Əjdaha ili nələri vədd edir?

 
Əjdaha ili nələri vədd edir?

İlin uğurlu ayları - May,Iyul

İlin uğursuz ayları - Yanvar,Noyabr

İlin düşərli günləri - bazar ertəsi, cümə

İlin ağır günü - çərşənbə axşamı

İlin düşərli təqvimləri - 2, 4, 5, 8, 16

İlin numeroloji rəqəmi - 5l

İlin rəngi - qara, açıq mavil

İlin daş-qaşı - əqiq, rubin, zümrüdl

İlin metalı - gümüş, mis

İlin çiçəyi - şaftalı çiçəyi

İlin talismanı - ürək, qızıl öküz

İlin aktiv ölkələri - Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, İrlandiya, Polşa, Rusiya, İraq, İran, Əfqanıstan, Avstraliya, Mərkəzi Afrika, Suriya, Sakit Okean Adaları

"Ekspress" qəzeti yazır ki, 2011-ci ilin başa çatmasına 3 gün qalır. Qarşıdan 2012 - Qara Əjdaha ili gəlir. Bu gün bütün dünya 2012-ci il haqqında düşüncələrə qapılıb. Bəzi insanlar dünyanın dağılacağını, bəziləri iqtisadi-siyasi vəziyyətin gərginləşəcəyini düşünür. 2011-ci ili uğursuzluqlarla qarşılayıb, növbəti ilə ümidini bağlayanlar, ilin düşərli olacağını düşünənlər də az deyil. 2012-ci il bizlərə nə vəd edir? Astroloq Səbuhi Rəhimli ilə söhbətimizdə elə bununla bağlı danışmışıq.

- İstərdim öncə qarşıdan gələn Qara Əjdaha ilinin özəllikləri haqqında məlumat verəsiniz.

Hər bir astroloji ilin özünəməxsus özəllikləri var. Əjdaha ilinin ilk özəlliklərindən biri odur ki, Çin təqvimində illərin dairəsində əjdaha heyvanların arasında göstərilməyib. Çünki əjdaha real heyvan deyil. Astrologiyada pələng və əjdaha illəri xüsusi fərqlənir. Belə ki, pələng -Yer enerjisini idarə edən, əjdaha ilini isə Göy enerjisini idarə edən heyvan kimi dəyərləndirirlər. Bu baxımdan əjdahanı yağışların, şimşəyin, meteor enmələrinin bol olacağı bir il kimi qiymətləndirirlər. Bildiyiniz kimi, hər il yanvarın 1-də təqvim dəyişir. Çin-Yapon qoroskopuna görə, Əjdaha ili Yanvarın 23-də saat 12.44-də başlayacaq və 2013-cü il fevralın 9-da başa çatacaq. Bu müddəti biz Əjdəhanın himayəsində yaşayacağıq.

İlin aparıcı bürcləri hansıdır?

- İlin aparıcı bürcləri xərçəng və buğa bürcüdür. Bunların biri su, digəri torpaq ünsürlü olduğundan, su və torpaq ünsürlü bürclər üçün Əjdaha çox düşərli il hesab edilir. Su ünsürlülər Xərçəng, Əqrəb, Balıqlar, torpaq ünsürlülər, Buğa, Qız, Oğlaq bürcləridir. İlin aparıcı illəri Əjdahanın dostu olan Siçan və Meymun illəri, düşməni isə İt ilidir. Əjdaha İtin şanslarını almağa çalışacaq. Amma bunun da qarşısını almaq mümkündür.

Ümumiyyətlə, "Əjdaha" bizə nə vəd edir?

- Əjdaha ilində insanlarda daxili azadlıq bərqərar olacaq. İl fərdiyyəçilikdən uzaqdır. Yəni, bu il heç kim təkbaşına iş görə bilməyəcək. Əjdaha buna icazə verməyəcək. Əjdaha ili vəhdət, birlik ilidir. Təkbaşına liderlik həvəsinə düşənlər qarşılacaqları problemləri öncədən göz önünə alsalar, yaxşı olar. Bu ildə insanlarda yaradıcılıq hissləri güclənək. Daxilən özünü azad hiss edən insanlar düşüncələri ilə hərəkət edəcəklər. İlin digər illərlə fərqli cəhətlərindən biri də fəlsəfi və psixoloji təsirlə malik olmasıdır. 2003- cü ildən yeni era Sutökən (dolça) erası başlayıb. Bu erada dünya təmir olunacaq. Belə ki, köhnə eradan qalmış köhnəlikləri ləğv etmək üçün bu era həm kataklizmlərlə, həm insan psixologiyasında, dünyaya baxışında dəyişikliklər etməklə məşğul idi. 2012-ci il bu prosesin ən pik nöqtəsidir. Bu baxımdan digər illərdən fərqli olaraq, bu il ağır ildir. Bu il təbii fəlakətlər, ixtişaşlar ilidir. Düzdür, bu il dünya müharibəsi olmayacaq, amma məhəlli münaqişələr, üsyanların, dövlət çevrilişlərinin sayı kifayət qədər artacaq, dünyanın mənzərəsi dəyişəcək. 2012-ci ildən sonra bu hadisələr səngiməyə başlayacaq, 2022-ci ildə isə tamamlanacaq. Həmin dövrdə dünyada stabil inkişafın şahidi olacaqsınız.

Qeyd etdiyim kimi, "Əjdaha" insanlara daxili azadlıq hissi verəcək ki, bu da insanlarda tənhalığa səbəb olacaq. Bu ildə hər kəs onu başa düşən birini axtaracaq. "Əjdaha"nın verdiyi tənhalıq psixoloji problemlərin yaranmasına səbəb olacaq.

Bir də araşdırmalarıma görə, deyə bilərəm ki, tarixdə də bir çox önəmli hadisələr məhz Əjdaha ilində həyata keçib. Yadınızdadırsa, 1988-ci ildə Qarabağ müharibəsi başlandı, Əjdaha ilində isə Qarabağ probleminin həlli ilə bağlı önəmli addım atılacaq.

- 2012-ci ildə Azərbaycanı nə gözləyir?

- Öncə onu qeyd edim ki, insanları əsas maraqlandıran təbii fəlakətlərdir. Konkret olaraq, demək istəyirəm ki, 2012-ci ildə kütləvi insan ölümü ilə nəticələnən təbii fəlakətlər baş verməyəcək. Torpaq sürüşmələri, yatmış vulkanların oyanması bu il çox olacaq. Bir də onu qeyd edim ki, Azərbaycanda bəlkə də dünya tarixinə yazıla biləcək arxeoloji tapıntı tapılacaq (şəhər və yaxud xəzinə). Əjdaha ilinin aparıcı planeti Aydır. Ay qadınları idarə etdiyi üçün bu ildə qadınlar cəmiyyətdə bir qədər də irəli çıxacaqlar, aparıcı mövqeyə sahib olacaqlar. Ay analıq hissini də idarə etdiyi üçün uşaq dünyaya gətirmə də artacaq. Bu ildə ötən illərə nisbətən doğum ikiqat artacaq.

Azərbaycanda ictimai-siyasi sferada nə kimi dəyişikliklər gözlənilir?

- Əjdaha seçki ilə olmadığı üçün o qədər də önəmli dəyişikliklər gözlənilmir. Amma bir neçə il var ki - Pələng, Xoruz və Əjdaha - bunlar siyasi aktivlik ili sayılır. Biz də siyasi ab-havanı duyacağıq. Demokratiya yolunda hər hansı yeniliklərin şahidi olacağıq. İdarəetmənin daha yüksək səviyyədə həyata keçirilməsi üçün yeni qanunlar qəbul ediləcək. Siyasi-iqtisadi kitablar işıq üzü görəcək. Böyük vəzifə sahiblərindən, icra başçılarından bir çoxu istefaya göndəriləcək. Kriminal hadisələr və istehsalat qəzalarının sayı artacaq. Məmurlar arasında böyük savaşlar baş verəcək. İdman sahəsində yaz-payız aylarında uğurlar gözlənilir.

Gələn il "Evrovision" Azərbaycanda keçiriləcək. Zirəddin Rzayev Rusiyanın qalib olacağını deyir, siz necə düşünürsünüz, qalib kim olacaq?

Qalibin kim olacağını aydınlaşdırmaq üçün mən hər kəsin ad-familiyasını, doğum tarixini bilməliyəm. Rusiyanın qələbəsinə gəlincə, mən deyirəm ki, Rusiya qalib olmaycaq. Ordan iştirakçı kim olursa-olsun, qələbə o istiqamətə görünmür. Azərbaycan da qalib olmayacaq.

Əjdaha ilində dünyada nələr baş verəcək?

Bu ilin yanvarından başlamış diktatura rejimlərinin süqutu daha sürətli şəkildə davam edəcək. Diktatorların süqutu Orta Asiyada, Çində, Avropa ölkələrində özünü büruzə verəcək.

- İrana qarşı müharibə gözlənilirmi?

- Yox, müharibə gözlənilmir, amma çevrilişə cəhd gözlənilir. Avqust ayından, Ramazandan sonra İranda vəziyyət dəyişəcək. İranda güclü tələfatla nəticələnən bəlkə də tarixə yazılacaq dəyişiklikər gözlənilir.

- Ötən il yaddaşlarda sellər, daşqınlar, zəlzələrlə qaldı. "Əjdaha"nın nə kimi sürprizləri var?

- Əslində bunu proqnozlaşdırmağa ehtiyac yoxdur. 2012-ci ildə dünyanın mənzərəsi tamamilə dəyişəcək. Qütblərin sürüşməsinin şahidi olacağıq. Bu da meteohəssas insanlarda özünü büruzə verəcək. Qəfil infarktlar, ürək dayanmaları müşahidə olunacaq. Dünyada suyun səviyyəsi qalxacaq. Şərqi Avropa və Rusiyanın şimalında bir çox ərazilərin suyun altında qalacağının şahidi olacağıq.

2012 dünyanın sonudurmu?

- Bayaq dediyim kimi, 2012-ci il dünyada baş verən hadisələrin pik nöqtəsidir. Mayalıların təqviminə görə, ən son tarix 2012-ci ilin 21 dekabrıdır. Bu tarixdə planetlərin paradı olacağı qeyd edilib. Və bu tarixdən sonra tarix yazılmadığı üçün bir çox araşdırmaçılar bu günü dünyanın sonu kimi qəbul edirlər. Onlar planetlərin paradını da qorxulu bir hadisə kimi qəbul edirlər. Əslində isə planetlər zaman-zaman bir xətt üzrə düzülürlər. Planetlərin paradı 2007 və 2009-cu illərdə də baş verib. Tarixə nəzər salsaq görərik ki, 666-cı, 1000-ci, 1666-cı və ən son 1999-cu ildə dünyanın dağılacağı barədə proqnozlar verilirdi. Bu şayiələr siyasət dəllalları tərəfindən araya atılır. Bu proqnozlar insanları aldatmaq üçündür. 1000-ci ildə dünyanın dağılacağı barədə ortaya bir fikir atılmışdı. 20 minə yaxın insan özü üçün qəbir qazıb həmin anı gözləyirdi. Həmin an yetişdiyində sadəcə olaraq, şimşək çaxmış, yağış yağmışdı. Amma həmin hadisə zamanı 1000 nəfərə yaxın insanın qorxudan ürəyi partlamış, ölmüş və qazdıqları qəbirlərdə dəfn edilmişdilər.

İndi insanların dünyanın dağılmasına inamı qalmayıb.

Son olaraq, 2012 həyatımızda nə ilə yadda qalacaq?

2012-ci il bütün yaddaşlarda pisin sonu, yaxşının əvvəli kimi qalacaq


Geri dön

THE_BAKINEC_BOY

  • 5 yanvar 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 100
  • Bal:
HMM MARAQLIDIR

_favorit_qiz

  • 4 yanvar 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
Tewekkurler...

.♣.Chrysalis.♣.

  • 3 yanvar 2012 01:20
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 2 yanvar 2012 19:26
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
melumata gore twkler...

--------------------

wiki

  • 2 yanvar 2012 15:54
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
tewekkurler

SONER SARIKABADAYI

  • 2 yanvar 2012 15:15
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
tESEKKURLER

..::Sevgi Meleyi::..

  • 2 yanvar 2012 14:57
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
tesekkurler...

merve bologur

  • 2 yanvar 2012 14:54
  • Məqalə: 2
  • Şərh: 48
  • Bal:
{awards}
tesekkurler...

:))

  • 2 yanvar 2012 14:52
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
tesekkurler...

generation

  • 2 yanvar 2012 14:13
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox maraqlidir tsk

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_favorit_arkadas

  • 2 yanvar 2012 13:36
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
serhleriniz ucun tewekkurler...

--------------------

nar_18

  • 2 yanvar 2012 13:14
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkur yashiyib gorerik ama 2011 ili cox ugursuz oldu menimcun

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

mor.menekse

  • 2 yanvar 2012 11:46
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Insallah her sey yaxsi olar...

Okush

  • 2 yanvar 2012 11:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler xebere gore

senan555

  • 2 yanvar 2012 10:59
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
maraqlidir.tsk

_BİTANESİ_

  • 2 yanvar 2012 10:55
  • Məqalə: 579
  • Şərh: 1650
  • Bal:
{awards}
Melumatcun tesekkurler.. winked

--------------------
AŞİFTE

angeloka

  • 2 yanvar 2012 10:51
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
tsk winked insallah duserli il olar

tsk winked insallah duserli il olar

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}