Hz.Ruqəyyənın(s.ə) Şamın xarabasında şəhid olduğu gündür

 
Hz.Ruqəyyənın(s.ə) Şamın xarabasında şəhid olduğu gündür

Bu gün Hz.İmam Hüseynin(ə) məzlum balası Hz.Ruqəyyənın(s.ə) Şamın xarabasında şəhid olduğu gündür.

Həzrət Rüqəyyə (ə) imam Hüseyn ibn Əlinin (ə) qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə (ə) 59-cu hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi və 61-ci hicri ilində atası ilə birlikdə Kərbəlaya səfər etdi. Bəzi rəvayətlərə əsasən həzrət Rüqəyyənin şəhadəti zamanı üç yaşı var idi. O hicri-qəməri tarixi ilə 5-i səfər 61-ci ildə Şam şəhərində əsirlikdə şəhadətə çatdı.

HƏZRƏT İMAM HÜSEYNİN (Ə) RÜQƏYYƏYƏ (Ə) MƏHƏBBƏTİ

Həzrət imam Hüseyn (ə), atası həzrət Əlini (ə) və anası Fatimeyi Zəhranı (ə) çox sevirdi. Ona görə də hər vaxt, Mütəal-Allah ona övlad əta etsəydi, əgər oğlan olsaydı, atası Əlinin (ə) və qız olsaydı, anası Fatimeyi Zəhranın (ə) adını o körpəyə qoyurdu. Sonra onları bir-birindən seçmək üçün, hər birinə bir ləqəb verirdi. Həzrət Rüqəyyənin (ə) də adı Fatimə olub və imam Hüseynin (ə) kiçik qızı olduğu üçün ona Fatimeyi Süğra ləqəbini verib.39

İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı.

Həzrət Rüqəyyə Aşura günü

Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər.

İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya dedi: Atacan, hara gedirsən? Nə üçün bizdən ayrılırsan? İmam (ə), bir də o balanı qucağına aldı və sakitləşdirdi. Sonra qana dönmüş ürəklə ondan ayrıldı.

Ata, bizi Mədinəyə qaytar.

Kərbəla hadisəsindən və əhli beytin (ə) əsirliyindən sonra, bir gün Yezid, Şimrdən soruşdu: Sən Kərbəlada idin, Hüseynin (ə) halına ürəyin yanan bir vaxt oldu?

Şimr dedi: (Neçə yerdə mənim ürəyim Hüseynin halına yanıb) Ürəyimi yandıran hallardan biri də bu zaman idi ki, imam Hüseyn (ə) son vidasında xeymənin qapısının kənarına gəldi. Balaca qızı, qolunu onun boynuna saldı. O, “vay atacan ” deyə qışqırdı və elə fəryad etdi ki, bütün aləmin ürəyini yandırdı.

Hüseyn (ə), bu vaxt başını aşağı saldı və gözlərindən yaş axdı. O uşaq Hüseynə (ə) deyirdi: «Atacan, bizi Mədinəyə qaytar!»

Ata dayan, qoy səni doyunca görüm

İmam Hüseyn (ə) hərəmləri ilə vidalaşıb, onlardan arxayın olduqdan və yaralarını bağladıqdan sonra döyüş meydanına yola düşdü. Bir qədər yol getmişdi ki, bu vaxt bir balaca qız, o həzrətin arxasınca qaçdı. İmam, qızın nə dediyini eşitmək üçün qulaq asdı. O qız belə deyirdi: Sənə mane olmaq istəmirəm, bir xahişim var.

Ata! Yavaş get, dayan, qoy səni doyunca görüm.

İmam Hüseyn (ə) dayandı, o balaca qızı qucağına aldı və ona təsəlli verib, sakitləşdirdi.

İmam Hüseynin (ə) Həzrət Rüqəyyə (ə) ilə son vidası

Düşmən əsgərlərindən biri olan, Hilal ibni Nafe deyir: Mən ön sıralarda dayanmaşdım. Gördüm, imam Hüseyn (ə), öz əhli beyti ilə vidalaşdıqdan sonra meydana tərəf gəlir. Bu vaxt bir balaca qız, xeymədən çıxdı, titrək addımlarla qaça-qaça imam Hüseynin (ə) ardınca gəldi və özünü o həzrətə çatdırdı, onun ətəyini tutub, səslədi: Atacan mənə bax! Mən susuzam! Ürək yandıran bu sözləri susuz bir uşağın dilindən eşitmək, imam Hüseynin (ə) yaralı ürəyinə duz səpmək kimi idi. Onun sözləri imam Hüseynə (ə) elə təsir etdi ki, ixtiyarsız gözlərindən yaş axdı. Yaşla dolu gözlərlə o qıza dedi: Qızım sənin susuz olduğunu bilirəm. Allah səni sirab etsin. Çünki o mənim vəkilim və pənah yerimdir.

Hilal deyir: Mən bu qızcığazın imam Hüseynin (ə) nəyi olduğunu soruşdum.
Mənə cavab verdilər ki, o imam Hüseynin (ə) üç yaşlı qızı, Rüqəyyədir.

Hz.Ruqəyyənın(s.ə) Şamın xarabasında şəhid olduğu gündür


Geri dön

test1

  • 3 fevral 2012 02:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Allah razı olsun qardaşım

seadet iwigi

  • 20 yanvar 2012 15:56
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
RUQEYYA,ey gozum nuru,iwiwqli aya benzersen,yaniqli sozlerin vardi,anan ZEHRAYA benzersen...Qizim,salma meni derde,bu qeder tokme goz yawin,yatammirsan quru yerde,getir qoy sineme bawin......

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.

.♣.Chrysalis.♣.

  • 3 yanvar 2012 01:53
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 31 dekabr 2011 19:03
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ... INMSHALLAH OXUYACAM save etdim

--------------------

wiki

  • 31 dekabr 2011 18:15
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

Prank girl

  • 31 dekabr 2011 14:27
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..!!!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_BİTANESİ_

  • 31 dekabr 2011 13:14
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
TSK! ALLAH RAZI OLSUN..!!!

--------------------
AŞİFTE

Okush

  • 31 dekabr 2011 12:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tesekkurler

generation

  • 31 dekabr 2011 11:59
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Dinar Mamedova

  • 31 dekabr 2011 11:53
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gulsen abdullali

  • 31 dekabr 2011 11:26
  • Məqalə: 5
  • Şərh: 477
  • Bal:
{awards}
Allah razi olsun.Allah rehmet etsin imam ovladina

--------------------
Həyatda iki şeyə güvənirəm. Biri aynaya baxanda gördüyümə, digəri yuxarı baxanda görə bilmədiyimə..♡

I love you.....
.....I am happy

Repery

  • 31 dekabr 2011 11:24
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!

--------------------

Music Star

  • 31 dekabr 2011 11:22
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
superdi ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}