Unudulmuş

 
Unudulmuş


Yeni il gecəsi idi.Dostlarımdan təzəcə ayrılıb, evə doğru
tələsə-tələsə gedirdim.Ayaqlarımın altında qar
xırçıldayırdı.Sevinirdim,özü də ürəkdən , uşaq kimi…

Axı
həmişə 31 dekabr günü qar yağmır.Hava şiddətli dərəcədə soyuq
və küləkli idi.Qar küləklə birlikdə adamın üzünə vurur,
gözlərini açmağa macal vermirdi.Bloka girən kimi cəld bir şəkildə
pilləkənlərlə üçüncü mərtəbəyə qalxdım.Qapını
döydüm.Əlcəklərimi çıxardıb barmaqlarımı nəfəsimlə
qızdırmağa başladım.Sonra bir də döydüm.Qapının arxasından ayaq
səsləri eşidildi.Gözlükdən kiminsə mənə baxdığını hiss
edirdim.Qapı açıldı.

-Şaxta baba, şaxtacan ! Hardasan bu vaxtacan?! Əmioğlu , xoş gördük
, gəl çıx daaa , biz də bayaqdan səni gözləyirik.

-Salam…çoxdan gəlmisiz?

-Çoxdan nədi?! Səhərdən burdayıq.

-Deyəsən , bayır çox “isti”-di haaa…əl çəkə bilmirsən?-
Əmioğlu Muxtar mənə göz vurdu.Mən də söz altında qalan oğlan
deyildim. Odur ki , cavab özünü gözlətmədi:

-yox…sən dediyin “isti”lər hələ düşməyib.

Birdən əmidostunun səsi gəldi:

-Muxtar, gəl kömək elə , bu masanı çəkək.

Gödəkçəmi soyunub asdım.Təzəcə çöməlib çəkməmi çıxartmaq
istəyirdim ki:

- Yenə o avaralarla sülənirdin?!- Anam acıqlı tərzdə gileyləndi.

-Ay ana , Allah xatirinə , bu gün qanımı qaraltma.Axı bayramdı.Bir
də sənin o avara dediklərin mənim dostlarımdı.

-Yaxşı,yaxşı çox mızıldanma.Özü də soyunma.Al bunu apar ver
Nazim dayıgilə.Oldu???

-Ay ana, evə indicə girdim axı . Qoy bir əmimgillə
salamlaşım.Ayıbdı.

-Get, gəl salamlaşarsan.Həm də əmin yoxdu.Gediblər atanla
boğmalanmağa.Atana gəldiyim günə daş düşəydi…daş…Vallah,
billah, bu zərimar onun evini yıxacaq.Neçə dəfə and-aman
elədim,Qurana əl basdırdım,xeyri olmadı ki,olmadı…

-Yaxşı , yaxşı , çox deyinmə , gedirəm…

-Orda-burda sülənmə,sovqatı verən kimi qayıt.

gödəkçəmi yenidən geyinib , çölə çıxdım.Dərindən nəfəs
alaraq, pilləkənləri asta-asta düşməyə başladım. Elə bil ,
məhbusa “depe” etmişdilər.Mənim də vəziyyətim təxminən elə
idi.Ayaqlarım donmuşdu.Amma sevindirici bir hal var idi.Nazim dayıgilin
evi bizim evdən cəmi iki bina o tərəfdə yerləşirdi.Nazim dayı
çoxdanın aktyoru idi.Əvvəllər Akademik Milli Dram Teatrında
çalışardı.Özü də necə çalışardı.Hər tamaşadan sonra
gül-çiçəklə dolu olardı qucağı.Mən də onun heç bir
tamaşasını buraxmazdım.Hər dəfə o səhnəyə çıxanda
yanımdakılara böyük həyəcanla deyərdim:”Baxın , bu mənim
dayımdı”.Sənəti ilə bərabər xasiyyəti də çox gözəl idi.Daim
gülümsəyərdi.Heç zaman heç kimin qəlbini incitməz, ürəyinə
dəyməzdi.Amma Gülnisə xala ilə boşanandan sonra onun güldüyünü
hələ heç kəs görməmişdi.Araqa , anamın leksikonu ilə desək ,
“zəhrimar”a qurşanandan sonra isə onu teatrdan qovdular.Hamı da öz
növbəsində Nazim Süleymanoviçin üstündən xətt çəkdi.Beləcə ,
xəyalların ağuşunda nəhayət gəlib , Nazim dayıgilə
çatdım.Pilləkənləri qalxdım.Dördüncü mərtəbədə
olurdu.Qapını döyməyə ehtiyac olmadı.Açıq idi.Qapıni aralayıb
içəri boylandım. “Nazim dayı…” deyə qışqırdım .Cavab
gəlmədi.İçəri keçdim.İşığı yandırdım.Yanmadı.Qapını
arxadan yavaşca örtüb , sol cibimdəki fanarı çıxardım.Hər tərəf
toz-torpaq içində idi.Elə bil uzun müddət burada heç kim

yaşamamışdı.Bilmirəm qaranlığın vahiməsindən idi, ya nədən
idi,amma qulağıma qəribə səslər gəlirdi.Elə bil , zülmətin
qaragüruh ruhları bu çağırılmamış qonağın gəlişindən
xəbərdar olaraq, qışqır-bağır salmışdılar.Birdən mətbəx
tərəfdən öskürək səsi gəldi.Qeyri-ixtiyari olaraq fikirlərim və
addımlarım səs gələn tərəfə yönəldi.Yerdə cırılmış
kitablar,boş araq şüşələri ,bir də sınmış güzgünün
çilingləri vardı.Çilçiraq elə vəziyyətdə idi ki, sanki indi
düşəcəkdi.Pəncərə açıq idi.Bu zülmətin içində yeganə işıq
pəncərədən düşən ay işığı idi.Bu işığın fonunda bir insan
selueti canlanırdı.Mənə tərəf çevrildi.Bu o idi,dayım Nazim…Mən
təəccüb və sual dolu baxışlarımı Nazim dayının ağlamaqdan
qızarmış gözlərinə zilləmişdim.O da siqaretini sümürə-sümürə
mənə baxırdı,səssiz-səmirsiz.Həyatımda birinci dəfə idi ki, onu
bu cür görürdüm…Paltarı cırılmış,saçları dağılmış və
uzanmış,üzü saqallı…Siqaretin və içkinin qarışmış iyi adamı
uzaqdan vururdu.Bu dəqiqə o bir səfil mazoxist,bir miskin
təsiribağışlayırdı.Ortaya sükut çökmüşdü.Dərin, insanın
ürəyini partladacaq qədər darıxdırıcı,amma son dərəcə
qüdrətli və hirsli bir sükut.Heç birimiz cürət edərək bu
mənasızlığı poza bilmirdik.Nəhayət, Nazim dayının boğuq və
qalın səsi bu sükutu aradan qaldırdı:


-Elə bilirsən bu hala özüm düşmüşəm…Yox,canım, yox …sən də
digərləri kimi səhv edirsən.Siz hamınız səhv edirsiniz.Amma öz
səhvlərinizi boynunuza almağa çəkinirsiz.Siz hamınız bir ağızdan
“Bizim səhvlərimizin cəzasını çəkəcək Nazim Süleymanoviç kimi
axmaqlar var daaa” deyib qaçmağı bilirsiz.

Mən elə dillənmək isrəyirdim ki:

-Yox,lazım deyil,danışma.Əgər düşünürsən ki, sənin bu
məntiqsiz təsəllilərin məni ovudacaq , yenə də yanılırsan…

-Bilirsən,sən yaxşı oğlansan.Həmişə səndən xoşum gəlib.Ona
görə də , sənə bir sirr açacam.Bilirəm ki, heç kimə deməzsən.

Sonra şəhadət barmağı ilə ürəyini göstərərək:

-Sus, heç kimə demə.Mən burda bir dünya yaratmışam.Heç bilirsən o
dünyanın azad vətəndaşları kimlərdir?Otello,Dezdemona,Oqtay
Eloğlu,Elxan,Ataman,Culyetta,…hələ İblis də var…

İlahi, bu nə dəhşət , nə fəlakət?!

İblisəmi uymuş bəşəriyyət?!

Şeytani bir qəhqəhə çəkdi.Sanki səhnədə idi.İçkili olması bir
qram da aktyorluğuna təsir etmirdi.


-Bilirsən, mənim hələ qanadlarım da var.Dünən gecə mələklər
verdilər.Dedilər ki “Səni günahsızlığına görə təntənəli
surətdə Allahın sadiq mələyi elan edirik.”Mən də imtina etmədim.

Arxasını mənə çevirərək:

-Bax gör nə gözəldilər? İndi onları yoxlamaq lazımdı…-deyib
pəncərəyə çıxdı.

-Dayanın ,getməyin- mən öz mənasız sözlərimlə onu saxlamağa
çalışdım.Amma alınmadı.Nazim dayı artıq mənə fikir vermirdi.Elə
hey oxuyurdu:

Sən ey uşaqlıq…

Sən bizdən uzaq düşdün artıq…

De səni yellər apardı…

Ya soyuq əllər apardı…

Sən ey uşaqlıq…

Sən bizdən uzaq düşdün artıq…

De səni yellər apardı…- və birdən bu intihar melodiyası
kəsildi.Ruhum qorxu içərisində idi.Əllərim əsirdi.Alnımdan soyuq
damlalar axmağa başladı.İnamsız və ürkək addımlarla pəncərəyə
yaxınlaşdım.Aşağı baxdım.Boz asfalt Nazim dayının al qanına
boyanmışdı.Ətrafı insanlarla dolu idi.Polis və tibb maşınlarının
serenaları bir-birinə qarışmışdı.Birdən hər tərəf qaranlıq
oldu.Sanki pəncərədən otağa düşən ay işığını kimsə birdən
söndürdü.Sonra nə baş verdisə , xəbərim olmadı.Gözümü açanda
xəstəxanada idim.Anam başımın üstündə dayanmışdı.Yazıq arvad
bilmirdi qardaşının ölümünə görə ağlasın, ya mənim gözlərimi
açmağıma sevinsin.Beynimi duman bürümüşdü.Mən də bu dumanın
içində əliçıraqlı , dünən gecədən qalan xatirələr
içərisində eşələnərək, nə baş verdiyini anlamağa
çalışırdım.


Geri dön

.♣.Chrysalis.♣.

  • 9 yanvar 2012 00:34
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
Elə bilirsən bu hala özüm düşmüşəm…Yox,canım, yox …sən də
digərləri kimi səhv edirsən.Siz hamınız səhv edirsiniz.Amma öz
səhvlərinizi boynunuza almağa çəkinirsiz.Siz hamınız bir ağızdan
“Bizim səhvlərimizin cəzasını çəkəcək Nazim Süleymanoviç kimi
axmaqlar var daaa” deyib qaçmağı bilirsiz.

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

YazYamuru

  • 16 iyun 2011 14:27
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
SANKi pencereden dü$en ay i$igini kimse birden söndürdü.....

heeeeeeee crying

--------------------



angeloka

  • 16 iyun 2011 14:18
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk maraqliydi

smile winked fellow

angeloka

  • 12 iyun 2011 23:33
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk fellow

HANDE

  • 7 iyun 2011 13:17
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
COX MARAQLIDI

Yusif

  • 8 noyabr 2010 21:20
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurlerrr

Ulya

  • 18 oktyabr 2010 23:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol gozel yaziya gore

Azeri_Gozeli

  • 18 oktyabr 2010 15:27
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
hec oxumaqda olmur

--------------------

Miss_Zaqatka

  • 18 oktyabr 2010 14:40
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
tesekurl;er

sevgi yalandir

  • 18 oktyabr 2010 14:02
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
teekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}