1 Manat

 
1 Manat

Yəqin 2 dost idilər.Biri məni o birinə təklif elədi:
- Seymur,manatı qəpiyə dəyişərsən?
- 1 manatın əvəzinə 60 qəpik verərəm
"Razıyam" dedi və məni cibindən çıxardıb həmin oğlana uzatdı.Oğlan məni görəndə "get işinlə məşğul ol.cırılmış manatı mənə sırıyırsan?!"-dedi və məni götürmədi.Oğlan gülüb məni əvvəlki qaranlığıma qaytardı.Bir müddət sonra yenə işığa çıxdım.Oğlan üzümə baxıb "onsuz da heç yerdə götürməyəcəklər bura qoyum bəlkə kimsə götürər" deyib məni bir daşın üstünə qoyub getdi.Nə qədər çağırdımsa qayıtmadı.Külək daşın üstündə durmağıma imkan vermədi.Məni sovurub harasa aparırdı.Heç vaxt görmədiyim yerləri görürdüm.Birdən kimsə məni tutdu.Orta yaşlı bir kişi idi.Astadan "şükür Allaha evə getməyə yol pulu tapdım.yoxsa 30 kmi piyada getməli olacaqdım" dedi.İnana bilmirdim ki,bu kişinin cibində heç pul yoxdu.sonra da fikirləşdim ki,bəlkə kimsə bütün pullarını oğurlayıb.Məni cibinə qoyub əli ilə möhkəm tutmuşdu.yəqin məni də itirəcəyindən qorxurdu.bir müddətdən sonra "işə bax yerimə bilet də götürdülər manat özümə qaldı".Birdən necə oldusa külək məni əlindən alıb uzaqlarda bir yerə saldı.bu dəfə çox gözəl mavi gözləri olan bir qız götürdü.o mənim gözlərimi görmürdü,amma mən onun gözəl gözlərini və o gözlərin dərinliyindəki kədəri də görürdüm."Allah yetirdi.bəlkə birtəhər satıcıya verib 1-2 bulku alıb qarnımı doyuraram" dedi.Şirniyyat dükanına girdik.Yaman çox adam var idi.Qız satıcıdan 3 bulku istədi.Satıcı məni ondan alan kimi qız qaçdı.Satıcı arxasınca "ay qız gəl bu cındır puluvu götür.sənin..."Birdən yenə də möhkəm külək əsdi və məni bu alçağın əlindən aldı.yenə də bir yerə saldı məni.deyəsən park idi.

1 Manat

yaxında kimsə öz-özünə danışırdı: bu zəhrimar da qurtarmağa vaxt tapdı.danışa-danışa gör gəlib hara çıxmışam.üstümdə də pul götürmədim.indi zəng eləməsəm hər şey qurtardı." Cavan oğlan birdən yerdə məni gördü "Allahın işinə bax" deyib məni yerdən götürdü və dükana girdi."dayı,bu pul cırılıb.amma sizdən xahiş eliyirəm bu pulu götürüb mənə kontur verin.uzağı yarım saata başqa manat gətirib dəyişdirəcəm.söz verirəm.özüm də hər gün sizin dükanın qabağından keçirəm" Oğlan satıcını bir təhər yola gətirdi.Satıcı məni götürdü.Bir müddət sonra oğlan geri gəlib məni götürdü.Heç nəyi başa düşmədiyimi fikirləşsə də mənimlə danışdı:Allah səni mənim qabağıma çıxartmasaydı bəlkə də dünyalar qədər sevdiyim bir qızı itirəcəkdim.Allaha çox şükür.səni özümdə saxlıya da bilərəm,amma saxlamıram.bəlkə səni Allah başqasının qabağına çıxardacaq və ona da kömək eliyəcək." Oğlan sözləri deyib məni küləyin ixtiyarına verdi.Bu dəfə külək bir az çox gəzdirdi.bir oturacağın üstünə düşdüm.bir xanım oturmuşdu.mənim varlığımdan xəbəri hələ ki yox idi.birdən əlini üstümə qoydu.varlığımı hiss eləyib götürdü üzümə baxdı.bu gün ikinci dəfə idi ki belə gözəl xanım görürdüm.həm də ikinci dəfə idi ki belə gözəl gözlər görürdüm.uzun qara saçlı bu sadə xanımın yorğun gözləri var idi.deyəsən ağrılı həyatı var idi.mənə baxanda isə qara gözləri yaşnan doldu.

1 Manat

Sonra astadan nurani bir qocaynan danışdığını eşitdim:Kazım dayı,bu gün maaşı vermədilər.alan kimi borcumu qaytaracam.amma indi bircə manatım qalıb.xahiş eliyirəm bu pula mənə 1 kilo kartof ver" Kişi dedi: pul lazım deyil.götür bu kartofu.Xanım inad eləsə də qoca pulu götürmədi.Mağazadan çıxıb bir binaya girdik.nədənsə xanım məni cibinə qoymurdu.Bir qapıni döydü.Qapını açan nənəyə dedi:İlqarı çağırın da zəhmət olmasa.nənə 5-6 yaşında bir uşaqnan geri qayıtdı."İncitmədi sizi?" xanım soruşdu.Nənə dedi:Ləman,bir də belə sual versən heç vaxt səninlə danışmaram." Sonra üzbəüz mənzilə girdik.Mənzil təmirsiz və soyuq idi. "Sən get televizora bax mama da özünə gəlsin" Ləman dedi və öz otağına keçdi.Əlini cibinə salıb yenə də məni çarpayının üstünə hərbçi forması geyinmiş bir oğlanın şəklinin yanına qoydu.eyni vaxtda həm mənə həm şəkilə baxırdı.şəkildəki qürurlu oğlan deyəsən Ləmanın həyat yoldaşı idi və deyəsən ölmüşdü.Ləmanın gözləri yenə doldu.Deyəsən bayaq düşdüyü vəziyyət ona möhkəm zərbə vurmuşdu.Şəkilnən danışırdı:Eeeey,milli qəhraman.səninləyəm eşidirsən?bu gün sənin həyatın tapdığı axırıncı manata qarnını doyuracaqdı.amma bəxti gətirdi.o manatı da almadılar ondan.bəlkə sabah da maaş olmadı.bəlkə sabah da sənin şərəfini qorumağa gedib də yanına qayıtmadığın ailən 10cu gününü də kartof yeməklə birtəhər keçirəcək.Bunları deyib hönkürtü ilə ağladı.Uşaq gəlib anasının qabağında dayandı
-Ana,niyə ağlayırsan?Ağlama da noolar-deyib uşaq da anasına qoşuldu.
-Yaxşı ağıllı balam ağlama dur gedək televizora baxaq
Ləman göz yaşlarını silə-silə o biri otağa keçdik.

1 Manat

Ləman uşağı qonaq otağıda qoyub mətbəxə keçdi.Ovucunu açıb üzümə baxırdı. "Bu gün Allah səni mənə kömək göndərdi.Oğlum bu gün ac qalmıyacaq.Ola bilər sabah ac qalacıyıq,amma səni saxlaya bilmərəm.bəlkə Allah bu gün başqa bir acı da sənin vasitənlə doyduracaq." Ləman bu sözləri deyib məni mətbəxin pəncərəsindən bayıra atdı.Külək yenə məni qucağına alanda sonuncu dəfə Ləmanın əli ilə göz yaşlarını sildiyini gördüm
Hava yavaş-yavaş qaralırdı.Bu dəfə məni balaca bir oğlan götürdü.Dayanıb üzümə baxırdı. "Oğlum dala qalma"-bir kişi uşağı səslədi. "O nədi baxım.Neyniyirsən bu cırıq manatı?Camaat atandan pul istəyir sən də yerdən cırıq manat götürürsən.Ver baxım ona" Qabaqdan bir neçə qızıl dişi olan öküzə bənzər bir kişiynən üzbəüz dayanmışdım. "At bunu getsin,oğlum" -dedi."Ata,bu gün məndə qalsın sabah ataram" balaca cavab verdi.Və mən bütün gecəni o uşaqnan keçirdim.Səhər uşaq məni cibinə qoydu anasına "olar bir az düşüm həyətə?" dedi və "hə amma tez qayıt" cavabını aldı.Həyətdə məni uşaq yaşıdı olan başqa bir qıza uzatdı:məni indi anam çağıracaq.sən al bunu.get özünə istədiyin şokoladı al.bu pula verirlər.atam alanda görmüşəm" balaca qız pulu götürüb oğlanı yanağından öpdü və mən onda başa düşdüm ki,bu uşaq öküzə oxşayan atasından daha ağıllıdır.qız məni ovucunda sıxaraq mağazaya doğru qaçırdı.mağazaya girən kimi şokoladlar olan tərəfə getdi.Əgər siz də mənim yerimdə olsaydiniz qizin baxişlarından başa düşərdiniz ki,o bu şokolada hər dəfə baxmaqla kifayətlənib.indi arzusuna çatacaqdı.Əlbəttə ki,bu satıcı uzunqulaqlıq eləməyib pulu götürsə idi.amma qızın yenə bəxti gətirdi.növbəsini gözləyən oğlan ona dedi:sən əlindəkini mənə ver al bunu götür.və məni başqa oxşarımla əvəz elədi.qız şokoladını alıb qaçdı.
Mən isə öz-özümə danışırdım" gör bu neçənci adamdır ki,əlinə düşürəm.

1 Manat

" Gözlənilmədən "neçənciyəm?"sualını eşidib çaşdım. "Bu deyəsən dəlidir.mənimlə danışır?səsimi necə eşidir?"
-neçənciyəm ki?-soruşdu
-bilmirəm-dedim.amma bir neçə adamın əlinə düşmüşəm.bir neçə insan görmüşəm
- gördüklərini mənə də danış.maraqlı olsa mən də başqalarına danışacam.
-Deyəsən sən dəlisən.amma yenə də danışacam
Bütün başıma gələnləri bu dəliyə danışdım.Sonra məni başqa bir cavan oğlana verdi.İndisə bu məktubu saxlandığım yerdən ona yazıram.Ondan ayrılandan sonra məni bura gətiriblər.Burda başıma gələnləri digər dostlarıma da danışdım.Məndən dəfələrnən böyük olan 20,50,100 manatlar çox təəccübləndi.Onların başına belə maraqlı hadisələr gəlməmişdi.Öz dediklərinə görə bu ona görə idi ki,insanlar onları itirməkdən çox qorxurlar.Ona görə də onlar heç vaxt küləyə qoşulub şəhəri gəzə bilmirlər.Biz xırdaların itməyi isə elə də qorxulu deyil.Ancaq insanlar yadlarından çıxardırlar ki,ən böyük yanğınlar qığılcımdan yaranır
İndi bu axırıncı məktubu dəli dostuma yazıram söz verib ki,başqalarına da danışacaq əhvalatımı.Mənə demişdi ki,əhvalatı kağıza köçürt.Necə yazacaqsan elə də verəcəm oxusunlar.
düzü bu məktubun gedib ona çatacağına inanmıram.çatsa belə inanmıram ki,o dəli sözündə dursun.dostum lirə demişkən "adı üstündə-dəlidi bu"Amma yenə də yazıram.İtirəcəyim heç nə yoxdur!


Geri dön

ramilb

  • 3 fevral 2012 13:50
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
yaxsiyidi
[center][/center]

muslimka

  • 10 yanvar 2012 18:50
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Sonuna qeder oxudum,maraglidir.Allah razi olsun!!!!Sebr imanin yarisidir,ona gore hamisini oxudum.

Elvin007

  • 9 yanvar 2012 23:33
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Oxuyanlara Tewwekur edirem oxumuyanlara ise cani sag olsun deyirem!
sag olsun!

--------------------
▼►►Proqramming◄◄▼

LoNeLy_AngeL

  • 9 yanvar 2012 23:22
  • Məqalə: 0
  • Şərh: 779
  • Bal:
{awards}
sona qeder oxuya bilmedim

Alone angel

  • 8 yanvar 2012 22:10
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

Ku-ku

  • 8 yanvar 2012 10:39
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
tewekkurler amma axira qeder oxumadm

--------------------

aysel111

  • 8 yanvar 2012 00:24
  • Məqalə: 0
  • Şərh: 73
  • Bal:
{awards}
xebere gore thenx

_TUNAR_MAMEDOV_

  • 7 yanvar 2012 21:26
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
eziyyete gore twkler.... axra kimi oxuya bilmedim

--------------------

Mervecik

  • 7 yanvar 2012 20:59
  • Məqalə: 15
  • Şərh: 653
  • Bal:
{awards}
Sonuna qeder oxumaga sebrim catmadi...Tewekkurler

.♣.Chrysalis.♣.

  • 7 yanvar 2012 19:12
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
OXUDUM COOOX MARAQLI HEKAYE IDI


A-Leksandra, HMMM

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Okush

  • 7 yanvar 2012 18:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hamisini oxuya bilmedim cox uzun hekayedir

KaYfA_SuRgUn

  • 7 yanvar 2012 18:45
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
COX MARAQLIDIR TESEKKURLER... smile

--------------------

generation

  • 7 yanvar 2012 18:42
  • Məqalə: 77
  • Şərh: 5430
  • Bal:
{awards}
cox super keakyedir

--------------------
http://s53.radikal.ru/i139/1208/45/d3b34690d2c5.gif[center]
[center]♪♪ ((((|̲̅̅●̲̅̅|̲̅̅=̲̅̅|̲̅̅●̲̅̅|)))) Music is my life ♫ ► ▌▌ ♡

A-Leksandra

  • 7 yanvar 2012 18:28
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Xebere gore tesekkurelr birde menim mail rum yadimdan cixib ona gore qardasimin mailrusu ile girmisem uzurlu sayin

yalannan dedim saka yaptim menim oz mail rum yadim dan cixara bilerem ha ah aha ha ha ha ha

--------------------
Aynaya baxinca ozumu deyil qocaman bir urek ve o urekde ondan
da boyuk sen gordum

RoMaNTiK SerSeRi

  • 7 yanvar 2012 18:20
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
{awards}
xexexexexexexexeewink

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Selena_Gomez

  • 7 yanvar 2012 17:59
  • Məqalə: 3
  • Şərh: 487
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------
_______Avril xestesi_________
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}