İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

 
İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

Peyğəmbər (s) elminin varisi, imamət nurunun birinci ulduzu

«Həqiqətən sizin vəliniz Allahdır və onun Rəsuludur və iman gətirib, namaz qılıb ruku halında zəkat verənlərdir» (Maidə, ayə 55

Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

1. “Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır”. Yəni bir kəsin mömin olmasının sübutu onun Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o əsla mömin ola bilməz. Baxmayaraq bütün gecəni namaz qılıb, gündüzləri oruc tuta və bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)

2. “Əlini sevmək imanın nişanəsidir, Əliyə qarşı kinə nifaqın (münafiqliyin) əlamətidir”. Hər kəsdə Əliyə məhəbbət olsa o məhəbbət onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xarəzmi. fəsl 16, hədis 200 )

3. “Əli dünya və axirətdə mənim bayrağımın sahibidir”. Əli hər iki dünyada Peyğəmbər ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə. 81)

4. “Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur”. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək, cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usul cild 8-659 hədis 6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)

5. “Hər kəsin mən mövlasıyam Əli də onun mövlasıdır.(Sünəne ibn Macə, hədis 116, əl-Mustədrək 3-128, Kifayətul-tutalib bab 9- 82, bab 24-124)

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

6. “Əli xəlq olunmasaydı dünyada Fatiməyə layiq ər olmazdı”. Fatiməyə layiq olan insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır. (Mənaqib Xarəzmi fəsl 4 hədis 159 fəsl 19 hədis 282, ibni Məğazili 43-67-152)

7. “Əli mənim tərəfimdən əvəz olunmaz təbliğatçıdır”. Mənim gətirdiyim dini məndən sonra haqq olaraq məxluqata heç bir azğınlığa yol vermədən yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir. (Kifayətut-talib bab 62-260, Mənaqib Xarəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə 180)

8. “Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır”. Əlidən uzaqlaşmaq tağutu özünə mövla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul 8.661 hədis 6510)

9. “Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir”. (Yənabiul məvəddə 245-256)

10. “Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir”. (Mənaqib Xarəzmi fəsl 7 hədis 67)

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

11. “Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir”. (Mənaqib Xarəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)

12. “Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz”. (Durrül-mənsur 3.210)

13. “Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz”. (Belə güman olunmasın ki, hər kəs hər cür fəsad etsə bununla belə Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta üzündən günah etsə tövbə edərsə ona nicat olacaq). (əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)

14. “Allah Əlinin üzünü görməmiş mənim canımı alma!” (Mənaqib ibni Məğazili 211)

15. “Əlinin əli ilə Mənim əlim ədalətdə bərabərdir” (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235)

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

16. “Əliyə məhəbbət cəhənnəmin odundan bəraətdir”. (İstiab. 3/ 38, Mənaqib Xarəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)

17. “Əli məndəndir və mən də Əlidənəm. Əli məndən sonra hər möminin vəlisidir”. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250)

18. “Qiyamət günü nida olunacaq: Əli sənin ən yaxşı qardaşın və İbrahim ən yaxşı babandır” (Nüzhətul-məcalis. 2 səh 209)

19. “Əlinin insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan məqamıdır”. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib bab. 5 səh 74, Məcməuz-zəvaid 9/ 108)

20. “Əlinin zikri və onun üzünə baxmaq ibadətdir”. (Firdosul-əxbar. 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180)

21. “Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir”. (Şəvahidut-tənzil. 1/ 294 – 303, Yənabiul-məvəddə 100)

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

22. “Əlinin zikri ilə məclislərinizi zinətləndirin”. (Səvaiq 124)

23. “Əli Quranladır və Quran da Əli ilədir”. (əl-Mustədrək. 3- 122, Səvaiq 125)

24. “Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi də dünyadan gedər”. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187, Məcməuz-zəvvaid 9. 102)

25. “Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir”. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129)

26. “Əlninin qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı Allah mənə əmr edib”. (İstiab 4. 170, Kifayətut-talib bab 44. 187, Məcməuz-zəvvaid 9. 102)

27. “Əlinin müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir”. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)

28. “Əli salehlərin imamıdır və facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, ona kömək etməyən Allaha kömək etməyib”.(Mənaqib ibn Məğazili 38 Kifayətul-talib bab 47. 194)

29. “Bütün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir”. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 )

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

30. “Əli dünya və axirətdə mənim qardaşımdır”. (Səhih Tirməzi 5./637 hədis 3721)

31. “Əli haqq ilə batili ayırandır”. (Səvaiq 125, Zəxairul-uqba 63)

32. “Əli cənnət ilə cəhənnəmi böləndir”. Qiyamət günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə göndərəcək. (Mənaqib Xarəzmi. hədis 2)

33. “Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir”. (Yənabiul-məvəddə 135, 181)

34. “Əli və mən bir ağacdan xəlq olunduq”. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91)

İmam Əli(ə.s) Peyğəmbərin(s) dilindən

35. “Əli ən böyük Siddiqdir”. ( Usdul-qabə. 4. səh 31)

36. “Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kövsər hovuzuna birinci yetişər”. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xarəzmi. fəsl 19. hədis 326)

37. İmam Baqir (ə): “Həqiqətən Əli (ə) bir qapıdır ki, Allah-təala o qapını camaatın üzünə açıb. Hər kəs o qapıdan daxil olsa mömindir. Hər kəs o qapıdan çıxsa kafirdir” (Usulul-Kafi 4/100 babul-kufr, hədis 16)

38. İmam Baqir (ə): “Allah-təala Əlini Özü ilə xəlq arasında hidayət nişanəsi qərar verib. Hər kəs onu tanısa mömin olar və hər kəs onu inkar etsə kafir olar. Əlinin haqqında cahil qalan yolunu azar, hər kəs başqasını Əli ilə tay tutsa muşrik olar. Hər kəs Əlinin məhəbbəti ilə gəlsə cənnətə gedər, qəlbində Əliyə ədavəti olan cəhənnəmə daxil olar” (Usulul-Kafi 4/101 babul-kufr, hədis 20)

39. “Qiyamətin günü Kövsər hovuzunun yanında mənə birinci qovuşacaq şəxs İslamı ilk qəbul etmiş Əli ibn Əbi Talib olacaqdır” (əl-İstiab fi mərifətil-əshab 3/28)

40. Əbu Zərr Rəsulullahdan nəql edib: “Məndən sonra fitnələr baş verəcək. Elə ki, fitnəni gördünüz Əli ibn Əbi Talibdən yapışın. Çünki Əli haqq ilə batili ayırandır” (əl-İsabə 7/167, Usdul-ğabə 5/287, əl-İstiab 4/169)


Geri dön

generation

  • 6 yanvar 2012 21:25
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
Allah razi olsun

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

_favorit_arkadas

  • 6 yanvar 2012 17:15
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Allah senden razi olsun Fuad

--------------------

RoMaNTiK SerSeRi

  • 6 yanvar 2012 16:41
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN........

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Dindar_Angel

  • 6 yanvar 2012 16:31
  • Məqalə: 295
  • Şərh: 252
  • Bal:
{awards}
Çox dəyərli məlumatlardır təşəkkür edirəm Allah razı olsun.

--------------------
The End:)

_Qismet_

  • 6 yanvar 2012 15:58
  • Məqalə: 796
  • Şərh: 832
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Ku-ku

  • 6 yanvar 2012 15:36
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
11. “Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir”. (Mənaqib Xarəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)

--------------------

Okush

  • 6 yanvar 2012 15:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
14. “Allah Əlinin üzünü görməmiş mənim canımı alma!” (Mənaqib ibni Məğazili 211)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}