra da bilərlər. Ancaq bu gözəllik tövhid amili də ola bilər. Quran buyurur ki, gözəllik açar kimidir. Bu açar qapını bağlaya da bilər, aça da".


Geri dön

B_A_H_A_R

  • 5 yanvar 2012 16:32
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

A_S_G

  • 30 dekabr 2011 23:31
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
Gözəl qadınlara Quran buyurur: "Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!"
(Vaqiə" 23)
.

--------------------
Pis fikirlər sizi əhatə etdikdə, sadəcə gülümsəyin və düşünün:"Siz varsiniz və kim üçünsə lazimsiniz"...

_ROCK_STAR_

  • 29 dekabr 2011 12:57
  • Məqalə: 19
  • Şərh: 769
  • Bal:
{awards}
tesekkurler xebere gore Allah razi olsun....

Okush

  • 29 dekabr 2011 00:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE COX SAGOL

AzeriMan

  • 29 dekabr 2011 00:24
  • Məqalə: 0
  • Şərh: 499
  • Bal:
{awards}
Çox sağ ol!

--------------------
Səni Sevirəm...

... Deryam ...

  • 28 dekabr 2011 23:50
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Bizim gözəl oğlanlarımız insanları_ qızları yoldan azdıra da bilərlər fellow Ona görə də hər qapını döyənə verilməz o açar .
Tşklər Allah razı olsun .

--------------------

_SVETLANA_777_

  • 28 dekabr 2011 22:44
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
tesekkurler

--------------------
<p></p>

★Azerbaijan girl★

  • 28 dekabr 2011 22:27
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thankssssssssssssssss

.♣.Chrysalis.♣.

  • 28 dekabr 2011 20:11
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
maraqli xeberdi

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

generation

  • 28 dekabr 2011 20:11
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

B_A_H_A_R

  • 28 dekabr 2011 19:49
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Russiya_girl

  • 28 dekabr 2011 19:49
  • Məqalə: 2
  • Şərh: 762
  • Bal:
{awards}
coox sagol canim Allah razi olsunn

_BİTANESİ_

  • 28 dekabr 2011 19:44
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Bəzi qızlar belə fikilərşirlər ki, gözəldirlər, ona görə də özlərini hərraca qoyurlar. Bax gör Quran nə deyir, deyir ki, gərək özünü gizlədəsən. Səni görmək istəyənlər gərək ailə qursunlar. Ancaq sən özünü mənasız yerə insanlara göstərirsən. Heyfdir. Dünyadakı gözəlliklər uçub gedəcəkdir. Belə bir hədisimiz vardır ki, əgər kimsə qadınla gözəlliyinə və ya puluna görə evlənərsə, Allah hər ikisini ondan alar. Pul da, gözəllik də uçar. Behişt gözəlliyi qalıcıdır. Dünyadakı gözəllik isə əlin qaşınması kimidir. Bir haldır ki, gəlib, gedir. Bir dəqiqədən sonra nə burada bir şey qalır, nə də orada. Mənə deyirdilər ki, gəl filan yerdə çıxış et. Dedim ki, gəlmirəm. Dedilər ki, niyə? Dedim qaşınmaq kimidir. Soruşdu ki, nə deməkdir? Dedim ki, qaşınan çıxış odur ki, bir anlıq onu edirsən, sonrası heçdir. Gözəllik də bir anlıq olan bir şeydir.

"Deyerler"ə istinadən bildirir ki, gözəllik də yolunu azmağın bir vasitəsidir. "(Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: "Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir".
("Qəsəs" 79).

Cox sag ol!! winked

--------------------
AŞİFTE

RoMaNTiK SerSeRi

  • 28 dekabr 2011 19:42
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
ALLAH razi olsun..........

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 64
Cəmi: 90

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 34
Cəmi: 919
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 301
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 53
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}