Ürək dərmanları asılılıq yarada bilər

 
Ürək dərmanları asılılıq yarada bilər

Buna görə də həmin ölkələrin bəzilərində, o cümlədən Litvada, eləcə də ABŞ-da korvalol nəzarətdə saxlanılan, idxalı və satışı qadağan olunmuş preparat sayılır.

20-ci əsrin əvvələrindən tibdə geniş istifadə edilən korvalol sakitləşdirici dərmanlar qrupuna aiddir. Müntəzəm istifadə edildiyi təqdirdə bu dərmanın hətta narkotik kimi asılılıq yaradığı da bildirilir.

Qərbi Avropa ölkələrində, eləcə də Azərbaycanda Almaniya istehsalı olan korvaloldan və onun ekvivalenti olan Volokordindən geniş istifadə edilir.

"Sağlamlığa Çağırış" QHT Alyansının İdarə Heyətinin sədri Gülnarə Hüseynova müsahibəsində bu dərmanların narkotik tərkibli olduğunu deyib. O bildirib ki, bu preparatların tərkibinin otlardan ibarət olduğu deyilir, amma elə narkotik maddələr də otlardan hazırlanır.

Hazırda bu dərmanlardan Azərbaycanda geniş istifadə edildiyini qeyd edən Hüseynovanın sözlərinə görə, alimlər araşdırma apardıqdan sonra belə qənaətə gəliblər ki, bu dərmanlar ürəyi müalicə etmirlər, onlar sadəcə sakitləşdirici dərmanlardır.

Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə Trend-ə müsahibəsində bu dərmanların narkotik tərkibli olması ilə razılaşmayıb. O deyib ki, bu dərmanlar nanə, pişikotu və spirtdən ibarətdir.

"Tərkibində spirt olduğu üçün Rusiyada bəzi alkoqoliklər onlardan 5-6 flakon alıb içirlər. Nəticədə spirtli içkinin təsiri əmələ gəlir. Amma bu dərmandan 15-20 damcının qəbulu heç bir mənfi təsir yaratmır. Əksinə, sakitləşdirir, spazmları aradan götürür", - Baxşəliyev qeyd edib.

O bildirib ki, əslində, bu dərmanlar ürəyin ciddi ağrılarını - stenokardiyanı sakitləşdirmir. Amma ürək nahiyəsindəki narahatlığı, nevrotik ağrıları aradan qaldırır. Bu dərman əsasən sinir sisteminə təsir göstərməklə simpatik sinir sistemini sakitləşdirir.

Baxşıliyev deyib ki, bu dərmanlar əvvəllər reseptsiz verilməyib. Amma sonra onlar təhlükəsiz hesab edildiyi üçün onların reseptsiz də verilməsi qərara alınıb. Hazırda bu dərmanlar apteklərdə reseptsiz verilir.

Baxşəliyev hesab edir ki, bir sıra ölkələrin təcrübəsini nəzərə alaraq, korvalolun, eləcə də onun ekvivalenti olan volokordinin Azərbaycana gətirilməsinin qarşısının alınmasına ehtiyac yoxdur.

Kardioloqun sözlərinə görə, bu dərmanlar illər boyu Rusiyada, eləcə də bütün MDB ölkələrində həkimlər, məşhur akademiklər tərəfindən ürək nevrozlarının müalicəsi üçün geniş istifadə edilib və hazırda da edilir.

Baxşəliyev bildirib ki, Azərbaycanda da insanlar bu dərmanlardan istifadəyə çox öyrəşiblər, onlarda bu dərmanlara inam yaranıb.

"Həqiqətən də ürək nahiyəsindəki ağrıların böyük hissəsi ekstrakardial mənşəli, yəni ürək nevrozu olur. Bu dərmanlar həmin ağrıların azalmasına təsir edir", - həkim qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən dərmanlar adi halda xəstəyə 20-23 damcı təyin edilir. Ürək döyüntülərinin sayı artıqda - 100-110 olduqda xəstəyə 1 dəfə üçün 35-40 damcı içmək məsləhət görülür. Bunun nəticəsində xəstənin ürək döyüntülərinin sayı azalır.

Amma bu dərmanların tərkibində spirt qarışığı olduğu üçün onları uzun müddət istifadə etdikdə və gün ərzində 5 dəfə qəbul etdikdə orqanizmdə spirtə tələbat yarana bilər.

"Dərmanı hər dəfə qəbul etdikdə bədənə bir az spirt gedir. Ona görə bu dərmanları fasiləsiz içsən, gələcəkdə orqanizm onu yenə də tələb edə bilər. Bundan əlavə, geniş istifadə etdiyimiz volokordinin tərkibində fenobarbital var ki, o da yuxugətirici təsir göstərir. Bu dərman uzun müddət fasiləsiz qəbul edilsə, qaraciyərə mənfi təsir edir", - kardioloq əlavə edib.


Geri dön

.♣.Chrysalis.♣.

  • 30 dekabr 2011 21:10
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
"Həqiqətən də ürək nahiyəsindəki ağrıların böyük hissəsi ekstrakardial mənşəli, yəni ürək nevrozu olur. Bu dərmanlar həmin ağrıların azalmasına təsir edir", - həkim qeyd edib.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 30 dekabr 2011 20:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR


EZIYYETE GORE TESEKKUR

LoNeLy_AngeL

  • 30 dekabr 2011 19:05
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
{awards}
maraqli idi..

generation

  • 30 dekabr 2011 18:46
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
xebere gore thanks

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_BİTANESİ_

  • 30 dekabr 2011 18:03
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Melumatcun teskkurler.. winked

--------------------
AŞİFTE

RoMaNTiK SerSeRi

  • 30 dekabr 2011 17:23
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
oooo qeweng xeberdiiiiii............

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Music Star

  • 30 dekabr 2011 17:20
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
tskler men hec vaxt derman qebul etmirem sonra adam oyresir

--------------------

(((_Deniz_)))

  • 30 dekabr 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
melumata göre teşekkürler

KaYfA_SuRgUn

  • 30 dekabr 2011 17:01
  • Məqalə: 185
  • Şərh: 1569
  • Bal:
{awards}
qesengdi......xebere....gore....twk.....

--------------------

MuslimGirl

  • 30 dekabr 2011 16:33
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
(((
Nə yaxşı ki öyrənmiş oldum, bilmirdim bunu. Təşəkkürlər

Robet

  • 30 dekabr 2011 16:33
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
tewekkurler melumata gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 51

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}