Qəfil görüş

 
Qəfil görüş

GÖRÜŞ
Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydı!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı!


Mən də bəxtiyaram,sən də bəxtiyar,
Bəs bu həsrət nədir, --bu məlal nədir?
Saxlama qoy gedim,
gözləyənim var,
Gedimmi?
Bir "hə" de, o sual nədir?

Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqışlamışam.


Bil ki, sevgilimdən sənə salam var,
İstəsən ərinlə qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam var,
Açar qapımızı əlbəəl sizə.

Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma,amandır!
Mən ki, əl çəkmişəm məhəbbətimdən,
Qəlbimi odlara yaxma,amandır!


Peşiman olmağın nədir əlacı?
Yüz fikir bir borcu ödəməz indi.
Mən sənə qardaşam, sən mənə bacı,
İlk eşqə tapmısan bir əlac indi.
Yanmasın, ulduzum tez yanıb sönsə,
Vədəsiz şadlığı istəmərəm mən.
Özgənin eşqinə göz dikməkdənsə,
Həsrətin qoynunda can verərəm mən.
Sevin, əziləyin, bir-birinizi,
Ayrılıq diləsəm dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi
Mənim şair könlüm qoy xoşhal olsun.

Şirin söz eşitsəm dodağınızdan,
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi otağınızdan,
Hər xeyir-duası ürəyimdədir.


Pozmaram bir evin birliyini mən,
Görsəm ev yıxılır,gedib quraram.
Əl əldən soyusa, ürək ürəkdən,
Sizi eşqinizə qovuşduraram.

Gəl nə peşiman ol,nə qəlbini sıx,
Çətindir o günə qayıtmaq, çətin.
Əvvəli sevincdir, sonu ayrılıq, --
Taleyi gətirmir ilk məhəbbətin.


Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev.
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!

Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydi!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı..


Geri dön

_RONALDO_

  • 1 aprel 2011 00:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Salam olsun Azeri xalqina!Men -qefil gorus-serini cox beyendim ve hetta musiqici olduguma gore bir mahni besteledim.InSALLAH yaxin gunlerde bu saytin uzvleri ve butun Azeribaycan dinleyicileri bu mehnini sevecekler.Mahni taninmis gozel azeri senetcimiz oxuyacaq.Men eminem ki,cox sevilecek!Amma bu serin muellifinden Allah rizasi ucun HALALLIQ istemek isteyirem.Xahis edirem menimle elaqe saxlasin.Men onu tapa bilmirem.Lazim olsatelefonumu da vererem

--------------------

::..ONSLAUGHT::..

  • 12 mart 2011 17:01
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkur edirem ela seirdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 19 fevral 2011 19:52
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkurler

--------------------

R.H.stud

  • 1 fevral 2011 19:24
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Cavab gozleyirem!

R.H.stud

  • 14 yanvar 2011 18:53
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
Salam olsun Azeri xalqina!Men -qefil gorus-serini cox beyendim ve hetta musiqici olduguma gore bir mahni besteledim.InSALLAH yaxin gunlerde bu saytin uzvleri ve butun Azeribaycan dinleyicileri bu mehnini sevecekler.Mahni taninmis gozel azeri senetcimiz oxuyacaq.Men eminem ki,cox sevilecek!Amma bu serin muellifinden Allah rizasi ucun HALALLIQ istemek isteyirem.Xahis edirem menimle elaqe saxlasin.Men onu tapa bilmirem.Lazim olsatelefonumu da vererem.

Ulya

  • 18 oktyabr 2010 23:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
bayaq oxudum bu seiri.cox gozeldi

Azeri_Gozeli

  • 18 oktyabr 2010 15:39
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 18
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}