Sabah hər şey dəyişə bilər…

 
Sabah hər şey dəyişə bilər…

… Necə də qəribədir…
… Necə də anlaşılmaz…
… Necə də inanılmaz…
Nə isə çatmır… Belə baxıram axı hər şey var… Amma nə üçünsə mənə yenə elə gəlir ki, nə isə yoxdur. Nə isə boşluq var… Həmin boşluq içimi didib parçalayır, “məni doldur” deyir, “tez ol, doldur məni”. Eee yaddaşıma nə deyim … Ürəyim partladı ki. Off ay Allah axı nədi bu sıxıcı boşluq? Əsas məsələ mobil telefonum üstümdədi. Saatım qolumda. Qulaqcıqlarım da. Çantamı yoxlayım bir… Aha kitablarımın hamısı yerindədir deyəsən. Dəftərlərim də. Daraq da burdadı, kepkam da.. Oops.. Bəs cüzdanım hanı? Harasa buralara qoymuşdum axı. Ay mamaaa, görməmisən cüzdanımı? Tapdımmm cibimdəymiş ki. Hə də ay mama gedirəmdə... Amma nəyisə unutmuşam axı..Bəlkə sən biləsən? Özü də gecikirəm… Çıxmalıyam artıq.
Ee mən getdim daha… Nəyi unutmuşamsa unutmuşam… Onsuz qayıdıb gələcəm də yenə…
… Qapıdan çıxmaq istərkən adətim üzrə son dəfə dəhlizdəki böyük güzgüyə yaxınlaşdım. Çox xoşuma gəlir bu güzgü. Çünki özümü tam görə bilirəm. Baxdım və donub qaldım… Baxdım… İnanmadım… Bu insan kimdir güzgüdə?.. Yad baxışlarla mənə baxan bu qız mənə çox tanış gəlir… Amma axı bu mən deyiləm… Yox, yox!... Ola bilməz!...Aman Allah, mən nə vaxt bu qədər dəyişdim?! Nə zaman belə özgələşdim özüm özümə?! Bu qədərmi, asandı hər şey?..
Heyy, güzgüdəki! Çıx get! Sən Mən deyilsən!.. Sən başqasan… Axı mən sənin kimi soyuq deyiləm!.. Mən sənin kimi donuq deyiləm!.. Sənin gözlərindəki bu həsrət nədir?..Nədir bu hicran?.. Niyə belə aciz görünürsən?.. Zəif olma!.. Eşidirsən? Yığışdır üzündəki kədər kölgəsini! Gülümsə!.. Nə?.. Təksən?.. hmm… Bilirəm… Anlayıram… Amma axı bunu özün istəmisən…
Bəs nə bilirdin?.. Elə bilirdin asan olacaq?.. Elə bilirdin bacaracaqsan?.. Düzdü, sən çox şeyi bacarmısan bu vaxta qədər. Çox şey itirmisən, amma çox qazanmısan… Bilirəm, sanırdın ki, onu da itirib yenidən qazana bilərsən?.. Görürsən ki, hər şey sənə görünən qədər asan deyil…
Həmişə ümidə nifrət edirdin… İndi ürəyinə bir ümid toxumu basdırıram. Etiraz etmə… Mənə etiraz etmək olmaz . Bəslə o toxumu qoy böyüsün…Dirçəlsin… Yaşat onu… Çünki heç nəyi bilmək olmaz… Axı sabahlar çoxdu… Kim bilir sabah nə olacaq… Kim bilir, bəlkə də sabah hər şey dəyişə bilər…


Geri dön

nilayka

  • 21 fevral 2011 23:50
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
cox sagol gozel yaziya gore

--------------------

Baby_Love

  • 31 dekabr 2010 01:32
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Çox təşəkkür edirəm. Çox xoşuma gəldi.

Yusif

  • 8 noyabr 2010 21:24
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
tesekkurlerrr

Ulya

  • 18 oktyabr 2010 23:17
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

Miss_Zaqatka

  • 18 oktyabr 2010 15:27
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
super yazi idi love


Azeri_Gozeli

  • 18 oktyabr 2010 12:18
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
superdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 27
Cəmi: 49

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}