KÜFR: Tərifi və növləri

 
KÜFR: Tərifi və növləri


Tərifi: Küfr şəriət anlamında imanın ziddidir. Küfr Allaha və peyğembərə imanı inkar etməkdir.
Növləri: Küfrün iki növü var: böyük və kiçik küfr.
1)Böyük küfr.Bu küfr insanı islamdan çıxarır və o beş qisimdir.
-Yalan küfru. Buna dəlil Allah-Təalanın kəlamıdır: « Allaha qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalim kim ola bilər»! Məgər kafirlər üçün cəhənnəmdə yer yoxdur»!» (əl-Ənkəbut:68).
-İmtina və təkəbbür küfrü. Allah-Təala buyurur: « Biz mələklərə: Adəmə səcdə edin!- dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O təkəbbürlük edərək imtina etdi və kafirlərdən oldu» (əl-Bəqərə:34).
-Şəkk küfrü. Bu zənn etməkdir. Allah-Təala buyurur: «O özünə zülm etdiyi halda bağına girib dedi: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan yaxşı bir məskən taparam! Onunla söhbət edən yoldaşı belə dedi: Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən» Lakin O, Allah mənim Rəbbimdir və mən heç kəsi Ona şərik qoşmaram!» (əl-Kəhf:35-38).
-Üz döndərmək küfrü. Allah-Təala buyurur: «Kafirlər qorxduqları şeylərdən üz döndərirlər» (əl-Əhqaf:3).
-İkiüzlülük küfrü. Allah Təala buyurur: «Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində qızıl) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar» (əl- Münafiqun:3).
2)Kiçik küfr. Bu küfr insanı islamdan çıxarmır və bu küfr əməldə olur. Bu o günahlardır ki, Quran və Sünnədə küfr adlandırılır. Məsələn, nemətlərə küfr etmək. Allah-Təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əminamanlıq və arxayınçılıq içində idi, ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi»« (ən-Nəhl:112). Və yaxud başqa misal: müsəlmanları öldürmək haqqında. Peyğəmbər (s.ə.s.) buyurur: «Müsəlmanı söymək münafiqlikdir, onu öldürmək isə «küfr» (əl-Buxari və Müslüm). Allahdan qeyrisinə and içmək. Peyğəmbər (s.ə.s.) buyurub: « Kim Allahdan qeyrisinə and içərsə küfr və ya şirk etmiş olur» (ət-Tirmizi və əl-Hakim). Allah-Təala buyurur: «Ey iman gətirənlər öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı»« (əl-Bəqərə:178). Əgər qatil iman gətirən kimsədirsə, onda, o, öldürdüyü şəxsin qisas alan vəlisinin (yəni ölənin atası və ya qardaşı) qardaşıdır, baxmayaraq ki, onun qohumunu öldürüb. O, istəsə qatil bağışlaya bilər. Allah-Təala buyurur: «(Öldürən-şəxsin) qardaşı tərəfindən bağışlanmış qatil ilə adətə görə (yaxşı) rəftar edilməlidir»« (əl-Bəqərə:178). «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın»« (əl-Hucurat:9). Allah-Təala başqa bir ayədə buyurur: «Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin.» (əl-Hucurat:10).

Böyük və kiçik küfrün fərqləri:

1- Böyük küfr insanı islamdan çıxarır və bütün əməlləri batil edir. Kiçik küfr isə insanı islamdan çıxarmır və əməlləri batil etmir, yalnız etdiyi bu əmələ görə cavab verəcək.
2- Böyük küfr öz sahibini əbədi cəhənnəmə salır, kiçik küfr edən isə cəhənnəmdə əbədi olmur.
3- Böyük küfr edənin canı və malını almağa icazə verilir. Kiçik küfr edənin canı və malını almağa icazə verilmir.
4- Böyük küfr edən müsəlmanların düşmənidir. Onu sevmək, onunla dostluq etmək olmaz, hətta yaxın qohumlardan olsa belə. Kiçik küfr edən isə düşmən deyil, lakin onunla müsəlman arasında müəyyən sərhəd qoyulmalıdı və çalışmaq lazımdır ki, onu dəvət edib doğru yola qaytaraq.


Allahin salamı və xeyir-duası üzərinizə olsun!



Geri dön

_TUNAR_MAMEDOV_

  • 4 yanvar 2012 17:46
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN

--------------------

generation

  • 4 yanvar 2012 13:11
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Okush

  • 4 yanvar 2012 11:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi. Eziyyete gore cox sagol

B_A_H_A_R

  • 4 yanvar 2012 11:13
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

beatuy quuen

  • 4 yanvar 2012 10:38
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
tessurler am lenet olsun

--------------------
arxamca daniwib solo oxumaqdansa uzume de duet oxuyaq
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}