İlahi Yardım

 
İlahi Yardım

Allahın yardımına hamımız möhtacıq. Qaçan da Ona yalvarır, qovan da. O isə hamıya yardım edir. Çənnətə tərəf qaçan üçün oranın yolunu asanlaşdırır, yükünü xəfiflədir, gücü çatmayacağı yükü yükləmir.

Cəhənnəmə yol alana da öz istəyi olduğu üçün ora girməyini təmin edir.
Necə deyərlər niyyətin hara mənzilin də ora.
Seçimi biz edirik, yardımı O göndərir. Yardımın gəlişi bizim ixlasımıza və
Ona nə qədər güvəndiyimizə bağlıdır. Sonuna qədər gözləyə biləcəyikmi?!
Yardımı harada tələb edirik? İman etdik, yardım tez yetişsin deyirik və ya yardıma deyil, iman etdiyimizə güvənirik?

Bilirik və anlayırıq ki, ilahi yardım atəş bədənə, bıçaq sümüyə dirənməyənədək gəlməyəcək.
“Rəbbim mənimlədir, mənə yol göstərəcək” (Şuara, 62)

İlahi Yardım

deyib suya baş vurmayana, su boğaza çatsa belə geri dönmədən irəli
getməyənə ilahi yardım olunmayacaq. Çünki geri döndüyün anda əlindəki əsa dənizi yara biləcək gücünü itirir.
Sərvin təpəsinə çıxmadan hörümçəyin yardımına ümid edə bilməyəcəyimizi də bilirik.
Bilirik ki, əsanın gücü, hörümçəyin toru ilahi əmrə tabedir.
Biz üzərimizə düşəni edib Sərvin təpəsinə çaxacaq, boğazımıza qədər suya girəcək,
atəşdə yanmaq üçün könüllü olacaq, ya da ki,
"İsmayılımız"ın boğazına özümüz öz əlimizlə bıçaq dirəyəcəyik.
Bunları edə bilməyimiz bizim üçün asanlaşdırılacaq.

Çünki onlar yalnız imanın gücü ilə asanlaşa bilərlər. İman insanı atəşə
yandırmaq üçün deyil, ən böyük Sevgiliyə qovuşmaq,
Onu razı salmaq üçün aparar. İman qəlbdə elə bir sevgi atəşi qalayar ki,
dünyanın atəşi onun yanında utandığından sərin və salamat olar.
Atəş imanı yandıra bilməyəcəyini anladıqda missiyasını dəyişər.
Bundan sonra yalnız inkar edənləri yandırar və özü də əbədi yanan bir cəhənnəmə çevrilər...

İsmayılın boğazına bıçaq dirəmək əmrini aldıqda heç düşünmədən tabe olacağıq.
Çünki “Rəbbimizin bizimlə olmasına iman etmişik”
“O isə ən gözəl vəkildir.”
Bizdən bizim “İsmayıl”
istənilirsə deməli daha uca məqama yüksəldilməyimiz istənilir.

İlahi Yardım

İbrahimin və İsmayılın təslimiyyəti bizə örnək verilib ki, təslim olmağı bacaraq.
İsmayılıqsa, qurban edilməyimiz əmr olunubsa bıçaq sümüyə dayansa
belə imandan vaz keçməməliyik. Çünki bilir və anlayırıq ki, bıçaq
imanın boğazını üzməyə qadir deyil. Atəş yandıra bilmədiyi kimi o da kəsə bilməz. Bu onların bacaracağı bir iş deyil.

Musanın açdığı yolda yürüyəcəyik. Bilir və anlayırıq ki, bu yol yalnız
onun davamçılarının gedə biləcəyi bir yoldur. Fironlar bu yolda
yürüyə bilməz, boğularlar. Onlar da Nuhun qövmü kimi suda boğulub, atəşdə yanacaqlar.

İlahi Yardım

P.S. EY iman etdiyini iddia edən!
Pislikdən yaxşılığa, küfrdən imana, büt dolu Məkkəndən iman yolu
Mədinənə hicrətə niyyət etmirsənsə, Sərvin ətəyində dolaşma, təpəsinə çıx!
Yardım ancaq oradadır...

İman imtahan olunmadan cənnətə girmək mümkün deyil.
İman mayak olub yolunu işıqlandıracaq. Bu yol dənizlərdən,
dağlardan, atəşlərdən keçir. Lakin bu yolda ölüm yoxdur. Şəhadət var.
Cənnət yolçuları! Şəhidliyiniz mübarək.


Geri dön

✿Victoria✿

  • 27 yanvar 2012 17:35
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
TESEKKURLER

--------------------

LoNeLy_AngeL

  • 5 yanvar 2012 02:28
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
ALLAH razi olsun...

wiki

  • 4 yanvar 2012 18:27
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

Okush

  • 4 yanvar 2012 17:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi eziyyete gore twk.

wehrizad

  • 4 yanvar 2012 17:23
  • Məqalə: 0
  • Şərh: 431
  • Bal:
{awards}
xebercun tewekkurler....ALLAH razi olsun......

--------------------
............................

_TUNAR_MAMEDOV_

  • 4 yanvar 2012 17:20
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI YAZI UCUN

--------------------

joyful

  • 4 yanvar 2012 17:18
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
Allah razi olsun bu sozleri oxuyub derk etmeyenler de var...Muellife derin minnetdarliq.....

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

B_A_H_A_R

  • 4 yanvar 2012 17:01
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
BEZEN BU SOZLER INSANLARA ADI KIMI GELIR AMA ALLAHDAN UMID KESILMEZ HER SEYE QADIR OLANDAN KOMEK ISTEMEK LAZIMDIR SENI HER ZAMAN ESIDEN,SAH DAMAR KIMI SENE YAXIN OLANDAN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

generation

  • 4 yanvar 2012 16:44
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_favorit_arkadas

  • 4 yanvar 2012 15:29
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
allah razi olsun senden qardasim...

--------------------

_Qismet_

  • 4 yanvar 2012 15:29
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}