Xoşbəxt olmağın yolları

 
Xoşbəxt olmağın yolları

Məşhur amerikan kardioloqu danışır

Yeni il başlayanda hamımız istəyirik ki, hər şeyə sıfırdan başlayaq. Hər şeyin daha yaxşısını edək, kökəlməyək, sağlam qalaq...
Yeni ildə bədəninizi və zehninizi sağlam, təmiz saxlamaq istəyirsinizsə, türk əsilli amerikan kardioloqu Mehmet Özün “Oprah” jurnalında dərc olunmuş 28 məsləhətinə əməl edin.

1. Yaşıl çay qədər yaşıl olun!

Yaşıl çayın tərkibində olan antioksidanlar xərçəng xəstəliyinin qarşısını almaqda mühüm rol oynayır. Bu faydalı bitki həm də xolesterolə də xeyirlidir və arıqlamağı xeyli asanlaşdırır.

2. Acı şokoladla özünüzü ərköyünləşdirin

Uzun müddətli araşdırmalar göstərir ki, antioksidanla zəngin olan kakao qan dövranını tezləşdirir. Bir parça şokolad yedikdən 2-3 saat sonra beyinə gedən qan axını tezləşir və hərəkətləri qavrama qabiliyyəti artır.

3. Ürəyiniz üçün bişirin!

Ürəyinizi daha da sağlamlaşdıracaq qidalardan ibarət olan yeməklər bişirin. Balıq, təzyiqin dərmanı pomidor, ürəyin qoruyucusu sarımsaq və ürəkdəki gərginliyi aradan qaldıran lobya bu menyu üçün idealdır.

4. Kimisə bağışlayın!

Araşdırmalar göstərir ki, kimisə bağışlamaq sağlamlığınız üçün xeyli faydalıdır. Boş yerə demirlər ki, bağışlamaq böyüklükdür”. Bu həm ürəyinizə xeyirlidir, həm də depressiyanı aradan qaldırır.

5.Şeir əzbərləyin.

Ədəbiyyat ruhunuzu qidalandırmaqdan əlavə, həm də sağlamlığınızı qoruyur. Bir şeir əzbərləyərək yaddaşınızı gücləndirər, eyni zamanda ruhunuzu da canlandıra bilərsiniz.

6. Sizi məmnun edən işlər görün

Sizi məmnun edən fəaliyyətlərə vaxt ayırın. Sevgilisi ilə gözəl bir gecə keçirən qadınlarda damar tutulması riski çox az olur.

7. Hər tikəni qeyd edin.

Dostlarınızın qabından yemək oğurlamaq, günorta tez-bazar yemək yemək asandır. Amma nə yediyini qeyd edənlər, fikirləşmədən hər şeyi yeyənlərdən iki qat daha tez arıqlaya bilirlər.

8. Ayaqlarınız işləsin!

Gündə 30 dəqiqə gəzməyin sağlamlığınız üçün nə dərəcə əhəmiyyətli olduğu ağlınıza belə gələ bilməz. Gəzinti həm ürəyinizə həm də xarici görünüşünüzə xeyirli olacaq.

9. Yuxuya laqeyd yanaşmayın.

Yüzə qədər saymaq? Çox köhnə ideyadır. Yatmazdan əvvəl içilən bir stəkan çobanyastığı çayı yuxu probleminizi həll edər. Çobanyastığı çayı təsirli və təbii üsuldur.

10. Meditasiya yaxşıdır!
Stressli keçən bir gündən sonra gələn meditasiya günün yorğunluğunu atmağınıza kömək edəcək. Meditasiya ilə bağlı kitablardan faydalanın. İşə yaradığını görəcəksiniz.

11. Yatağa gedərkən heç nə yeməyin!

Yatmazdan əvvəl yemək yeyənlər, yeməyənlərə nisbətdə ildə 3,5 kilo kökəlirlər. Həm bədəniniz, həm də beyniniz daha erkən saatda yeyilən yeməkdən faydalana bilər.

12. Nə qədər yeməli olduğunuzu öyrənin.

Böyük evlər, maşınlar və böyük boşqabla dolu yeməkləri sevə bilərsiniz. Ancaq çox yemək vərdişindən canınızı qurtarmaq üçün özünüzə uyğun qablarda yeməyi öyrənməlisiniz.

13.Addımlarınızı sayın.

Gündə 10 min addım gözəl görünməkdən tutmuş təzyiqə qədər bir çox dərdə dərmandır. Hətta addımlarınızı saymaq üçün cihazlar belə, mövcuddur. Bu cihazlar hər addımda sizinlə olaraq addımlarınızı saymağınızı asanlaşdırılır.

14. Yaxınlarınızla danışın.

Ailə tarixiniz, ailə fərdləri arasında məşhur olan, sizdə də olması ehtimal edilən xəstəlikləri öyrənməyinizi təmin edəcək. Əmi, dayı, xala, bibi uşaqlarınızdan, dayı və ya xalanızdan aldığınız məlumatlar yüksək təzyiq, döş xərçəngi, şəkər kimi xəstəliklərə qarşı tədbir görməyinizə kömək edəcək.

15. Doğru dərmanlardan istifadə edin.

Vitamin əlifbasını çoxdan öyrənmiş ola bilərsiniz. Amma multi-vitamin, kalsium, maqnezium və D vitaminindən istifadə etməyə diqqət etməlisiniz.

16. Çəkiniz boyunuzla mütənasib olmalıdır.

Boyunuzla çəkiniz arasında müəyyən bir nisbət olmalıdır. Bədən kütlə indeksinizə görə artıq çəkili olub -olmadığınızı hesablaya bilərsiniz.

17. Günlük təkrarlanan həyatınızda kiçik dəyişikliklər edin.

Hər gün içdiyiniz kofeinli kofe yerinə kofeinsiz kofe içmək, idmandan sonra növbəti yemək saatını gözləmək yerinə qatıq və ya meyvə yemək, olduğunuz yerin havasını müntəzəm olaraq dəyişmək sağlamlığınız üçün faydalı olacaq.

18. Partlamış qarğıdalı işə yarayar.

90 kalori doqquz ədəd kortof çipsinə, o da üç stəkan partlamış qarğıdalıya bərabərdir. Mikrodalğa sobada iki dəqiqədə partlayan qarğıdalıların üstünə sonda sarımsaq tozu, ya da darçın tökün. Hazırdır!

19. Daha müvəffəqiyyətli bir günorta yeməyi.

Günorta müxtəlif tərəvəz yeməklərini yesəniz sağlam qidalanmağınıza kömək edəcək.

20. Səhər yeməyi

Səhər yeməyi günün ən vacib yeməyidir. Araşdırmalara görə, hər gün nizamla yediyiniz səhər yeməyi çəkinizi tarazlaşdırmağa kömək edir. Məsələn, hər səhər üzüm suyu içməyi və qatıq yeməyi bir adətə çevirsəniz, gün ərzində daha az yemək yeyəcəksiniz.

21. Ərzaqlara diqqət edin!

Qidaların etiketlərinə baxın. Şəkəri, ya da yağı çox olan hər şeydən qaçın!

22. Dostunuza zəng vurun

Sevdiyiniz insanlarla danışmaq sizə mənəvi güc verəcək. Araşdırmalar göstərir ki, buna dırnaqarası yanaşılmamalıdır.

23. Dişinizi yuyun.

Dişlərinizi fırçalamaq sadəcə, ağız sağlamlığınız üçün deyil, eyni zamanda qan dövranınız üçün də vacibdir. Ağzınızda yığılan bakteriyalar bədən sağlamlığınıza mənfi təsir edir.

24. Sifonu çəkməzdən əvvəl baxın.

Həzm sisteminizin yaxşı işləyib- işləmədiyini bilirsinizmi? Çox maraqlı olmasa da, nəcisinizin boyu və rəngi sağlamlığınız üçün vacibdir. Buna diqqət yetirin.

25. “Yox!” deməyi öyrənin.

Nə qədər məşğul olsanız da, şəxsi həyatınıza vaxt ayırmalısınız. Əks təqdirdə “yox,” deyə bilmədiyiniz yaxınlarınıza görə enerjiniz azalacaq.

26. Erkən oyanın.

Tez oyanmağın faydaları böyükdür. Həm vaxtınız çox olur, həm də təmiz hava udmaq üçün yaxşıdır. Bütün bunlar nəticədə sağlam qalmağınıza gətirib çıxarır.

27. Yox, ac deyilsiniz!

Sizi yalandan doyduran şeyləri yemək əvəzinə, həqiqətən doyduran qidalar qəbul etməlisiniz. Üstünüzdə fındıq gəzdirib, acanda bir neçəsini ağzınıza ata bilərsiniz.

28. Nəzakətli olun.

Yol soruşan bir nəfərə kömək etmək, kiməsə qapını açmağa kömək etmək ya da hal-əhval tutmaq, kefini yaxşılaşdırmağa çalışmaq. Bütün bunlar, müsbət enerjinizi yüksəldəcək və ətrafınızdakılara da bu istiqamətdə təsir edə biləcək.


Geri dön

LoNeLy_AngeL

  • 9 yanvar 2012 15:22
  • Məqalə: 0
  • Şərh: 774
  • Bal:
hee maraqli idi,amma bulari bilirdim

TZ

  • 6 yanvar 2012 20:10
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
COX SAGOLUN,WAKALAD HEMISEKIKIMI NEYE WEFALI DEYILKI!!!! WAKALADSIZ 1 GUNUMDE OLMASIN....... winked

nar_18

  • 6 yanvar 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 3291
  • Bal:
{awards}
teshekkur...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dinar Mamedova

  • 6 yanvar 2012 11:47
  • Məqalə: 772
  • Şərh: 1825
  • Bal:
{awards}
gozel xebere gore tewekkurler awkitom

--------------------

.♣.Chrysalis.♣.

  • 6 yanvar 2012 01:33
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
{awards}
Twk xeber ucun

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Mervecik

  • 6 yanvar 2012 00:36
  • Məqalə: 15
  • Şərh: 633
  • Bal:
{awards}
aaaa bunlari edende insan xosbext olur?

wiki

  • 5 yanvar 2012 23:26
  • Məqalə: 26
  • Şərh: 1611
  • Bal:
{awards}

2. Acı şokoladla özünüzü ərköyünləşdirin

Uzun müddətli araşdırmalar göstərir ki, antioksidanla zəngin olan kakao qan dövranını tezləşdirir. Bir parça şokolad yedikdən 2-3 saat sonra beyinə gedən qan axını tezləşir və hərəkətləri qavrama qabiliyyəti artır.

ibn xatun_2011

  • 5 yanvar 2012 22:44
  • Məqalə: 11
  • Şərh: 417
  • Bal:
{awards}
İNSAN İSTƏSƏ XOŞBƏXT OLA BİLƏR VƏ XOŞBƏXT EDƏ BİLƏR......YETƏR Kİ,İNSAN İSTƏSİN SİDQ ÜRƏKLƏ.....ONDA DÜNYAMIZDA DÜZƏLƏR....

--------------------

triplehhh

  • 5 yanvar 2012 22:22
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
xebere gore tewekkurler

Elvin007

  • 5 yanvar 2012 22:18
  • Məqalə: 217
  • Şərh: 3250
  • Bal:
{awards}
Xeber ucun sagol!

--------------------
▼►►Proqramming◄◄▼

winxclub_bloom

  • 5 yanvar 2012 21:49
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------

Narka E-ZaDe

  • 5 yanvar 2012 21:18
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
Yatağa gedərkən heç nə yeməyin!

Yatmazdan əvvəl yemək yeyənlər, yeməyənlərə nisbətdə ildə 3,5 kilo kökəlirlər. Həm bədəniniz, həm də beyniniz daha erkən saatda yeyilən yeməkdən faydalana bilər.


ne?? men her gun yatmazdaan evvel gunorta yediyimin ik iqatini yeyireeem. acliqdan cixmiw kimi yeyirem amma 36 kiloyam






--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_TUNAR_MAMEDOV_

  • 5 yanvar 2012 20:49
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
EZIYyete gore twkler...

--------------------

generation

  • 5 yanvar 2012 18:25
  • Məqalə: 77
  • Şərh: 5363
  • Bal:
{awards}
cccccooooooxxxxxx tttttteeeeeeewwwwweeeeeeekkkkkuuuuuuuuuurrrrrrrlll
llllleeeeeeeeerrrrrrrr

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

Delya_91

  • 5 yanvar 2012 17:58
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
ay bacis bunlarla xosbext olmaq olsaydi men dunyanin en xosbext adamiydim

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

RoMaNTiK SerSeRi

  • 5 yanvar 2012 17:55
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
{awards}
MARAQLIDI.......

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

s_a_b_r_i_n_a

  • 5 yanvar 2012 17:51
  • Məqalə: 25
  • Şərh: 997
  • Bal:
{awards}
tewekkurler.............

--------------------

Melek Kiz

  • 5 yanvar 2012 17:28
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
cox duzgun fikirlerdi

Ada...07

  • 5 yanvar 2012 16:59
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
herkes cooox xowbext olsun...Amin... smile

--------------------


Ku-ku

  • 5 yanvar 2012 16:55
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
tewekkurler maraqli xeberdi dosiiiiiiiiiiiiiiiiii

--------------------

Okush

  • 5 yanvar 2012 16:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli idi eziyyete gore tesekkur

_favorit_arkadas

  • 5 yanvar 2012 16:53
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Tewekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 44
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}