Azərbaycan ərazisində yanvar ayı üçün hava proqnozu

 
Azərbaycan ərazisində yanvar ayı üçün hava proqnozu

Yanvar ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər aşağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın birinci ongünlüyündə havanın temperaturu iqlim normasına yaxın, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə normadan bir qədər aşağı olacaq.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 1-3 dərəcə isti, ayrı-ayrı günlərdə 2-7 dərəcə şaxta təşkil edəcək, gündüzlər temperatur 5-10, birinci ongünlüyün birinci yarısında 12 dərəcəyədək isti olacaq. Bəzi günlərdə isə havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 18-28 mm) isə normadan bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2-6 dərəcə şaxta təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 8-13 dərəcə şaxta, ayrı-ayrı günlərdə 20-25 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperatur 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta təşkil edəcək. Gündüzlər isə havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 16-24 mm) isə normadan bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperatur 2-4, bəzi günlərdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər isə 2-7 dərəcə isti, bəzi günlərdə 3-7 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 10-32 mm) isə normadan bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperatur 2-7 dərəcə, bəzi günlərdə 15-20 dərəcə şaxta olacaq, gündüzlər isə 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 22-49 mm) isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 17-30 mm) isə normadan bir qədər çox olacağı proqnozlaşdırılır.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında havanın orta aylıq temperaturu 0-2 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperaturunun 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-9 dərəcə şaxta, gündüzlər isə 5-10 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, (norma 63-98 mm) bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.


Geri dön

DEMET_AKALIN

  • 4 yanvar 2012 19:40
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
TESEKKURLER MILLET tongue tongue tongue

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Alone angel

  • 4 yanvar 2012 00:48
  • Məqalə: 0
  • Şərh: 3061
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

.♣.Chrysalis.♣.

  • 3 yanvar 2012 23:54
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

AzeriMan

  • 3 yanvar 2012 22:22
  • Məqalə: 0
  • Şərh: 499
  • Bal:
{awards}
Çox sağ ol!

--------------------
Səni Sevirəm...

Elvin007

  • 3 yanvar 2012 20:44
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Xeber ucun twk!

--------------------
▼►►Proqramming◄◄▼

Ada...07

  • 3 yanvar 2012 20:19
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
xeber ucun tewekkurler...

--------------------


wiki

  • 3 yanvar 2012 20:08
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}
tewekkurler

generation

  • 3 yanvar 2012 19:03
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
cox saqolun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

winxclub_bloom

  • 3 yanvar 2012 18:54
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
havadi da ALLAH bilen meslehetdir,teseekkurler xeer ucun

--------------------

joyful

  • 3 yanvar 2012 18:52
  • Məqalə: 43
  • Şərh: 951
  • Bal:
{awards}
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr temperatur 2-4, bəzi günlərdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər isə 2-7 dərəcə isti, bəzi günlərdə 3-7 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 10-32 mm) isə normadan bir qədər çox olacaq.

Melumatcun tewekkur artiq burda qar da yagdi...

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 15
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}