Əhli Beyt (a.s.) » İmam Həsən (ə) (Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları)

 
Əhli Beyt (a.s.) » İmam Həsən (ə)  (Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları)

Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları
İmam Həsən (əleyhissəlam) onun sülhünə e’tiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:
«Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim, əgər tərəfdarım olsaydı, gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar, nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir, batində isə bizim düşmənlərimizlə əlbirdirlər.» (Biharül-ənvar, c.44, səh.147)
İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bə’zi məsələlərə işarə edib buyurmuşdur:
«Nə dinləri, nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi və’dələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə bey’ət etsəm, öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə, o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.
And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm, yə’qin bilin ki, Bəni–Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki, sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su, çörək istəyəcəklər. Hansı ki, həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni–Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»
Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:
«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...» (Cəlaul-uyun, c.1,səh.345-346)
Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha, nə qədər ki hökumət Bəni–Üməyyənin əlindədir, xoş həyat görməyəcəksiniz.» (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.3,səh.405)
Bu, tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki, Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.


Geri dön

Repery

  • 2 yanvar 2012 14:41
  • Məqalə: 196
  • Şərh: 1506
  • Bal:
ALLAH RAZI OLSUN XEBER UCUN

--------------------

LoNeLy_AngeL

  • 2 yanvar 2012 12:49
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
{awards}
hamsini oxudum,maraqli idi...

... Deryam ...

  • 1 yanvar 2012 18:59
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Çox sağ ol dəyərli xəbər üçün

--------------------

Music Star

  • 1 yanvar 2012 17:35
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

wiki

  • 1 yanvar 2012 16:58
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
Allah razi olsun

Okush

  • 1 yanvar 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

generation

  • 1 yanvar 2012 14:42
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

.♣.Chrysalis.♣.

  • 1 yanvar 2012 14:39
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
TWK Allah razi olsun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_BİTANESİ_

  • 1 yanvar 2012 14:36
  • Məqalə: 579
  • Şərh: 1624
  • Bal:
{awards}
Cox sag ol.. Allah Razi Olsun..!

--------------------
AŞİFTE
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 58

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}