Əbədi!!!

 
Əbədi!!!

ƏBƏDİ MƏNİMSƏN!...
Bir neçə saat idi ki, oğlan özünə yer tapa bilmirdi. Artıq bir neçə saat idi ki, sevdiyi qızdan xəbər tuta bilmirdi. Telefonuna zəng çatmırdı. Hər dəfə telefonu ümidlə əlinə alırdı oğlan. Hər dəfəsində də közərən ümidlərinə su çilənirdi. Nigarançılığı böyüyürdü. Artıq səbri qalmamışdı. Cəsarətini toplayıb qızgilə getdi. Nə biləydi ki,ürəyini qurban verməyə gedir... Nə biləydi ki, içində bəsləyib böyütdüyü "arzu"çiçəklərini kökündən qoparmağa gedir...
Eşitdikləri öldürdü oğlanı. Indi ancaq nəfəs alan ölü idi o. Gözüyaşlı bacısı qızın qaçırıldığını söylədi: "Düşünmə ki,o sevginizə dönük çıxıb. Yox! Əsla!..Bunu anam etdi. Odur günahkar! "Ana"deməyə dilim də gəlmir. Hansı ana öz qızını uçuruma atar?..Hansı ana öz əlləri ilə qızının xoşbəxtlik dünyasını dağıdar?.. Necə baxacaq onun gözlərinə? Necə bəraət qazandıracaq özünə?.. Bilmirəm..."
Qapını bağladı. Bu qapı həmişəlik bağlandı oğlanın üzünə...İllərlə qurduğu gələcək,hər şey dağıldı... Nə etsin? Hara getsin? Yolun ortasında donub qalmışdı.Yaşları idi bircə həmdəmi...
Deyirlər zaman ən dərin yaraları sağaldır. Amma bu heç də belə deyil. Zaman sadəcə olaraq yaraların üstünü örtür. Altda isə yenə həmin yara,yenə həmin ağrılar ilk gündə olduğu kimi qalır...Oğlan hələ də qızın ona yadigar buraxdığı acılı-şirinli xatirələrlə yaşayırdı. Xəyalında hələ də onun idi o qız. Hər gecə öz xəyali gözəli ilə görüşür,şirin gülüşünə,vurğunu olduğu gözlərinə doyunca baxırdı,saçlarını oxşayırdı...Atdığı hər addımda o var idi. Artıq tək keçirdi bir vaxtlar əl-ələ keçdikləri o küçələrdən. Zaman keçirdi,ağrılarsa yox...
Günlərin birində qızı gördü təsadüfən...Tək deyildi. Qucağında gülüzlü körpə vardı. Necə də gözəl görünürdü körpəsi ilə. Bir-birinə həsrət qalan gözlər bahar buludu kimi doldular.5-10 addım ayırırdı onları. Yox! Təkcə bu məsafə deyil! Anasına şirin baxışlarla baxan o məsum körpə...o ayırırdı onları. Gözlər danışırdı uzaqdan uzağa..."Mən heç unutmadım səni...Həmişə qəlbimdəsən,ürək döyüntümsən...Bircə şey üçün yaşayıram indi. Körpəm üçün. Odur məni həyata bağlayan. Yoxsa sənsiz mən də yoxam..."deyirdi qızın gözləri. Oğlan:"Bilirəm,gülüm. Biz iki bədəndə bir can idik."Unutmaq"...Söz asan,əməlsə çox çətindir,çox...Əvvəllər təkcə mənim idin. Indi isə həm də onunsan...Bağrına basdığın o dünya gözəli körpənin...Gülüm,sevgimiz ölümsüzdür. Qovuşa bilmədik bu dünyada. Ruhlarımız qovuşacaq bir gün,gülüm...O vaxt əbədi mənim olacaqsan...mən də sənin...Əbədi!.."Yenə də ayrılıq qılıncı üzdü sevgi bağlarını...Hərəsi öz yoluna getdilər-qız öz körpəsi naminə yaşadığı ailəsinə,oğlansa yalnızlığına...

Sizcə valideynlərin bu dərəcədə öz övladının hisslərini anlamaması,onu istəmədiyi biri ilə ailə qurmağa məcbur etməsi nə qədər düzgündür?


Geri dön

Tutu HACIYEVA12

  • 5 yanvar 2012 20:01
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
bele gozel hekayelerinize gore TEWWEKURLER.......

::..ONSLAUGHT::..

  • 12 mart 2011 16:57
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkur edirem ela seirdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 19 fevral 2011 19:51
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------

Ulya

  • 18 oktyabr 2010 23:24
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol xebere gore

aysu

  • 18 oktyabr 2010 19:40
  • Məqalə: 1
  • Şərh: 108
  • Bal:
{awards}
Gecə Şehi,
niye ki
tewekurler

sevgi yalandir

  • 18 oktyabr 2010 16:14
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
Gecə Şehi,
niyeki

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Azeri_Gozeli

  • 18 oktyabr 2010 16:06
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
tesekkurler

--------------------

Just For Legend

  • 18 oktyabr 2010 15:59
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Duzgun deyil

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}