1 həftə sevgili ilə

 
1 həftə sevgili ilə

Bir həftə sevgili ilə...


Oğlan: Salam
Qız: Salam
Oğlan: Necəsən?
Qız: Belədə cox sağ ol sən necəsən?
Oğlan: Məndə yaxşı.
Qız: Rüfət?
Oğlan: Hə…
Qız: Heç
Oğlan: De görüm nə olub axı?
Qız: Nə bilim darıxıram. Danış da…
Oğlan: Hə... Nədən danışım?
Qız: Nə bilim. Bax məsələn... Niyə axı sənin statusun həmişə üzgündür?
Oğlan: Bilirsən? Mən 1 qızı sevirəm. O çox gözəldir. Amma mən onun haqda heç nə bilmirəm. Hətta adını da bilmirəm. Sadəcə o məndən 1 mərtəbə aşağıda qalır. Özüdə deyəsən tək. Amma çox gözəldir və deyəsən mənim varlığım və yoxluğum onun heç ruhunuda incitmir. Nəisə... Öz problemlərimlə səni yormayım.
Qız: Yox danış nə yormaq? Maraqlıdır danış.
Oğlan: Nəyi maraqlıdır? Biz ki hələ cəmi 40 dəqiqədir ki tanışıq. Həm də virtual.
Qız: Hərdən virtual tanışlıq realdan daha yaxın olur. Hərdən də elə olur ki ilk dəfə salam verib tanıdığın 1i səni daha yaxşı anlaya bilir. Mənim üçün bu hərdən daha 1 ömürdür. Yaxşı mən daha çıxım yuxum gəlir. Sağ ol.
Oğlan: Sag ol…

2-ci gün. Tanışlıq.

Oğlan: Salam
Qız: Salam necəsən Rüfət?
Oğlan: Yaxşı. Sən necəsən? Necə yatmısan?
Qız: Mən belədə gec yatmışam. İndi də başım ağrayır. Gözlə dərman içib gəlirəm.
Oğlan: Ok... ALLAH şəfa versin… Gözləyirəm.
Qız: Hə... Gəldim. İndi de görüm sən necə yatmısan? Əhvalın necədir?
Oğlan: Məndə yaxşı. Əla yatmışam.
Qız: Lap yaxşı.
Oğlan: Özün haqda danışda...
Qız: Nə danışım?
Oğlan: Nə bilim. Məsələn mənim həzin mahnılardan xoşum gəlir. İdman stilində geyinirəm. Üzgüçülüynən məşğulam. İtləri sevirəm. Bəs sən?
Qız: Hmm.. .Məndə daha çox idman stilində geyinirəm və daha çox rok dinləyirəm.
Oğlan: Hə... Deməli belə-belə işlər...
Qız: Yaxşı Rüfət. Çıxım. Gedim yuxum gəlir. Həmdə deyəsən söhbət yoxdu. Sonra yenə danışarıq. Sənlə danışmaq xoşdur.
Oğlan: Mənə də sənlə danışmaq xoşdur. Gecən xeyrə...

3-cü gün.

Qız: Salam Rüfət.
Rüfət: Ooo salam. Necəsən? Nə var nə yox? Nə yaxşı gəldin? Darıxırdım burda tək.
Qız: Çox sağol. Mən yaxşı. Hə mən də darıxırdım. Sən necəsən?
Rüfət: Mən belə də sıxılıram. Bilirsən mən heç sənin adınıda bilmirəm e…
Qız: Adım Əfsanə.
Rüfət: Hmm çox qəşəng adın var. Xoşum gələn ad həmdə çox xoşum gələn ad... . Bəs niyə gizlədirdin ki?
Qız: Gizlətmirdim e. Sadəcə nə bilim... Soruşmamışdın məndə demək istəmirdim. Bunada öz səbəblərim var. Özüdə az deyil. Virtualda insanı tez tanımaq olmur.
Rüfət: Hə onu düz deyirsən. Elə həyatda da insanlar çox maskalanırlar. Amma gec yada tez hər kəs öz maskalarını itirir.
Qız: Hə. Maskalar sifətləridi insanların.
Rüfət: Qulaq as. Mənə şəklini göndərə bilərsən? Sən mənə çox maraqlı gəlirsən. Sadəcə səni görmək istəyirəm.
Qız: Hmm yaxşı bilmirəm niyə razılaşıram. Amma mən sənə inanıram. Ok qəbul elə.
Fayl qəbul olundu. Rüfət faylı açdı və şəkilə klik etdi. Şəkil açıldı və budur... Onun 1 neçə müddətdir sevdiyi o qonşu qızının şəkli idi. O heyrət içində donub qalmışdı. Heçnə edə bilmirdi. Nə danışa nə yaza. Nəsə etməyə çalışmırdı da. O sadəcə indicə öyrəndiyi həqiqətdən şoka düşmüşdü.
Qız: Hmm Rüfət? Sən ordasan?
Rüfət isə hələ şokdan yeni-yeni özünə gəlmişdi. O gözlərini şəkildən ayıra bilmirdi. Sarı qəhvəyi saçlar yaşıl parıldayan gözlər nazik dodaqlar enli kirpiklər.
Rüfət: Hə burdayam.
Nədənsə yalan danışdı.
Rüfət: Çayı üstümə dağıtmışdım. Köynəyimi dəyişirdim. Sən çox gözəlsən.
Qız: E… Yaxşı yalan demə. Nəyim gözəldir? İndi sən göndər öz şəklini.
Rüfət susdu. Biraz fikirləşdi. Düzdür, Efsanə Rüfətə heç fikir verməmişdi. Amma o Rüfəti bir qonşu kimi tanıyırdı üzdən. Rüfət nədənsə çəkindi və yenə də yalan dedi.
Rüfət: Mənim kompyüterim format olub e... Ona göre şəkillərim silinib. Başqa vaxtı söz verirəm göndərərəm.
Qız: Hmm... Ok. Rüfət nə vaxt olsa göndərərsən. Bilirsən? Mən sənin şəklini görməmişəm amma sənə çox bağlanmışam... Mənim həyatda heç kimim yoxdur. Ona görədə burdakılarla yaxınam. Amma axır vaxtlar ancaq sənsən. Nədənsə səni çox istəməyə başlamışam.
Rüfət: Hmm bilmirəm nə deyim sənə Əfsanə. Mən sənə indi heç bir söz deyə bilmərəm. Çünki indi başım ağrayır.
Qız: Yaxşı, Rüfət mən çıxım gedim yatım. Səndə özünə fikir ver. Sağol.
Rüfət: Sağol, Əfsanə gecən xeyrə. Şirin yuxular....

4-cü gün. Həqiqət ağrısı.

Qız: Salam.
Oğlan: Salam xoş gəldin necəsən?
Qız: Sağol yaxşıyam. Sən necəsən?
Oğlan: Mən əla.
Qız: Nə əcəb əla?
Rüfət nə deyəcəyini fikirləşdi… Axı əsl həqiqəti ona açıb deyə bilməzdi. Deyə bilməzdi ki 1 ildi realda sevdiyi qız virtualda ona bu qədər yaxındır. Yenə də yalan dedi.
Oğlan: Nə bilim daha başım ağrımır. Həm də ki daha sən varsan.
Qız: Nə mən? Harda mən varam?
Oğlan: Hələ dəqiq aydınlaşdırmamışam. Amma hələ ki ən azından mənimlə bax virtualdasan. Mən buna çox sevinirəm.
Qız: Hmm çox sağol.
5 dəqiqəlik sükut.
Oğlan: Niyə susursan Əfsanə?
Qız: Nə bilim. Bezmişəm.
Oğlan: Nədən? Kimdən? Danış görüm nə olub axı?
Qız: Hər kəsdən, hər şeydən, insanlardan, bütün cəmiyyətdən. İnsanlar elə laqeydləşiblər ki bir-birlərinə. Elə vəhşiləşiblər ki çöl heyvanları onların yanında heç nədir. O gün metroda 1 nəfər gördüm. 4 nəfər birləşib döyürdü onu dib tərəfdə. Amma heç birisi kömək etmədi hamısı vəhşidir... İnsanlardan bezmişəm. Hamısı yalançıdır. Bezmişəm. Hər gün 1 yerdə müharibə başlayır. Hər gün minlərlə körpə öldürülür. Nə vaxt olacaq bütün dünyada sülh? Nə vaxt bitəcək qırğınlar, müharibələr, qətllər, yalanlar, aldatmalar?
Oğlan: Bilmirəm Əfsanə, dünyanın dərdi sənə qalıb? Amma heçnə əbədi deyil. Hər şeyin 1 sonu var və dözmək lazımdır. Mübarizə aparmaq lazımdır.
Qız: Hə... Mübarizə. Onsuz da ondan başqa nə verirlər ki bizə. Yaxşı mən gedim yatım. Yorğunam. Gecən xeyrə....
Oğlan: Xeyrə qarşı. Şirin yuxular bidənəm.

5-ci gün. Narahatlıq.

Qız: Salam. Burdasan? Uff hardasan e... Sən yoxsan bura elə darıxdırıcıdır ki. Sənə elə bağlandım ki bu 4 gündə. Deyəsən gəlməyəcəksən. Yaxşı mən çıxdım. Sağol.

6-cı gün. Tənhalıq.

Qız: Salam. Nə olub axı sənə? Heç olmasa arada girəndə cavab yazda. Rüfət sən yaxşısan? Heç olmasa yaz ki yaxşıyam. Narahat oluram axı.. Ufff... Nəisə. Getdim sağol.

7-ci gün. Üsyan.

Qız: Salam bircə demə ki yoxsan burda... Ey mən darıxıram axı... Aydındır səndə belə etdin... Sən də məni tərk etdin hamı kimi. Mən isə sənə inanmışdım. Özümdən çox inanmışdım. Sən məni aldatmayacağına söz vermişdin, inandırmışdın məni bu neçə gündə özünə. Səndə bu cəmiyyət tək əclaf çıxdın. Əclaf... Nəisə daha səni narahat etməyəcəm. Bu gündən sonra daha heç kimi narahat etməyəcəm. Nə də kimsə məni. Mən daha bezmişəm. ƏLVİDA...

Gecə saat 04:50... 9 mərtəbəli binanın damı güclü külək. Dizlərini qucaqlayıb damın ən kənarında oturmuş Əfsanə... Göz yaşlarında boğulan yam-yaşıl firuzə tək gözlər. Əfsanə indi kimsəsiz uçurumun kənarındadır ki indi bircə addım və o artıq bu həyatla vidalaşa bilər. Sonsuz dərəcədə nifrət bəslədiyi bu həyat. İnsanları, dövlətləri, hökumətləri, təbiətləri vəhşi insanlar həm də çox vəhşi. Onunsa düşüncələrində indi ən son Rüfətin nifrəti dolaşır. Əfsanə ayağa durdu, addım atmaq istəyirdi. Amma birdən binanın damında göyərçinləri yemləyən oğlanı gördü... Sanki oğlan Əfsanənini ölümdən xilas etmək üçün bilə bilə orda idi...
O da nədənsə ağlayırdı. Əfsanə ömrü boyu bir oğlanın belə ağladığını görməmişdi. O özünü öldürmək istəyirdi. Amma Əfsanəyə maraq və insanlıq hissi güc gəldi. O oğlana yaxınlaşdı.
Qız: Ey niyə ağlayırsan?
Oğlan: Mənim dostum ölüb…
Qız: Bəs necə olub? Nə olub ona?
Oğlan: O intihar elədi 3 gün əvvəl. Özünü bax burdan mən dayandığım yerdən atdı. Mən isə ona kömək edə bilmədim. İstədim çox istədim qoymayım bunu eləməyə. Amma çata bilmədim. O quş tək sanki qanad vurub uçmaq istəyirdi.
Qız: Bəs axı niyə? Niyə intihar?
Elinanın təəccübdən gözləri iriləmişdi... O dəhşət içində idi.
Oğlan: O bir qızı sevirdi. O qız da bu binadan idi. 4cü mərtəbədə qalırdı və o qızla təsadüfən internetdə tanış olmuşdu. Sadəcə sonda anladı ki o qız heç vaxt onun olmayacaq. Rüfət özünü öldürdü. 3 gün qabaq. Bax elə həmin bu yerdən. Mənəsə son sözləri... Onu qoru. Sevdiyi qızın yaşaması onun son arzusu idi. Mənsə o qızı heç tanımıram da. Dostumun son arzusunu da yerinə yetirə bilməyəcəm. O bu sevginin mümkünsüz olduğunu bilirdi və ona gorə də getdi. Əlvida belə demədən. O sevdiyinin xoşbəxt olmasını yaşamasını istəyirdi. Başa düşürsən? Əlvida belə demədən. Nəyə görə? Təkcə o qızın yaşaması üçün xoşbəxtliyi üçün.
Oğlan daha da bərk hönkürtü ilə ağlamağa başladı. Əfsanə dəhşət içində bütün olanlara qulaq asdı. O artıq hər şeyi anlamışdı. Onun Rüfəti özünü öldürmüşdü. Əfsanə oğlanı qucaqladı. Bir müddət susaraq onunla birlikdə ağladı. Sonra onu ayağa qaldırdı və gözlərinə baxıb dedi.
Qız: Sən dostunun artıq son arzusunu yerinə yetirdin... O kimsəsiz qız artıq yaşayacaq. O Rüfətin son arzusunu yerinə yetirəcək. Nə olursa olsun bu cəmiyyətlə mübarizə aparacaq.
Əfsanə yavaş-yavaş geriyə döndü göz yaşlarını əlləri ilə silərək evə getdi....

Artıq günəş çıxır üfiq çox gözəldir. Damın başında indi yalnız Kənan qalıb. O Kənan hansı ki real həyatda Əfsanəni təmənnasız sevir. O Kənan hansı ki virtualda Əfsanəni tapmışdı və Rüfət personajı quraraq onunla ünsiyyət qurmuşdu. Amma Kənan bilirdi ki bu sevgi mümkün deyil. O xoşbəxtlik yox ancaq bədbəxtlik gətirəcək. Çünki hər şey yalannan başlamışdı. Buna görə də o növbəti yalanını demişdi. Əfsanə yaşasın deyə və yenə də Kənan hər gün olduğu kimi günəşi qarşılayırdı və yenədə tək. Bir virtual romanı da beləcə səhifələrini rəngləyib vidalaşdı.
Sevgi hər yerdə mümkündür. Real və ya virtual. Fərqi yoxdur. Sadəcə əsl sevgi var və sevgi üçün bəzən tərk etmək öz sevgindən əl çəkmək yalanlar uydurmaq var.

Bilmirəm xoşunuza geldi ya yox amma onu deyimki bu hadisə həqiqətən baş verib...Sizində fikirlərinizi bilmək mənim üçün maraqlı olar...


Geri dön

lubov

  • 7 yanvar 2012 16:50
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
Nece olursa olsun ,insan gerek sevdiyine yalan demeye.

1heyat_1desen

  • 7 yanvar 2012 02:10
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
{awards}
maraqlidi twkler eziyyete gore...

maraqlidi twkler eziyyete gore...

nar_18

  • 6 yanvar 2012 15:03
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

BAYACASKA

  • 6 yanvar 2012 14:31
  • Məqalə: 0
  • Şərh: 137
  • Bal:
{awards}
oda meni kimidi.ancaq yalanlarla yawayir.

--------------------
SON

sensiz_seni

  • 6 yanvar 2012 14:16
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk......................

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

gunay95

  • 6 yanvar 2012 13:38
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
tesirli hekaye oldugu kimi hem de cox maraqlidir

ulker BOZ

  • 6 yanvar 2012 13:15
  • Məqalə: 4
  • Şərh: 331
  • Bal:
{awards}
cox maraqli idii cox sag olun

J ♥ S

  • 6 yanvar 2012 12:15
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
cox beyendim tewekkurler hetta axrinda aglayaraq oxudum tewekkurler

--------------------
J & S ∞♥....

Dinar Mamedova

  • 6 yanvar 2012 11:39
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
tewekkurler

--------------------

KRiPToS

  • 6 yanvar 2012 10:27
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Hərdən virtual tanışlıq realdan daha yaxın olur.(Məncə də) winked
Belə gözəl xəbərə görə müəllifə sonsoz təşəkkürlər)))))) smile

--------------------

.♣.Chrysalis.♣.

  • 6 yanvar 2012 01:59
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
TWK MARAQLI IDI

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

ibn xatun_2011

  • 6 yanvar 2012 01:34
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
ÇOX BEYENDİM....HƏR BİR NAĞIL GERCEK OLA BİLƏRMİŞ.....

--------------------

konul123

  • 6 yanvar 2012 01:08
  • Məqalə: 0
  • Şərh: 1458
  • Bal:
{awards}
menim demeye sozum yoxdu superdiiiiiiiiiiii elaaaaaaaaaaaaaa coooooooooox sagol bele bir maraxli wey yazdigin ucun cox maraxlidi twk

nilawka

  • 6 yanvar 2012 00:25
  • Məqalə: 0
  • Şərh: 61
  • Bal:
{awards}
maraqlidiki elina kimdi?

--------------------
Uca yaradanımız deyib. "Qorx incidib, ağlatdığın insandan. O məndən kömək istəyəcək. Məndə kömək edəcəm!"

castle_walls

  • 5 yanvar 2012 23:34
  • Məqalə: 0
  • Şərh: 581
  • Bal:
{awards}
Oxudum tesekkurler.maragli idi.Amma o Elinanin kim oldugun basa dusmedim yeqin Efsane yazmag isdemisiz wink

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

wiki

  • 5 yanvar 2012 23:19
  • Məqalə: 26
  • Şərh: 1627
  • Bal:
{awards}
pis oldum,tewekkurler

DEMET_AKALIN

  • 5 yanvar 2012 22:49
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
SUPERDI ALLAH HEC KIMI INTIHAR NOQTESINE GETIRMESIN AMIN

SUPERDI ALLAH HEC KIMI INTIHAR NOQTESINE GETIRMESIN AMIN

SUPERDI ALLAH HEC KIMI INTIHAR NOQTESINE GETIRMESIN AMIN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Analia

  • 5 yanvar 2012 22:38
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
tskkkkk admin

triplehhh

  • 5 yanvar 2012 22:20
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
coooooox pis

Elvin007

  • 5 yanvar 2012 22:12
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

Robet

  • 5 yanvar 2012 21:52
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
maraqli hekayedi..tewekkurler

Delya_91

  • 5 yanvar 2012 21:52
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
pis oldum eeee

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

Angel-Feride

  • 5 yanvar 2012 21:50
  • Məqalə: 54
  • Şərh: 1056
  • Bal:
{awards}
recourse

Mervecik

  • 5 yanvar 2012 21:09
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Men bu hekayeni hardasa oxumusdum.Yenede twk

... Deryam ...

  • 5 yanvar 2012 21:07
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Təsiredici və kövrəldici oldu mənə recourse ...
KAŞ Kİ, BÜTÜN SEVGİLƏR YALANSIZ BAŞLAYA , BİTƏNDƏ DƏ YALANSIZ BİTƏ...
HƏQİQƏTİ SÖYLƏMƏKDƏN ÇƏKİNMƏMƏLİDİR, UTANMAMALIDIR İNSAN.

--------------------

_TUNAR_MAMEDOV_

  • 5 yanvar 2012 20:41
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
EZIyyete gore twkler edrem...

--------------------

hmmmmm

  • 5 yanvar 2012 19:40
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
super coox maraqlidir,oxudum coox pis oldum((((((((((((

joyful

  • 5 yanvar 2012 19:12
  • Məqalə: 43
  • Şərh: 961
  • Bal:
{awards}
eslinde axira kimi oxumaq istemirdim ama nedense oxudum dehwete geldim...Ama oglan duz etmedi nebilime kaw sevgisin diyeydi axi qiz ona baglanmiwdi....
Tewekkurler...
EY MILLET QEDRINIZI BILIN BIR BIRINIZIN....



Ama mentiqnen fikirlewende axi qiz orda yawayirsa bu qedermi safdiki bilmir burda hec kim olmuyub 3 gun evvel...

--------------------
Məni yormayın!Çox tənbələm.Mənə yalan deməyin!Nifrət edirəm!Mənnən heçnə soruşmayın!Bilmirəm!Ciddi olmayın!Mən gülürəm.Gəl deyin!Gələrəm!Dərdin var?Dinləyərəm.Çox çətindi?Cəhd edərəm!Məni sevmə!Mən sevə bilmirəm.

generation

  • 5 yanvar 2012 19:10
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
heiqetdise Allah rehmet elesin ve mene cox tesir eledi

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

bakugan

  • 5 yanvar 2012 18:54
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
uyttyuiytretyutr

[b][/b][i][/i][u][/u][s][/s]

<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}