Qəzəllər

 
Qəzəllər

Qəzəl

Bu əsən badi-dəba dərdimə məlhəmdi mənim,
Mənə həmdəm bir odur, bir də ki, Kubəmdi mənim.

O əsir həzin-həzin, dərdimə dərd qatır yenə,
Elə zənn eyləməyin dərdimə məlhəmdi mənim.

Əsir, gətirir mənə yarımın ətri-zülfünü,
Duyuram, ağlayıram, yanaqlarım nəmdi mənim.

Ölərəm, amma dönük olmaram ol cananə,
Mən onun heç kimiyəm, o isə yeganəmdi mənim.

Dekabr 2011

Qəzəllər

Qəzəl
“Əfsus, bu gözəllik o cəfapişədə qalmaz,
Söz qəlbdə, gül qönçədə, mey şişədə qalmaz.”

Dərrakəli kəs öz ağlını gizlədə bilməz,
Mütləq çıxar ortalığa, bir guşədə qalmaz.

Ol cür ki, günəş gizlədə bilməz ziyasını,
Həmçin də toxum ağac olar, rişədə qalmaz.

Badi-səba, Axunda xəbər gətir yardan,
Hali olarsa, ürək də əndişədə qalmaz!

30 dekabr 2011

Qəzəllər

Qəzəl

O qədərdir ürəkdə möhnətim, həmçin kədərim,
Kürreyi-ərzi dolansan da, tapılmaz qədərim.

Içim alışsa da, çölüm özgəni yandırmır,
Bu da xoşdur ki, təkcə özümə dəymiş xətərim.

Bu da xoşdur ki, çəkmirəm heç kimin minnətini,
Həm özüm öz ağamam, həm də özüm öz nökərim.

Sabahı bilsəydim, həyat dadı itirərdi,
Gələcəkdən nə yaxşı ki, dəxi yoxdur xəbərim.

Ey Axund, bşboğazlıq heç kimə xeyr eyləməmiş,
Cəhd elə həm mənalı ola. Həm də müxtəsərim.

30 dekabr 2011

Qəzəllər

Qəzəl

Nədir yanımda uca, cananın qədri qədər?
Nədir candan da əziz, cananın xətri qədər?

Mənə bircə çiçəyin də ətri təsir eləməz,
Yarımın zülfü-siyahının ənbər ətri qədər.

Sən mənim yer üstündəki mahi-parəmsən,
Gözəlsən ol mahın hilalı, həm bədri qədər.

Mən Səni çox sevirəm, ölçüsüz, həm miqdarsız,
Axı hesablanmır məhəbbətdən ötrü qədər!

Axunda deyin yarı ona etina eləmir,
Min əzab-əziyyətlə yazdığı bir sətri qədər.

1 yanvar 2012

Həmid


Geri dön

HaYaT_GuZeL

  • 8 yanvar 2012 19:12
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
O əsir həzin-həzin, dərdimə dərd qatır yenə,
Elə zənn eyləməyin dərdimə məlhəmdi mənim.
Əsir, gətirir mənə yarımın ətri-zülfünü,
Duyuram, ağlayıram, yanaqlarım nəmdi mənim.
Ölərəm, amma dönük olmaram ol cananə,
Mən onun heç kimiyəm, o isə yeganəmdi mənim.
~~~~~~~~~
O qədərdir ürəkdə möhnətim, həmçin kədərim,
Kürreyi-ərzi dolansan da, tapılmaz qədərim.
Içim alışsa da, çölüm özgəni yandırmır,
Bu da xoşdur ki, təkcə özümə dəymiş xətərim.
Bu da xoşdur ki, çəkmirəm heç kimin minnətini,
Həm özüm öz ağamam, həm də özüm öz nökərim.
Sabahı bilsəydim, həyat dadı itirərdi,
Gələcəkdən nə yaxşı ki, dəxi yoxdur xəbərim.
Ey Axund, bşboğazlıq heç kimə xeyr eyləməmiş,
Cəhd elə həm mənalı ola. Həm də müxtəsərim.

Nə bilim e.Nə söz yaza bilərəm ki?Möhtəşəmdi sadəcə.Çoooox bəyəndim.Əla=)


Ada...07

  • 4 yanvar 2012 13:06
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
tewekkurler... smile

--------------------


f.p

  • 4 yanvar 2012 10:10
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
Içim alışsa da, çölüm özgəni yandırmır,
Bu da xoşdur ki, təkcə özümə dəymiş xətərim.

Mohtewemdir..

--------------------
Her kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır

Ku-ku

  • 4 yanvar 2012 09:46
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Ölərəm, amma dönük olmaram ol cananə,
Mən onun heç kimiyəm, o isə yeganəmdi mənim.

--------------------

yalnız sən

  • 4 yanvar 2012 09:20
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
qəşəydiiiiiii

--------------------
_________VAMPİRE GİRL_________

.♣.Chrysalis.♣.

  • 3 yanvar 2012 23:38
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Nədir yanımda uca, cananın qədri qədər?
Nədir candan da əziz, cananın xətri qədər?

Mənə bircə çiçəyin də ətri təsir eləməz,
Yarımın zülfü-siyahının ənbər ətri qədər.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

_TUNAR_MAMEDOV_

  • 3 yanvar 2012 23:14
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
hmmm,,maraqli idi twkler eziyyete gore...

--------------------

generation

  • 3 yanvar 2012 23:03
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
qezeller yox gozeller

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Sky_ADIU

  • 3 yanvar 2012 22:26
  • Məqalə: 23
  • Şərh: 387
  • Bal:
{awards}
cox sag ol.

--------------------
Həsrətindən ölməsinə ölmərəm ama.
Hec kimi də sənin qədər sevmərəm, bunu UNUTMA!

Okush

  • 3 yanvar 2012 22:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi twk

ibn xatun_2011

  • 3 yanvar 2012 22:13
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
BU DA XOŞDUR Kİ,ÇƏKMİRƏM HEÇ KİMİN MİNNƏTİNİ,
HƏM ÖZÜM ÖZ AĞAMAM,HƏM DƏ ÖZÜM ÖZ NÖKƏRİM.....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 5
Cəmi: 21

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}