Ət və piy haqqında gələn xəbərlər

 
Ət və piy haqqında gələn xəbərlər

Rəsuli-Əkrəm (s) buyurub ki, ət və piydə elə bir tikə yoxdur ki, mədəyə düşdüyü yerdə şəfa qoymasın və dərdləri oradan qovmasın.

Həzrəti-Əli (ə) buyurub:

“Dünyada və axirətdə ət - təamların ağasıdır”.

Peyğəmbər (s) cənabları buyurub:

“Biz peyğəmbərlər ət sevən camaatıq”.

İmam Cəfər Sadiq (ə) buyurub:

“Hər kəs qırx gün ət yeməsə, onun xasiyyəti pisləşər; kimin xasiyyəti pisdirsə, ona ət yedirdin. Hər kəs bir parça piy yesə, o qədər dərd onun bədənindən çıxar”.

Yenə o Cənab (ə) buyurub:

“Ən yaxşı ət döş (sinə) ətidir”.

Ət və piy haqqında gələn xəbərlər

Yenə də buyurub:

“Kimin ürəyində və ya bədənində zəiflik olsa, qoyun ətini süd ilə yesin”.

İmam Cəfər Sadiq ələyhis-səlam buyurub:

“İnəyin (öküzün) əti dərddir, piyi şəfadır, südü isə dərmandır.

Yenə o Cənab (ə) buyurub:

“Heyvanın bədənində on şey var ki, onları yemək olmaz: 1) peyin; 2) qan; 3) haram ilik; 4) dalaq; 5) vəzilər və ya gülümlər; 6) cinsiyyət üzvü; 7) xayalar; 8) rəhim yəni balalıq (döl yerləşən kisə); 9) həya, yəni dəvənin balalığı; 10) övdac, yəni boyunda olan qan damarları”.

Yenə o Cənab (ə) buyurub:

“Meyyitə heyvanın bədənində on şey var ki, onlar halaldır:

1) buynuz; 2) dırnaq; 3) sümük; 4) diş; 5) qursaq (şirdan); 6) süd; 7) tük; 8) yun; 9) pər; 10) yumurta”.

Yəni əgər heyvan ölmüş olsa və şəriət qaydası ilə kəsilməsə, belə meyyitə heyvanın bədənində yuxarıdakı on şey halaldır, amma o heyvanın əti haram, həm də murdardır. Sayılan on şey isə murdar olsa, onları pak etmək olar.

Ət və piy haqqında gələn xəbərlər

Rəsuli-Əkrəm (s) buyurub:

“Dəvə ətini yeyin, Allahın düşməni olan yəhudilərə müxalif olan bütün möminlər onu yeyirlər”.

İmam Cəfər Sadiq (ə) buyurub:

“Üç şey var ki, insanın bədənini söküb dağıdar, hətta bəzən öldürər: 1) qurudulmuş ət yemək, 2 ) tez-tez hamama girmək, 3) qoca, qarı arvadlarla evlənmək”.

Rəsuli-Əkrəm (s) buyurub:

“Kim ürəyindən şikayət etsə, və qəmi çox olsa, turac əti yesin”.

Yenə o Cənab buyurub:

“Balıq əti yemək vərəm xəstəliyinə səbəb olar”.

Yünə də buyurub:

“Təzə balıq əti yemək bədəni əridər”.

Əmirül-möminin Əli ələyhis-səlam buyurub:

“Çəyirtkə halaldır, amma dənizdə ölmüş balıqlar və başqa heyvanlar haramdır”.

Sonra buyurub:

“Çəyirtkə və balıqların hamısı halaldır”.

Məqsəd budur ki, çəyirtkə və ovlanıb sudan xaricdə ölmüş balıq əti halaldır. Lakin dənizdə ölmüş hər bir heyvan, eləcə də balıq haramdır.

Ət və piy haqqında gələn xəbərlər

Yunus ibni Bəkr nəql edir ki, imam Rza (ə) ilə görüşdüm, o Cənab (ə) soruşdu ki, nə üçün rəngin sarıdır? Dedim ki, qızdırma məni haldan salıb. Buyurdu ki, yeginən. Bir həftədən sonra görüşəndə yenə rəngimi sarı görüb buyurdu ki, sənə demədimmi ki, ət ye? Dedim ki, bu həftə ərzində ətdən başqa heç nə yeməmişəm. O Cənab (ə) soruşdu ki, əti necə yemisən? Dedim ki, suda bişirib yemişəm. Buyurdu: - Kabab edib yeginən. Mən o Cənabın (ə) buyurduğuna əməl etməyə başladım. Bir həftədən sonra yanaqlarım qızarmışdı.

İmam Cəfər Sadiq ələyhis-səlamdan rəvayət olunur ki, bir zaman Peyğəmbər (s) cənabları bel ağrısından Allah-taalaya şikayət elədi. Ona əmr olundu ki, hərisə yesin. (Hərisə ət ilə buğda qarışığından hazırlanan bir təamdır ki, İranda ona həlmaşi deyirlər. Bundan ötrü bir qədər buğdanı isladıb, sonra döyəcləyərək onu qabıqdan çıxarırlar. Sonra bir kök qoyun kəsib, onun ətini quyruğu ilə birlikdə bir qazanda bişirirlər. Sonra həmən müqəşşər (qabıqsız) buğdanı o ətin üstünə töküb qarışdırırlar və onu palumlayaraq tamam həll bişənə qədər qaynadırlar. Bu qayda ilə hazır olan xəşilə bənzər təam həlmaşı və ya həlim-aşı adlanır, özü də çox qüvvətli təamdır. O Cənab (s) bu təamdan tənavül edib, beli qüvvət tapdı.

İmam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, hansı quşların ətini yemək olar?
Buyurdu:


“Qanad çalan quşun ətini ye, süzən quşun ətini yemə”.

Yəni, qanad çalmağı süzməyindən çox olan quşların əti halaldır, süzməyi qanad çalmağından çox olan quşların əti haramdır.
Sonra o Cənabdan soruşdular ki, meşələrdə tapılan quş yumurtaları barəsində şəriətin rəyi nədir?

Buyurdu:

“İki tərəfi bərabər olan yumurtaları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye”.

Sonra su quşları barəsində sual etdilər.
Buyurdu:


“Hansı quşun çinədanı (pətənəyi) varsa, onun ətini ye, hansı quşun çinədanı yoxdursa, onun ətini yemə”.


Geri dön

_favorit_qiz

  • 4 yanvar 2012 16:59
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
Tewekkurler...

.♣.Chrysalis.♣.

  • 3 yanvar 2012 01:52
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

LoNeLy_AngeL

  • 31 dekabr 2011 22:23
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
coxsagolum,maraqli idi...

wiki

  • 31 dekabr 2011 17:49
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler,cox maraqlidir

..::Sevgi Meleyi::..

  • 31 dekabr 2011 14:31
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
allah razi qalsin sizden...

merve bologur

  • 31 dekabr 2011 14:28
  • Məqalə: 2
  • Şərh: 48
  • Bal:
{awards}
allah razi olsun..

:))

  • 31 dekabr 2011 14:24
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
allah razi olsun!!!

RoMaNTiK SerSeRi

  • 31 dekabr 2011 13:11
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_BİTANESİ_

  • 31 dekabr 2011 13:02
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
İmam Cəfər Sadiq (ə) buyurub:
“Üç şey var ki, insanın bədənini söküb dağıdar, hətta bəzən öldürər: 1) qurudulmuş ət yemək, 2 ) tez-tez hamama girmək, 3) qoca, qarı arvadlarla evlənmək”.

Yenə o Cənab buyurub:
“Balıq əti yemək vərəm xəstəliyinə səbəb olar”.

belay
Cox maraqliydi..
Xebere gore minnetdaram..

--------------------
AŞİFTE

Music Star

  • 31 dekabr 2011 12:48
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
men cox beyendim bu xeberi Allah razi olsun!

--------------------

Okush

  • 31 dekabr 2011 12:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkurler

generation

  • 31 dekabr 2011 11:57
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Russiya_girl

  • 31 dekabr 2011 11:52
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
coxx sagol Allah razi qalsinn

Dinar Mamedova

  • 31 dekabr 2011 11:50
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler deyerli xebere gore

--------------------

Ahli-Shia313

  • 31 dekabr 2011 11:41
  • Məqalə: 43
  • Şərh: 178
  • Bal:
{awards}
ALLAH razı olsun.inşaALLAH əvəzini alarsan bu Məhərrəm ayında...

--------------------
Каждый день Ашура, Вся земля Кербела!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 65
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}