Ferat – Şizofreniya

 
Ferat – Şizofreniya


Boş otaqda tək…Pessimist notalara sığınmış halda. Qəribə cavabsız suallar həyat addımlarımı böyüdür. Atılan addımlar müdrikliyəmi aparır məni, yoxsa daha da axmaq edir. 17 yaşda özünü 100 yaşındakı yaşlı qoca kimi hiss etmək… Mən daha da paranoyak oluram. Bir küncdə qıvrılmış halda, susuz qalmış çiçəyin solmasına bənzər, içdən ağlamaq gələr, amma gözdən yaşlar gəlməz. Ən lazım olan anda gözlər səni köməksiz qoyar.Ağla, ağla! Qoy axsın yaşlar.Yalvarıram…


Şeytanın gülüş səsini eşidirəm.Qələbə nəğməsi məni hirsləndirir. Bura haradır? Bütün otağın divarı ağ rəngə boyanmış, üstündə qara nöqtələr. Hər bir nöqtə bir formada. 1,2,3,4,5,6……. 100,101,102,103…. Mən saydıqca nöqtələri, onlar daha da çoxalır. Nəfəs almaq olmur.Hanı bu otağın pəncərəsi? Mən boğuluram. Hanı qapı hardadır? Qaçmaq istəyirəm mən burdan. Aha.. Nəhayət bir qapı açıldı. Qapını açıram. Otaq çox işıqlıdır. Bu işıq gözlərimi qamaşdırır. Aça bilmirəm gözlərimi. Arxaya dönürəm gəldiyim qapı yox olub. Söndürün bu işığı! İşıqlar sönür.Qarşımda məni görürəm. Hər tərəfdə məni görürəm. Bütün otağın divarları aynadandır. Tavan,üstündə gəzdiyim döşəmə belə aynadandır. Hər baxdığım ayna məni bir cür göstərir. Gör nə qədər “Mən” var otaqda. Bir Mən hönkür-hönkür ağlıyır,bir Mən içdən qəh-qəhələrlə gülür, bir Mən damarlarını kəsir divarın küncündə, bir Mən isə vərəqlərə boşaldır hissləri, bir Mən səssiz durub gözlərimin içinə zəhmlə baxır. Birdən söndü işıqlar. Hər tərəf qaranlığa bürünür. Saniyələri saymağa başlayıram. 1,2,3,4,5,6,7,8,9,10! Və birdən işıqlanır hər tərəf. Qarşımda böyük bir pərdə görürəm. Teatrdakı səhnə pərdələrinə bənzəyir. Birdən pərdələr açılır. Üzümə projektorların işığı salınır. Qarşımı görə bilmirəm parlaq işıqdan. Alqış səsləri gəlir və mən gözlərimi açıram. Böyük bir səhnədəyəm. Çox böyükdür. Hələ ömrümdə belə böyük səhnə görməmişəm. Qarşımda nə qədər insan var və hamısı diqqətlə mənə baxırlar. Hər kəsin əynində Kloun paltarı, üzləri qrimlənmiş halda. Bir neçə saniyə səssiz,donmuş halda onlara baxıram. Artıq dayana bilmirəm.

Qışqırıram:

-Bəsdirin mənlə oynadınız!Bitirin bu oyunu! Dəli etməyin məni.

Ən lazımsız vaxtda gözdən yaş gəlməyə başlayır. Və mən diz üstə çöküb yalvarıram:

- Xahiş edirəm bitirin bu oyunu.


Hər kəs mənə gülməyə başlayır. Qəh-qəhə çəkərək içdən gülürlər. Balaca uşaqlar üstümə yumurta,pomidor atırlar. Arxa sırada qapı görürəm. İşıqlı bir qapı. Səhnədən düşüb qapıya tərəf qaçmağa başləyıram. Arxama belə baxmadan qaçıram. Gülüş səsləri qulağımda cingildəyir. Nəhayət qapıya yaxınlaşıram. Qaçıram insanlardan. Qapıdan çıxandan sonra da qaçıram. Və birdən arxama baxıram. Qapı yox olur, insanlar görsənmir daha. Ayağım ilişir və bir çuxura yıxılıram. Dərin bir çuxurdu. Ayağa dururam və başımı qaldırıb yuxarı baxıram. Bu qədər dərin çuxurdan çıxmaq müşkül işdir. Qarşıda yerin altına gedən bir mağara görsənir. Qaranlıqda heçnə görə bilmirəm, amma bu mağaraya tərəf gedirəm. Mən addımladıqca mağaranın divarında məşəllər yanmağa başlayır və yazılar görsənir. Yazıları oxumağa başlayıram. Bir yazıda yazılıb:”Həyata necə gəldiyimi bilmədim,necə yaşadığımı və necə öldüyümü də həmçinin.”. Başqa bir yazıda isə: “Cavabsız suallar… Bu suallar həyatımı məhv etdi.”. Mağarada addımladıqca divarlarda növbəti yazılar görsənirdi.”İnsanlar… Onlar özlərinin xeyrinə olan şeyləri etməzlər.Nifrət edirəm sizə”..” Həyatda iki dəfə öldüm. İlk dəfə məni xəyal dünyamdan oyadanda, ikinci isə …”. Və bir yazı daha: “Dünyaya niyə gəldiyimi bilmirəm.Amma mənə bəxş etdiyi həyata görə Tanrıma minnətdaram. Mən kim olduğumu bilmirəm.Özümün axtarışındayam.1993- ????. imza: Ferat”. Mən yazıları oxuduqca onlar silinirdi. Artıq mağaranın sonuna çatmışam və çıxıram burdan. Yağış yağır. Hava buludludur. Günəş yoxdur. Qəribə bir yerdəyəm. Qəbiristanlığa oxşayır. Yaşlı birini görürəm uzaqdan. Yanında da balaca uşaq var. Onlara tərəf gedirəm. Getdikcə yaxınlaşıram. Bu uşaq? Bu uşaq mənəm axı. Bu necə ola bilər? Yaşlı kişinin arxası mən tərəfədir. Mən onun üzünü görə bilmirəm.Mən onları görürəm,amma onlar məni görə bilməyir. Yaşlı qoca üzünü çevirir.Ola bilməz!Bu mümkün deyil! Bu mənəm.Üzüm qırışlaşıb, saçlar ağarıb.Əlində bel əlləri əsə-əsə yerdəki qəbiri açmağa çalışır. Qəbirin başdaşında yazılıb:”Ferat – 1993-????. Haqqında: Dəlinin biri idi.Dünyanı dəyişəcəyinə özünü inandıran axmaq idi sadəcə. 5 il Psixoloji dispanserdə müalicə aldı,amma yenədə ağıllanmadı.Axmaq insan…”. Fikilərim qarışıb bir-birinə.Nə düşünəcəyimi bilmirəm.Susqunluq içində izləyirəm.Qoca qəbirin qıraqlarını qazır,balaca uşaq isə başdaşını yerindən çıxartmağa cəhd göstərir. Görəsən onlar niyə belə edirlər? Belimdə bir şey hiss edirəm. AAAAAAAAA!Qanadlar çıxır.Yavaş-yavaş uçmağa başlayıram. Artıq buludlara çatdım.Göydən yer necə də qəribə görsənir.Həmişə uçmaq arzusunda olmuşam.Uşaqlıqda uçan qəhrəman olmaq istəmişəm.Bu an sadəcə bir şeyi düşünürəm.Rahat və səssiz bir yer.Uzaqlar…Mən daim beynimdə canlandırdığım uzaqlara getmək istəyirəm. Orda balaca ev var. Balaca dağın yastı zirvəsində yerləşir. Dağ ağaclarla örtülüdür. Ətəyi dənizə tərəfdir. Hər səhər günəşin üfüqdən doğuşunu burdan izləmək istəyirəm. Gecələr ulduzları seyr etmək, payızda yağışın altda qaçmaq istiyirəm sahildə. Oranı cümlələrlə təsəvvür etmək qeyri-mümkündür. Bir gün o uzaqlarda olmağı çox istəmişəm. Mən səmada buludlar arasında uçuram. Getdikcə buludlar yox olur.Qarşıda dağ görsənir. Bu yer mənə tanışdı.Ağlıyıram sevincdən.Bura ki, mənim uzaqlarımdır. Yavaş-yavaş yerə yaxınlaşıram.Evin yanındayam.Bu o evdir. Bacasından tüstü çıxır. İçəri giriəm. Heç kim yoxdur. Evdən çıxıb dənizə tərəf qaçıram. Dəniz çox gözəldi. Səmada saysız ulduzlar var. Ayın işığı hər tərəfi işıqlandırır.Sahilə yaxınlaşıram. Birdən dalğa balaca bir şüşəni sahilə gətirir.Şüşəni götürürəm.İçində balaca bir kağız var. Şüşənin ağzı tıxaclıdı.Onu möhkəm yerə çırpıram.Qırıntılar içərisindən kağızı götürürəm. Bu kağız mənə tanış gəlir.Bunu mən çoxdan bir axşam dənizə atmışdım. İçində yazılıb:” Bu şüşə bir gün elə özünün qabağına çıxacaq və sən onda istədiyin yerdə olacan”. Uzaqdan bir qız görsənir. Ağ paltar var əynində. Qızılı saçları küləklə rəqs edir.Gözləri dənizin dalğalarına baxır. Bu “O” dur. Uzaqlardakı lal şəhzadəm. Ona tərəf qaçmağa başlayıram.Nəhayət çatdım.

- Səni gözləyirdim.

-Bağışla bir az gecikdim. Sən artıq danışırsan ?


-Sus.. Sual vemə.

Əllərim onun əllərinə toxunur. Gözlərim onun gözlərində. Başını çiynimə qoyur. Susqunluq. Ürək döyüntüləri eşidilir…Səssiz olun! Pozmuyun sakitliyi. Gözlərimi sabaha açıram. Günəş yavaş-yavaş doğmağa başlayır. Onun başı çiyinimdə. Artıq dünyanı dəyişməyin vaxtıdır…


Geri dön

.♣.Chrysalis.♣.

  • 30 dekabr 2011 14:52
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
TWK XEBER UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Yusif

  • 8 noyabr 2010 21:30
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr :)))))))

Ulya

  • 18 oktyabr 2010 23:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli idi.twk

Mr_Unlimited

  • 17 oktyabr 2010 23:15
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli hekayedi. tewekkurler

Azeri_Gozeli

  • 17 oktyabr 2010 22:15
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
ela cox sag ol

--------------------

sevgi yalandir

  • 17 oktyabr 2010 21:41
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Grace_Angel

  • 17 oktyabr 2010 21:37
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...xebere gore...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}