Serler

 
Serler

Uzatsan əllərin çatmayacaqdır.

Yadından çıxıbdır mənim sözlərim
Amma sən olmusan mənim əzbərim
Sevgi ilə gözünə baxan gözlərim
Bir daha üzünə baxmayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır.

Çox şirin eşitdim sənin dilindən.
Faydalar görmədim onun birindən.
Əllərim tutacaqdı sənin əlindən.
Vəfasız əllərin tutmayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır.

Bir zaman sənindim sənin əlində.
Məni də itirdin günün birində.
Mənim sevgim durub önündə.
Daş olan qəlbini oxlayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır.

Serler

Qəlbə dərman lazımdır?!

İnanıb,bağlandım sənli günlərə,
Səni sevirəm deyən o şirin dilə.
Sən demə yalanmış söylədiklərin
Axı necə qıydın sənli sevgimə?!

Quş tək sevgim ucaldı göyə.
Buluddan sevgimə yağış göndərdim.
Amalım göydəydi,ürəyim səndə
Axi mən demədim ildırım gələ?!

Bilmirəm göylərmi,yerlərmi mənə,
Yar olub,eşq dolu sevgi verəcək.
Bilmirəm həyatmı.ölümmü mənə,
yenidən sevməyi öyrədəcək.

Köhnə sevgilərdə araya gəlməz,
Uzaq xatirələr isitməz məni.
Başımı qəfil duman bürüyər.
buz tutan bulaqlar içirtməz məni...

günəşin şüası,ayın işığı,
sevgimə rəng qatıb,səni göstərdi.
nifrətin kədərlə qovuşduğu anı,
qəlbimə sındırıb,mənə göstərdin.

Gecənin sükutu,dəniz ləpəsi,
Qəlbimdə sakitlik bu olsaydı kaş.
Quşların səsi,güllərin ətri,
qəlbimdə şirinlik bu olsaydı kaş.


Serler
Nə səndə carə yox nə məndə əlac

Aramızda uzun, daş kəsəkli yolumuz var
Həyatdan sorulası nə çox sualımız var
Gecələr hələ ediləsi çox duamız var
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hər görüşümüzü göz yaşı ilə bitirmələyik
Hər nisgilimizə pənah gətirməliyik
Özümüzü səbr ələyindən keçirməliyik
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hələ islanmalıyıq həsrət yağışlarında
Bəzənməliyik qismətin naxışlarinda
Hələ düşüb qalxmalıyıq kəm baxışlarda
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hicranla birtəhər keçinək gedək
Zamandən nə küsək nə inciyək
Bir saatı bir günə sayırsa neyləyək
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Xatirələrdən hər kədərə bir səhifə açaq
Gələcəyə boylanaq birlikdə qaçaq
Sübhəcən arzudan kamdan danışaq
Başqa neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.


Geri dön

::..ONSLAUGHT::..

  • 12 mart 2011 16:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekkur edirem ela seirdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 19 fevral 2011 19:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sagol baciw.gozel seirlerdi

--------------------

Azeri_Gozeli

  • 20 oktyabr 2010 12:26
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
elerine saliq

--------------------

Milawka

  • 19 oktyabr 2010 16:52
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
TWK ELLERINE SALIK love

Ulya

  • 19 oktyabr 2010 16:21
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baciw.gozel seirlerdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}