Çobanın duası

 
Çobanın duası

Günahkar bir adam idi. Ayıq gəzməzdi. Bütün kənd camaatı bu insandan şikayət edirdi. Ölsə də, xilas olardıq bu adamdan deyirdilər.

Bir arvadı vardı bu adamın, bir də özü. Uşaqları da olmamışdı. Kənd camaatı belə bir adamın nəsilinin olmadığına məmnun idi. Qadın isə ərinin halına kədərlənsə də səs çıxara bilməzdi. Otuz ildir evli idilər, döyərdi, əsəbləşərdi, hər gün biriylə dava edirdi. Amma əri idi, evinin kişisi idi.

Adam çox yaşlanmışdı. Öskürəyi yuxusunu bölür, iki nərdivan çıxsa təngnəfəs olur, titrəyən əlləriylə siqaretini çətinliklə ağzına aparırdı. Çox arıqlamış, qısa olan boyuyla bir uşaq kimi qalmışdı. Qadın əllərini açıb dualar edir, axır ömüründə olsun bu adamın halı bir az düzəlsin deyə yalvarırdı Allaha…

Çobanın duası

Adam bir səhər evdən çıxdı, lakin ertəsi səhər oldu qayıtmadı. Dan yeri ağararkən qadın ərini axtarışa çıxdı. Kim bilir yenə harda sızıb qalmışdı! Əvvəl kəndin üst tərəfindəki bulağın başına getdi tapa bilmədi. Yaxındakı tarlaları axtardı, kəndin dörd bir tərəfinə baxdı, yox idi. Evə gəlmişdi deyərək qaçaraq geri gəldi, xeyr, dönməmişdi. Günəş batmaq üzrə idi, tələsik dəstəmaz alıb, namaza durdu. Duası bitmək üzrə idi ki, qapının döyüldüyünü eşitdi.

Gələn əri idi. Adamın üzü sapsarı olmuşdu. Öskürür, əliylə sinəsini işarə edirdi. Qadın ərinin qoluna girdi, güc bəla yatağa qədər apardı. Adam uzandı, arvadının üzünə baxdı, ağlayırdı. Qalxmaq istədi, haqqını halal et deyəcəkdi, sözünün sonunu gətirə bilmədi, başı yastığa düşdü. Ölmüşdü…

Qadın ərinin başında çox ağlayıb fəryad etdi. Bir az özünə gəlincə gözlərini sildi, çənəsini bağladı. Qalxdı, imamın evinə getdi.

- İmam… deyə hıçqıraraq, bizimki…

Söyləyə bilmirdi, amma imam vəziyyəti anlamışdı. Qadının üzünə baxdı, kəndlilər nə deyər deyə fikirləşdi, tərəddüd etdi.

-O adam bir dəfə belə məscidin qapısından içəri girmədi, qaldırmaram onun cənazəsini, deyib qapını bağladı.

Qəhr oldu qadın. Hara gedim, nə edim deyə fikirləşdi. Heç kəsləri yox idi, çarəsiz evə qayıtdı. Ərini yudu, sandıqdan çıxardığı ağ bir çarşafa bükdü, çiyininə aldı, qəbiristanlığa tərəf getdi.

Məscidin küncündən dönərkən, kəndin böyüyünün və kəndlilərin özünə doğru gəlməkdə olduğunu gördü. Bir daha düyünləndi boğazı, cənazəsi çiyinindən sürüşərkən, düzlərinin üstünə çökdü, əllərini üzünə tutub ağlamaya başladı.

Çobanın duası

Əsəblə kəndin böyüyü yaxınlaşdı:

-Onu hara aparırsan, dedi. Qəbiristanlığa basdırım demə! Sağlığında biz çəkdik, bir də ölülərimiz çəkməsin o hərifin əlindən…

Qadın gözlərini çarşafın üstünə dikmiş, eləcə dayanırdı. Birdən qışqırmağa başladı, havalanmış kimi idi sanki. Sıxlıq, izdiham yanından qorxuyla uzaqlaşarkən, cənazəsini təkrar götürüb kəndin xaricinə doğru getməyə başladı.

Qan tər içində qalmışdı qadın, artıq adım atacaq halı yox idi. Öz-özünə;

- Buraya basdırım ölümü, dedi, kimsə burda narahat olmaz… Həmin anda bir ayaq səsi eşitdi, diksindi, bir çoban idi gələn. Qadın hər şeyi olduğu kimi izah etdi. Çoban çox kədərləndi, gözləri doldu.

- Dərd eləmə dedi, mən kömək edərəm sənə.

Bir çuxur qazıb cənazəni basdırdılar. Çoban məzarın başında dayandı, əllərini açdı, dua etdi. Qadın bir neçə çiçək tapıb, torpağın üstünə səpdi. Çobana dualar edərək evinə qayıtdı. Yorulmuşdu. Pəncərənin kənarına oturub uzaqlara baxaraq fikirə getdi. Elə orda da yatıb qaldı. Ertəsi gün səhər kəndin böyüyü imamın qapısını həyəcanla döyməyə başladı. Bir tərəfdən təpiyi vurur, bir tərəfdən də "İmam, İmam…" deyə qışqırırdı. İmam qapını qorxuyla açdı.

-Bir yuxu gördüm, dedi kəndin böyüyü, İmam, o heç bir şeyə yaramayan, o avara adam cənnətdə idi, mənə gülür, haqqım sənə halal olsun, deyirdi.

Yuxunu eşidən imamın üzünün rəngi ağardı, özü də eyni yuxunu görmüşdü. "Gəl, içəri gəl.." deməyə başlamışdı ki, kəndin dəlisini gördülər. Qaçaraq gəlir, bir tərəfdən də qışqırırdı:

- Demədimmi mən, demədimmi sizə, yuxumda gördüm, yuxumda…

Bir neçə kəndli buna bənzər yuxular gördüyünü söyləyincə qərar verdilər. Üzr istəyəcək, özlərini bağışlatmağa çalışacaq, bu vaxt işin əslini öyrənəcəkdilər. Bir şeylər olmuşdu amma nə idi?

Çobanın duası

Evə çatdıqlarında qapını açan qadın çaşmışdı. Qapını üzlərinə bağlayacaqdı, edə bilmədi. Gələnlər olanları izah edib üzr istədi, cənazəni harda dəfn etdiyini, nələr olduğunu soruşdular. Qadın hər şeyi izah etdi. Diqqətlə dinlədilər və çobanı tapmağa qərar verdilər.

Bir tərəfdən gedir bir tərəfdən aralarında danışırdılar: bu çoban bir övliya idi hərhalda, ya da ki, Xızır idi, əslində ölən adam da o qədər pis bir adam deyildi.

Təsvir edilən yerə gəldiklərində çoban qoyunlarını otladırdı. Gələnləri görüncə ayağa qalxdı, xeyrdir inşAllah dedi. Oturdular, onlara süd verdi, danışmağa başladılar. Çoban deyilənlərdən heç bir şey anlamamışdı, cənazəni necə dəfn etdiklərini izah etdi.

- Mən bir qərib qulam, dedi; cənazəni dəfn etdik, başında dayanıb bir dua etdim sadəcə, hamısı bu qədər… maraqla necə bir dua etdiyini soruşdular, çobanda söylədi:

-Allahım, mən dağda qoyunlarımı otladarkən qulların gəlirlər yanıma, salam verirlər. Sənin salamınla gələn sənin qonağındır deyib qarşılayıram. Süd verib, azuqəmi paylaşıram. İndi də mən sənə bir qonaq göndərirəm, onu da SƏN qarşıla və gözəl yola sal…


Geri dön

_favorit_qiz

  • 4 yanvar 2012 17:02
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
Tewekkurler...

_favorit_arkadas

  • 30 dekabr 2011 14:36
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Serhleriniz ucun tesekkurler...

--------------------

SEHRI-AGALAROVA

  • 30 dekabr 2011 12:35
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
tesekkurler xebere gore

RaDmeLLa

  • 30 dekabr 2011 00:43
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Axra kimi oxudum maraqli idi

KaYfA_SuRgUn

  • 29 dekabr 2011 20:31
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH QEBUL ELESIN

--------------------

RoMaNTiK SerSeRi

  • 29 dekabr 2011 19:48
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
cox menali cumlelerdi.........

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_BİTANESİ_

  • 29 dekabr 2011 19:17
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Eziyyete gore cox sag ol!

--------------------
AŞİFTE

_ROCK_STAR_

  • 29 dekabr 2011 19:15
  • Məqalə: 19
  • Şərh: 776
  • Bal:
{awards}
choxsagolun

Qara mələk

  • 29 dekabr 2011 18:42
  • Məqalə: 36
  • Şərh: 65
  • Bal:
{awards}
Çox gözəl. Çox xoşuma gəldi. Çox sağ ol.

--------------------
Bir gün bir adam gəlib yaxınlaşdı rəssama,
Dedi: Sən mənim üçün xoşbəxtliyi çəkərsən?
Rəssam dönüb ani bir nəzər saldı adama,
Dedi ki: Mən çəkərəm, sən anlaya bilərsən???

generation

  • 29 dekabr 2011 18:37
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 18:30
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
TWK AXIRA KIMI OXUDUM COX MARAQLI VE IBRETLI HEKAYE IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 29 dekabr 2011 18:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Eziyyete Gore Tesekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}